Məzun gününüz mübarək!

Məzun gününüz mübarək!
Qadınlar.Co
10.09.2017 117
 
 
Dayanın çalmayın sonuncu zəngi
 
 Yoxsa ürəyimə toxunacaqdır
 
 Bir zaman -GƏL- deyə o doğma səsdə
 
 Bir hicran nəğməsi oxunacaqdır
 
 

 
Zəngçalan nə olar əlini saxla
 Bu şagird ömrünü uzat bir azda
 Bu məkəeb, bu bina, bax…bu divarlar
 Mənim olmayacaq zəng vurulanda
 

 
 Hələ bir-birindən ayrı düşəcək
 Neçə könül dostum, yaxın yoldaşım
 O sarı köynəkli, gülerüzlü qız
 Daha olmayacaq sinif yoldaşım
 
 

 
 
 
Qoyun bir dəfə də -mənimdir-deyə
 Sinif otağımı süzüm doyunca
 Tələsmə zəng  çalan, bunun üçün sənə
 Minnətdar olaram ömrüm boyunca
 
 
 

 
Çağırsın lövhəyə məni müəllim
 Bir misal versin ki, asan olmasın
 3 saat çalışıb, həll edim onu
 Təki arzum budur zəng vurulmasın
 
 
 

 
 
 
Ürəyim titrəyir yad elədikcə
 Məktəbə getdiyim o ilk çağımı
 De, burda necə qoyub gedim mən?
 Arxası çantalı uşaqlığımı
 
 

 
 
Durub cərgə ilə müəllimlərim
 Baxırlar üzümə sözü var kimi
 Bu doğma, mehriban, şən baxışlara
 ƏLVIDA deməyə dilim gələrmi?
 
 
 
 
 
 
 
Əziz Məzunlar! BU gün sizin həyatınızın ən gözəl və önəmli günlərindən biridir. Bu gün siz məktəb həyatını bitirib azad həyat hollarına qədəm qoyursunuz. Artıq əlinizdə qələm tutmağı öyrədən, sizə yol göstərən müəllimləriniz - o gözəl  insanlar olmayacaq yanınızda. Ancaq onların dediyi, sizlərə öyrətdiyi hər bir kəlmə qulağınızda, ürəyinizdə və  ağlınızda olacaqdır.
 
 
Çalışın bu həyatda hər zaman onların sizlərə öyrətdiyi kimi təmiz vicdanlı, təmiz qəlbli olun. Hansı sənəti seçirsinizzə seçin dAİM işinizdə məsuliyyətli və vicdanlı olun. Öz arzu və xəyallarınızın ardınca gedin. Doğru bildiyinizi müdafiə edin və heç vaxt haqqı nahaqqa verməyin.
 
Harda olursunuzsa olun müəllimlərinizin sözlərini və məsləhətlərini xatırlayın.
 Oxuyun, çalışın, həyatda yaxşı insan olun. Onların əməklərini boşa çıxarmayın.
 
 
 Və ilk məktəbinizi, ilk müəllimlərinizi unutmayın. Müəllim qəlbi kövrək olur. Hər bir şagird müəllimin övladıdır. Doğma ana kimi müəllimləriniz də hər zaman sizin yolunuzu gözləyəcəkdir. Onların gözünü heç zaman yolda qoymayın. 
 
 
 

 
Ən sonda öz adımdan hər bir məzunu təbrik edirəm. Sizlərə istədiyiniz universitetə qəbul olub gözəl sənət sahibi olmağınızı diləyirəm...
 
 
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!