Çinarə ilə tam səmimi müsahibəm

Çinarə ilə tam səmimi müsahibəm
Qadınlar.Co
10.09.2017 12
 
1.Salam canım səni tanıyanlar tanıyır tanımayanlarada bir daha özünü tanıt?
Salam Çinarə Şirinli
2.Qadınlar.biz saytı ilə ilk tanışlığın necə olub?Bundan
öncə bir qadın saytında qeydiyatdan keçmişdim sadəcə istifadəsi çox
çətin olduğu üçün başqa qadın saytı axtardım və qarşıma cıxan ilk sayt
Qadınlar biz oldu.

3.Həyatda nələrə nail olmaq isddəyirsən fikrindəsən? 

Hal hazırda kolec oxuyuram texnologiya fakultəsində ama peşəkar jurnalist olmaq istəyirəm uşaqlıq arzumdur.

4.Valideynlərinə necə övladsan? Sən onlardan, onlarda səndən razıdırlarmı?

Valideyinlərimə
necə övlad olduğumu onlar yaxşı deyə bilər ama əlbətdəki
valideyinlərimdən razıyam narazı olmağım mümkün deyil.İnsan öz ata
anasından necə narazı ola bilər axı.Allah onları mənə çox görməsin .

5.Burda dostlarin kimlərdir?

Bura ilk gəldiyim gündən Antikvar la daha yaxın olmuşam,birdə Minəylə.

6.Xarakterini necə təsvir edərsən?

Mən çoox ama coox mehriban,səmimi deyib gülən,zarafatcil tez ünsiyyət qurmağı bacaran birisiyəm 

7.Boş vaxtlarında nə işlə məşğul olursan?

Əslində boş vaxtlarım coxda olmur ama olandada Qadınlar biz də oluram 

8.Sonuncu dəfə hansı kitabı oxumusan?

Sonuncu dəfə oxuduğum kitab pedaqogika kitabı olub.

9.Ana müqəddəs varlıqdır, bəs ata?

Mənim üçün ata da ana da müqəddəs varlıqlardır

10.Əsəbləşirsənmi? O zaman nə edirsən?

Mən hələ 18 yaşıma kimi heç düz əməlli 18 dəfə əsəbləşməmişəm vala

11.Gələcəyini necə görürsən?

Gələcəyimi belə təsvir edirəm .İşgüzar qadın, gözəl ailə sahibi. 

12.Ailənizdə kimlə yaxın dostsan?

Ailədə hamıyla eyni dərəcədə münasibət qururam .

13.Elə bir sirrin varmı ki, onu heç kimə deyə bilmirsən?

Yoox mənə aid olan nə varsa doğmlarımın yaxınlarımın hamısının bundan xəbəri var

14.Müassir gənclər necə olmalıdır?

Müasir
gənc ağıllı tərbiyəli , savadlı ,kampyuter biliklərinə sahib olan ,boş
vaxtlarında sosial şəbəkələrdə oturub maraqlı məlumatlar əldə etməli ,
cəmiyyətinə yararı olan bir gənc olmalıdır. Dünya görüşü
olmalıdır.Dünyada baş verən hadisələrdən xəbərdar olmalıdır.Mən belə
düşünürəm .

15.Dünyada ən şirin şey nədir sənin üçün?

Mənim üçün dünyada ən şirin şey ata ,ana ,ailə sevgisidir. 

16.Sənə görə, gözəllik üstündür, yoxsa xasiyyət?

Vallah
desəm ki mən təkcə daxili gözəlliyə üsdünlük verirəm yalan olar.Mənim
üçün həm xaric.həmdə daxili gözəllik bunların ikisidə vacibdir.

17.Sevdiyin şerdən bir parça yaza bilərsənmi?

Sevgi yoxsa ürək quru qəfəsdir

Sevgisizə nə qərəzi?nə qəsdi?

Min yol geri çağırmağın əbəsdir

Əyər onun döncəcəyi yoxdursa

18.Uşaqlıqdan rəfiqəliy etdiyin biri var?

Yox uşqalıqda heç rəfiqəm olmayıb çünkü ancaq oğlanarla yaxınlıq etmişəm oynamışam 

19.Özünü 3 kəlimə ilə tamamla

Mehriban,əsmər,toppuş

20.Sualları bəyəndinmi?

Həə maraqlı suallar var idi .Bir anlıq elə bildim ki orta məktəb iləərindəyəm xatirə dəftəri yazıram 

21..Mənə sualın və ya sözün?

Yoox cox sağ ol sualım yoxdur sənə.

22.Və sonda Qadınlar.biz userlərinə ürək sözün?


Qadınlar
biz in bütün userlərinə qadın xoşbəxtliyi qadın təravəti arzu
edirəm.Rəbbim hər birinə sevdiklərinin əhatəsində sevib sevilərək bir
ömür xoşbəxt yaşamağı nəsib etsin .Təşəkkürlər...
Mən də sənə təşəkkür edirəm canım...Ürək sözlərinədə qoşuluram...
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!