Bizim qızlar keçmişdə

Bizim qızlar keçmişdə
Qadınlar.Co
10.09.2017 23
Bir çoxumuza keçmiş çox maraqlıdır. Və keçmişə getməkdə bir o qədər maraqlı olar. Buna görədə qızlarımıza;
Əgər keçmişə getmək kimi bir imkanınız olsaydı neçə il bundan əvvələ və ya neçənci əsrə qayıtmaq istərdiniz? və nə edərdiniz? deyə sual verdim.
Naz_vefa
Canım mənim keçmişə qayıtmaq kimi şansım olsaydə əgər keçmişdə etdiyim səhfləri etməzdim və məktəb illərinə qayıdıb etdiyim səhfləri etməzdim canım sevməzdim.
Madina
Əgər keçmişə getmək imkanım olsaydı,Əhli- beyt zamanına dönmək istərdim. Bacim Fatimeyi Zəhraya, Zeynəbə,Ruqəyya balaya dəstək olardım.
Güllü18
Boooy indiyənə kimi məni düşündürən sual. Keçmişə getmək imkanim olsaydı keçmişdə buraxdığım sehvləri etməzdim. Ehh canım.
Pozitiv
Hə canım deməli xəbər belədir. Lap yaxşı. Deməli belə. Egər keçmişə qayıda bilsəydim 2002-ci ilə getmək istərdim.Çünki onda mən çooox balacaydım.2 yaşım vardı.İstəyərdim ki, görüm necə olmuşam.Uşaq vaxtı şəkilimi çox çəkməyiblər deyənə bilmirəm uşaqlığım necə olub. Bəli mən keçmişə qayıtmaq istəsəydim öz uşaqlığımı görmək istərdim..
İSVEC DE
Bacı ilə qalanda 7 il bundan əvvələ qayıdıb həyatımı ordan davam edərdim. Əsrə qalanda bəlkədə laiq deyiləm, amma çox istərdim İmamlarımız olan əsirə qayıdım.
Turkan Abbasova
Əgər keçmişə getmək kimi bir imkanim olsaydı, Miladın 571-ci illərinə getmək istərdim. Peyğəmbərimizi(s.a.s) ,onun əziz qızı Fatiməni, İmamımız Əlini görmək istərdim.Yəni bundan böyük xoşbəxtlik ola bilərmi mənim üçün. Onlarla təkbir kəlimə danışmaq üçün nələri verməzdim. Belə bacım əgər mənə bu cür şans versəydilər, ALLAHın ən gözəl bəndələrini görməkdən başqa istəyim olmazdı...
Arzum-Aysum
Əgər əlimdə keçmişə qayıtmaq kimi bir imkanım olsaydı, heç düşünmədən 2006-2008ci illərə geri qayıdardım. Çünki həmin vaxtlar bir neçə səhfim olub onları düzəldərdim. O səhfləri etdiyimə görə çox peşmanam, həm də lap çox. Amma belə həyatımdan çox razıyam. Çünki dünyalar qədər çox sevdiyim və sevənim bidənəm var həyatımda. Gül balalarım var. Ailəmlə çox xoşbəxtəm və heçnəyi dəyişmək istəməzdim..
Suzana
Bəzən fikirləşirsən kaş bunu etməzdin kaş geri qayıtmaq imkanım olardı birdə o səfi etməzdim belə fikirlər hər bir insanın beynində düşüncəsində var. Hər kəs zaman-zaman səhvlər edir Sonra onun çarəsi kimi geri qayıtmaq istəyir görəsən niyə belə fikirləşirik ki, geri qayıtmaq şansımız olsa bir daha o səhvi etmərik?Bir az məntiqlə fikirləşək biz keçmişə qayıdırıq və birdə onu düşününki o səhvi etmədiyimiz bir vaxtdayıq əlimizdə şansımız var kibir daha o səhvi etməyəcəyik .Amma təəssüflər olsun ki bu belə deyil istər keçmişə qayıdaq istərsədə qayıtmayaq yenədə biz həmin səhvi edəcəyik onun üçündə heç vaxt kaşki sözün işltməyin.Kaşki sözü şeytanın qapısını açır, insanlar səhv edə-edə böyüyür .Səhvsiz insanda yoxdur.
Sualım "Qadınlar biz"in bütün xanımlarınadı. Bəs "Bizim qızlar keçmişdə"olsaydı?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!