Trussardi My Name ətrinin təqdimat mərasimi

Trussardi My Name ətrinin təqdimat mərasimi
Qadınlar.Co
10.09.2017 21
8 Mart - Beynəlxalq qadınlar günü ərəfəsində Trussardi dəb evi gözəllik və möhtəşəmliyin bütün qiymətləndiricilərinə hədiyyə olaraq növbəti ətriyyat sürprizini hazırladı.

Bakıda, Four Seasons otelində IDEAL ətriyyat və kosmetika mağazalar şəbəkəsinin təşkilatçılığı ilə Trussardi My Name - yeni qadın ətirinin möhtəşəm təqdimatı keçirildi.

Təqdimata dəvət edilmiş qonaqlar yeni ətirlə gözəl musiqi sədaları altında, xoş söhbətlər və yeni tanışlıqlar çərçivəsində tanış olub, şərab və şampan şərabı dadaraq, həmçinin nəfis qəlyanaltılardan həzz alırdılar. Gecənin bütün qonaqları Trussardi Parfums-ün hədiyyəli oyunuda iştirak etdilər.

Trussardi My Name ətirinin yaradıcısı - Qrassın gənc ətriyyatçısı, Givaudan - Orelen Qişar (Aurélien Guichard)ətirlərinin ətriyyat məktəbinin şagirdi yeni ətir şedevrini İtaliyanın, xüsusən Milanın həyat tərzindən ilhamlanaraq yaratdı.

Ətir üçün komponentlər bütün dünyada xüsusi diqqətlə seçilirdi. O ağ bənövşənin, heliotrop çiçəklərinin, yasəmən və aronnik gülünün notları ilə açılır, buna görə onun olfaktor ailəsini əminliklə çiçəklilər qrupuna aid etmək olar.

Ətirin siması - brendin yaradıcı direktoru və Trussardi dəb evinin banisinin 4-cü nəsilinin nümayəndəsi - Qaya Trussardi (Gaia Trussardi) oldu.

Ətir 30, 50 və 100 ml həcmdə təqdim edilmişdir.

Trussardi My Name zərifliyin ən dərin anlayışının ifadəsidir.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!