Tatyana xanımla tam səmimi müsahibəm

Tatyana xanımla tam səmimi müsahibəm
Qadınlar.Co
10.09.2017 4
1.Adınız, soyadınız, doğulduğunuz yer və tarix.

- Adım Tatyana, doğulduğum yer Azərbaycan.



2.Ünvanınız?

- Azərbaycan



3.Məktəb illəri həyatınızda nə kimi izlər qoyub?

- Məktəb illəri uşaqlıq illərimdən ən gözəl xatirə kimi qalıb yaddaşımda.



4.Əgər həyata yenidən gəlmək imkanınız olsa idi, indiki mövqeyinizi seçərdinizmi?

- Xeyr, başqa mövqe secərdim.



5.Bu günə kimi dərk etdiyiniz ən acı həqiqət, keşf etdiyiniz həyat qanunu?

- Kasıba qarşı haqsızlıq



6.Xoşbəxtliyi nədə görürsünüz? Xoşbəxtsinizmi?

- Bəli xoşbəxtəm, cünki allahımı qəlbən tanıyıram.



7.Kimi isə xoşbəxt etməyə özünüzdə qüvvə taparsınızmı?

- Bəli taparam



8.Ümumiyyətlə edərdinizmi?

- Edərəm, kimisə xoşbəxt etmək üçün əlimdən gələni köməkliyi edərəm.



9.Əlinizdə odlu silah olsa kimə isə qəsd edərdiniz?

- Allahın yaratdığı canlıya heç vaxt qəsd edə bilmərəm.



10.Həyatda sizə ən gözəl təsir bağışlayan nədir?

- Övladımın sevinməsi



11.İnsanlarda ən çox qiymət verdiyiniz üç xüsusiyyət hansılardır?

- Səbir, düzgünlük, Allaha inam.



12.Həyatda ən çox nədən qorxursunuz?

- Aldadılmaqdan.



13.Qarşınızda göz yaşları içində olan birinə bir gülüş hədiyyə edin.

- Qarşımda ağlayan olunca mən güldürə bilmərəm mən də ağlayaram



14.Sizcə, ən böyük hiss nədir?

- Analıq hissi



15.Məhəbbətə münasibətiniz? Sizcə sevməyənlə bədbəxtdirlərmi?

- Sevməyənlər çox xoşbəxtdirlər



16.Müsir həyatımızda qibtə ediləcək "Leyli və Məcnun" məhəbbəti varmı?

- Məncə yoxdur



17.Məhəbbət daimidirmi?

- Baxır hansı məhəbbət hissi, anaya, allaha olan məhəbbət hissi hə daimidir



18.Sevirsinizmi?

- Bilmirəm)))



19.İlk məhəbbət müqəddəsdir iddiasına münasibətiniz?

- Müqəddəs olan başqa dəyərli hislər var.



20.Həyat yoldaşın  xəyallarında təsəvvür etdiyin insandır?

- Tam özüdür.



21.Sizcə sevgidə qürur olmalıdır?

- Məncə qürur qadında həmişə olmalıdır.



22.İlk baxışdan məhəbbətə inanırsınızmı?

-Xeyr inanmıram canım.



23.Həyatda itirdiyiniz və qazandığınız?

- Qazandığım ailəm, övladlarım, itirdiyim insanlara inamım.



24.İnamla yaşamağın ümidlə yaşamaqdan fərqi nədir?

- İnamla ümüd bir birinə bağlı hislər inam edirsənki ümüdlə inanırsan.



25.Arzu, ümid, xəyal nədir?

- Xəyal edirsən, o xəyalındakını arzu edirsən, arzuladığında ümüd edirsən və ümüdlə sabahı açırsan bu isə  deməkdir hər üçü insanı yaşadan hislərdir.



26.Nə üçün insanlar həmişə yaxın adamlarından ən ağır zərbə alırlar?

- Bilmirəm bu sualı özüm çox verirəm, yarama toxundun bu yerdə deyərlər.



27.Ən çətin anlarınızda sizi həyata nə bağlayır?

- Yalnız övladlarım.



28.Göz yaşları nədir?

- Göz yaşları insanın ürəyini sakitləşdirən duzlu su)))



29.Heç kimin bilmədiyi sirriniz varmı? Niyə məhz onu gizlədirsiniz?

-Hər kəsin sirri var, kimsə məni sirdaş bilib  sirrini söylədiyi üçün gizləyirəm))



30.Sizi həyatda yaşadan nədir?

- Allaha inam və ümüd



31.Özünüzü kimə isə borclu sayırsınızmı?

-Xeyir sanmıram, yalnız Allahıma



32.Təsəvvür edin ki, Ələddinin sehirli çırağı əlinizdədir və siz çıraqdan çıxan cindən cəmisi 3 arzu xahiş edə bilərsiniz. Buyurun.

- 1-ci haqsızlıq olmasın ,2-ci  hər kəs xoşbəxt olsun, 3-cü 10 kq arıqlayım.



33.Özünüzü xarakterizə edin.

- Çox səbirli, çox dözümlü və mehriban biriyəm.



34.Bilirəm ki ailəlisən. Həyat yoldaşından razısanmı?

- Bəli razıyam.

 
 
35.Övladların  haqqında nə kimi planların var?- Ən böyük arzum övladlarım məktəbi bitirdiksən sonra ali məktəbə daxil olsunlar.



36. Neçə övladın var?

-İki övladım var. Bir qızım, bir oğlum.



37..Cavab vermək istədiyiniz istənilən sualı yazın və onu cavablandırın

-İnsanlara inamın niyə yoxdur? Çünki mənə ən yaxın insanlar tərəfindən aldadıldım.



38.Son sözləriniz, təəssüratlarınız, suallarınız (sayt haqqında və ya ürəyinizdən nə keçsə o haqda).

- Sayıtımız çox gözəldir (qadınlar harda varsa orda gözəllik var), axtardığın hər suala cavab tapa bilərsən, userlər hamsı mehriban qızlardır və sonda sənə öz minnətdarlığımı bildirirəmki məni soru-suala çəkdin. Hamınıza xoşbəxtilk arzulayıram.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!