Mənim uşaqlğım ( Yarışma )

Mənim uşaqlğım ( Yarışma )
Qadınlar.Co
10.09.2017 26
Əziz Qadınlar.biz saytının istifadəçiləri,hər zamanki kimi yenə də gözəl bir yarışma ilə qarşınızdayıq.İlk öncə istərdim ki,yarışma haqqında məlumat verim.Mənə elə gəlir ki,hamının ən əziz əşyalarindan biri də onun şəxsi albomudur.Əlbəttə onun içindəki şəkillərin sizin üçün nə qədər əziz,nə qədər önəmli oldugunu da bilirəm.Hamı kimi bu şəkillərinizi səliqəli şəkildə,çərçivələrə salaraq saxlayıb,öz uşaqlıq illərinizi bu şəkillərə baxaraq yəqin ki xatırlayırsınız.
  İndi isə sizdən bir xaişim olacaq,ən gözəl,ən şirin uşaqlıq şəkilinizi bizə,yəni aşağıdakı email ünvanına göndərəsiniz.Yarışmanın şərtləri isə aşağıdakılardır:
1)Şəkil göndərərkən körpəlik və yaxud uşaqlıq illərində çəkilən şəkilləriniz olmalıdır.Yəni yeniyetmə çağlarında olan şəkillər qəbul olunmur.(1-7yaş arası şəkillər daha məqsədəuyğundur)Çünki biz bu yarışmada ən şirin,ən gözəl uşaq kim olubsa onu seçəcəyik.
2)Şəkilləri mənim email ünvanıma göndərərkən saytdakı nikinizi yazmağı unutmayın,əks halda şəkiliniz yayımlanmayacaq.
3)Şəkillərinizi fotoaparata və yaxud mobil telefonlara çəkərkən nəzərə alın ki,şəkilləri sayta yerləşdirdikdə daha aydın və şəffaf görünməlidir.
4)Şəkillərinizi tam rahatlıqla göndərə bilərsiz.Yəni tam əmin olun ki,şəkilləriniz loru dilində desək əldən-ələ düşməyəcək.Mənim emailimə gələcək və oradan da saytda yayımlanacaq.
Əziz istifadəçilər şəkillər aşağıdakı tarixə kimi qəbul olunacaq,daha sonra isə saytda səsverməyə qoyulacaqdır.Səsvermə qaydaları şəkillər yayımlandıqdan sonra yazılacaq.
Qalibə 1 aylıq Qalib statusu veriləcək.

                        05.02.2014


Email.[email protected]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!