Təşəkkür edirəm !

Təşəkkür edirəm !
Qadınlar.Co
10.09.2017 20
 
Məni sevənlərə təşəkkür edirəm!
- Mənim kaprizlərimə, baxmayaraq mənə dözürsünüz..Sadəcə ona görə məni sevirsinizki mən varam və yaşayıram.Bu isə ən vacib olandır.Kimisə nəyəsə görə sevmirlər səbəbsiz sevirlər. Bu isə əsl sevgidir!
 
Mənim bütün əməllərimə dözən insanlara təşəkkür edirəm!
 
- Dəliliklər olsada, nə olsunki? əsas odurki yada salmağa və deyib gülməyə nəsə olacaq..
 
Mənə pislik edən insanlara təşəkkür edirəm!
 
- Siz olmasaydınız yaxşılıq nədi və yaxşı insanlar kimdi bilməzdim..
 
Çətin anımda yanımda olan insanlara təşəkkür edirəm!
 
- Çətin anlar keçib gedəcək ama siz yaddaşımdan getməyəcəksiniz.
 
Mənə qarşı satqınlıq edən insanlara təşəkkür edirəm!

- Yoxsa mən nə vaxt bilərdimki SATQINLAR kimlərə deyilir? və satqınlıq nədir..
 
Mənə paxıllıq edən insanlara təşəkkür edirəm!
 
- Deməli məndə nəsə var ama sizdə onnan yoxdur ;)
 
Mənə yuxarıdan aşağı baxan insanlara təşəkkür edirəm!
 
- Dahada yüksəkliklərə qalxmağa məndə həvəs yaratdıqları üçün.
 
Mənə təəccüblə baxan insanlara təşəkkür edirəm!
 
- Düz deyirsiniz.. Mən hamı kimi deyiləm!!!
 
Məni anlamayan insanlara təşəkkür edirəm!
 
- Özünüzü günahkar bilməyin.. Hər adama məni anlamaq nəsib olmur..
 
Məni atanlara təşəkkür edirəm!
 
- Sadəcə mən bunu 1ci edə bilmirəm.. Yoxsa sonra özümü çox günahkar hesab edərəm.
 
Məni görməməyə çalışan insanlara təşəkkür edirəm!
 
- Bu heçnəyi onsuzda dəyişmir!
 
Mənim arxamca danışan insanlara təşəkkür edirəm!
 
- Biraz da çox danışın! Çox təşəkkür ki savablarınızı mənə yazdırırsınız. Təki mənə gələn savab, sizə qalan isə günah olsun.
 
Mənə NİFRƏT edən insanlara təşəkkür edirəm!

- Deməli siz mənə qarşı laqeyid deyilsiniz ;)
 
və nəhayət bu yazdıqlarımı oxuyan insana təşəkkür edirəm! - Məni sevsən də, sevməsən də, mənə zamanını ayırdığın üçün!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!