Canım Sona ilə tam səmimi müsahibəm

Canım Sona ilə tam səmimi müsahibəm
Qadınlar.Co
10.09.2017 23
1.Salam canım səni tanıyanlar tanıyır tanımayanlarada bir daha özünü tanıt?

Salam canım adım Sona 24 yaşım var

2.Qadınlar.biz saytı ilə ilk tanışlığın necə olub?

Bir il öncə girirdim ama qeydiyyatdan hardasa 5-6 ay qabaq keçmişəm və nə yaxşıki burdayam

3.Həyatda nələrə nail olmaq isddəyirsən fikrindəsən?

Həyatda yeganə nail olmaq istədiyim gözəl ailə qurub övlad sahibi olum Allahın izni ilə

4.Valideynlərinə necə övladsan? Sən onlardan, onlarda səndən razıdırlarmı?

Valideyinlərimə şükür olsunki yaxşı övladam bu sözü özləri deyib.
Allaha şükür edirəm hər zaman belə valideyinlərə görə. Onları mənə çox
görməsin inşallah

5.Burda dostlarin kimlərdir?

Dostum deyəndəki hamımız müsəlmanıqsa deməli hamımız bacıyıq.

6.Xarakterini necə təsvir edərsən?

Mülayim, səmimi, gülərüz, şıltaq, küsəyən, kinsiz və qısqanc

7.Boş vaxtlarında nə işlə məşğul olursan?

Qadınlar.biz-ə girirəm təbiiki

8.Sonuncu dəfə hansı kitabı oxumusan?

Vallah nə yalan kitablardan yalnız dini kitabları oxumağı sevirəm
sonuncu dəfədə Peyğəmbərə 40 sual və 40 cavab kitabını oxumuşam

9.Qəlbinə gedən yol çox enişli yoxuşludur?

Yooox çox sadə və duz yoldu

10.Ev işlərindən ən çox nə etməyi xoşlamırsan? Və nəyi xoşlayırsan?

Demək canım ən sevdiyim ev işi qabları yumaq, yemək bişirməkdi,
Sevmədiyim iş isə paltar işləri yumaq, ütüləmək, yığmaq və toz silmək
sevmirəm

11.Həyatda Öz ayaqlarınız üstə dura biləcək qədər güclü xanımsız?

Hələki yox. çünkü ayağım büdrəyəndə yanımda valideyinlərim olmalıdı tək bacarmaram.

12.Sizi göz yaşına qərq etməyə kifayət edəcək bir kəlmə və ya hərəkət söyləyin?

Sadəcə bir baxış kifayət edər sulugözəm

13.Həyatınızda baş verə biləcək hər bir haqsızlığı bağışlayacaq qədər böyük qəlbiniz varmı?

İnanın səmimiyətimə bağışlamışamda. Allah o böyük günahları bağışlayannan sonra bəndə nə karə.

14.Sizcə İndiki zəmanədə sevilmək üçün zəngin ürək lazımdı yoxsa pulla dolu cib?

Mən öz həyatımnan deyirəm zəngin ürək seçdim tamamən boş cibi olan birinə verdim qəlbimi və bir qramda peşman deyiləm

15.Gözlərinizi yumduğunuzda o qara pərdə arxasında hansı səhnə canlanır?

Çox vaxt gələcəyimi fikirləşirəm

16.Gözlərinizin dolduğu o an göz yaşlarınızı siləcək bir ağ atlı şəhzadə varmı həyatınızda?

Var. Şükür Allaha

17.Əlinizdə sehirli bir çubuq olsa gələcəyinidən bir günü görmək istərdiniz yoxsa keçmişdən hansısa bir günü silmək?

Allah ömür verdiyi qədərilə gələcəyimi yaşıyıb görəcəm ama keçmişimdə silmək istədiyim gün və günlər var.

18.Cümləni tamamlayın. Etiraf edirəmki mən...

Mən biraz kinli olmaq istərdim bu mənim etirafımdı

19.Bir qərar verəndə ən çox ürəyinin sözünə qulaq asırsan, yoxsa ağlının? Səncə hansına qulaq asmaq daha düzgündü?

Məncə hər ikisinnədə olmalıdı. Mən isə daha çox hislərimlə hərəkət etmişəm

20.Sualları bəyəndin? Ən çox bəyəndiyin sual hansı oldu?

Ələtdəki bəyəndim.Hamısı gözəl suallardı çox sağolun mənnən müsahibə götürdüyün üçün minnətdaram

21.Və sonda Qadınlar.bizlərə ürək sözlərin?

Qadınlar.biz-in qızlarına arzum hər zaman sevib seviləsiniz. Allahın
verdiyi ömrü yaşayın ama xoşbəxt və sağlam yaşayın. Hər birinizi
öpürəm.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!