Mənim sevgi hekayəm (Layihə - hekayə 1)

Mənim sevgi hekayəm (Layihə - hekayə 1)
Qadınlar.Co
10.09.2017 40
Salam gözəl və mehriban xanımlar bu dəfə yeni bir lahiyyə hazırladım
Bu lahiyyə sizlərin sevgi hekayələriniz olacaq
"Mənim sevgi hekayəm” adlı bir layihədir xanımlarımız öz sevgi kekayələrin  yazıb mənə  şəxsi ismarcla göndərə bilər.
Bu dəfə gözəl xanımlarımızdan olan "Arzum-Aysum”nikli userimiz olacaq
Bizlərə öz hekayəsin danışacaq.
Bizim
sevgi maceramız həqiqətən də bir eşq hekayəsidi. Sevgi dolu, həsrət
dolu, göz yaşı dolu, xoşbəxtlik dolu. Bu eşq hekayəsini oxuyub mənimlə
birgə o günləri yad etməyə nə deyirsiz?...
Həyat həqiqətən də çox
qəribədi. Bidənəm mənim xalam oğlumdu. İllərlə bir yerdə olmuşuq,
illərlə danışmışıq gülmüşük, ancaq bir birimizin qismətimiz olduğundan
xəbərsiz.
Həmin yay da hər il olduğu kimi məzuniyyət götürüb rayona -
xalamgilə dincəlməyə getmişdim. Ancaq bu dəfə içimdə qəribə bir həyəcan
var. Hiss edirdim ki, bu gedişlə həyatımda nəsə dəyişəcək . Ancaq yaxşı
və ya pis nə olacaq anlaya bilmirdim.
Həmişəki kimi hamı bir yerdə
danışırdıq, gülürdük, gecə yariya qədər kart, lato oynayırdıq. Hamı eyni
idi... bir tək o dəyişmişdi. Hər gecə sağollaşıb yatmağa gedəndən sonra
mənə gecən xeyirə qalsın mesajları yazırdı. Səhərlər duran kimi yanıma
gəlir. Hərdən elə olurdu ki, gecə səhərə qədər həyətdə oturub söhbət
edirdik onunla. Mənə ana tərəfdən qız sevdiyini deyirdi. Bir bir hamının
adınl çəkirdim, ancaq özüm ağlıma gəlmirdim. Deyirdi ki, ilk sən
biləcəksən kimi sevirəm. Mən də hər zaman fikirləşirdim ki, yəqin həmin
qızla danışmağı mənə deyəcək. Ancaq hərəkətlərindən, hər gecə mənə mesaj
yazmağından şübhələnməyə başlamışdım. Hara gedirdim, nə edirdim gözü
məndə olurdu. Artıq mən də qəribə olmuşdum. O gəlməyəndə darıxırdım.
Bir gecə yuxuda gördüm ki, biz onunla sevgiliyij, əl ələ tutub gəzirik. Yuxudan ayıldım, ürəyim döyünürdü, narahat idim.
Yuxum heç cür yadımdan çıxmırdı.
Nə isə... günlər bir bir ötüb keçdi, qayıtmaq vaxtım gəlib çatdı. O da mənimlə Bakıya gəldi burda işləmək istədiyini dedi.
O
öz işinə getdi, mən də öz işimə. Ancaq hər gün mənə zəng eliyirdi, neçı
dəfə mesaj yazırdı. Yazmayanda darıxırdım, onu fikirləşirdim, ağlımdan
çıxmırdıı. Ancaq ümidlənməyə qorxurdum.
Bir gün yenə gecə yarıdır,
hamı yatıb və mənə mesaj gəldi. Mesaj ondan idi və çox uzun idi. O qızı
əsgərlikdən bəri neçə ildi sevdiyini, onsuz bir həyat təsəvvür edə
bilmədiyini yazırdı. Onu öz gözləri, öz ürəyi ilə mənə başa salırdı. Və
sonda bu cümlələr ,, Mən səni seçmişəm... Səni sevirəm,, Burda sevənlər
nə həyəcan və sevinc keçirdiyimi anlayar. Çox xoşbəxt idim, çünki mən də
onu sevirdim. Və beləcə hər şey başladı. Gözəl günlərimuz də,əzablı
günlərimiz də. Gözəl çünki sevirdim və sevilirdim, sevirdi və sevilirdi.
Əzablı çünki neçə dəfə elçi gəlmələrinə baxmayaraq atam vermirdi. Hamı
bizə qarşı idi. Ancaq mən onu sevirdim və heç vaxt ondan
ayrılmayacaqdım. O dəfələrlə məni qaçıracağını deyirdi. Ailəm və sevgim
arasında qalmışdım. Ancaq heç birindən də keçə bilmirdim. Beləcə iki il
keçdi. Bir gözümüz gülürdü, digəri həsrətdən ağlayırdı. Ancaq dəydi bu
əzaba, bu həsrətə. Sevgimiz hər şeyə və hər kəsə qalib gəldi. Bizi ayıra
bilməyəcəklərini gördülər.
Və bu gün- artıq iki şirin qızımız var.
Sevirəm və çox sevildiyimi bilirəm. O mənim həyatımdı, aldığım nəfəsim,
döyünən ürəyim, həyatda sahib olduğum ənnnn dəyərli xəzinəmdi. O
Tanrının mənə bəxş etdiyi ənnnn böyük xoşbəxtliyimdi. Yaxşı ki, Tanrı
onu mənim, məni də onun qismətinə yazıb.
Səni çox sevirəm mənim ömrüm.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!