2 aydan sonra dünyaya göz açan əkiz qızlarım üçün

2 aydan sonra dünyaya göz açan əkiz qızlarım üçün
Qadınlar.Co
10.09.2017 40
 Sizi çox sevirəm mələklərim. Siz həyata göz açmağınızla atanın və mənim fəxrim olacaqsınız :123:




 Allahdan arzum budur bizi hər zaman övladlarımızın varlığı ilə, onların sevinclərilə, tərbiyələrilə bizi daima sevindirsin :mucux:




Siz dünyaya göz acanda o qədər məsum olacaqsınız ki, Allahdan arzum budur o məsumluğunuz ömrünüzün axırına kimi sizinlə olsun :nazlii:




Sizi hər zaman çox istəyəcəyik əkiz balalarım :Laie_23:




Bəlkədə heç həyatımda bundan gözəl hiss keçirməmişdim həkim sizin əkiz olduğunuzu mənə söyləyəndə. Atanızla birlikdə çooooxx sevinmişdik. Elə bil bizə cənnəti bəxş etmişdiniz :cak:


 
Siz hələ dünyaya göz açmamısınız amma ki, sizin yolunuzu gözləyən o qədər insanlar var ki...
Bunlardan biridə Qadınlar.Biz ailəsidi. Çox sağ olun qızlar :Laie_23:


 
Hələ atanın sevincini demirəm, yerə göyə sığmır. Onun bu sevinci sizin yolunuzu səbrsizliklə hər an, hər dəqiqə gözləyir. Sizi həddindən artıq çox sevir :heart:




Allahım sən bu hissi bütün övlad gözləyən valideyinlərimizə qismət et. Bu çox gözəl hissdir :01:




Mənim əkiz qızlarım atanız sizin adınızı fikirləşib, amma mənə demək fikri yoxdu. Ona görə də sizin tez gəlməyinizi daha da çox istəyirəm :20:




Siz dünyaya göz acanda günü-gündən bizim gözlərimiz önündə böyüyəcəksiniz və biz bunu gördükdə daha da sevinəcəyik. Allahım sən balalarımızla bizi imtahana çəkmə :13:




Sizin bir gülüşünüz bizə dünyaları bəxş edəcək. Həmişə gülərüz olun əziz balalarım :122: :122:




Bilmirəm bir-birinizə oxşayacaqsınız ya yox. Bunuda səbrsizliklə gözləyirəm :16:




Və sizə paltarlarınızı almaq mənə daha da zövq verəcək canlarım mənim:128:





Və si böyüyəcəksiniz Allahdan arzum budur ki, sizin səsləriniz ali məktəblərdən gəlsin :08:




Amma siz böyüdükcə bizim gözümüzdə yeni doğulmuş kimi qalacaqsınız :123:


 
Sizi həmişə çox sevəcəyik əkiz qızlarımız :Laie_23:
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!