Gerçəkləşməyən xəyalım (Layihə)

Gerçəkləşməyən xəyalım (Layihə)
Qadınlar.Co
10.09.2017 6
Əziz Qadınlar Biz xanımları sizlərə daha bir layihə təqdim edirəm
Layihəm "Gerçəkləşməyən xəyalım" adlanır
Hər birimiz sabahımız üçün xəyallar qururuq
Xəyallarımızı gerçəkləşdirmək üçün əlimizdən gələni əsirgəmirik
Lakin bunlara rəğmən gerçəkləməyən xəyal olaraq qalan xəyallarımızda olur


Siz də bu layihədə xəyal edib istədiyiniz lakin nail ola
bilmədiyiniz xəyal olaraq qalan gerçəkləşməyən xəyalınız haqqında
yazacaqsınız
"Gerçəkləşməyən xəyalım" adlı layihəmin bu həftəki qonağı Guler 19 nikli userimiz oldu
 
Hər bir bacımı salamlayıram

Mənim gerçəkləşməyən bir xəyalım var
istəyirəm onu sizinlə bölüşəm. Mənim en böyük arzularımdan biri babamı
görmək olub ama heç vaxt görməmişəm. Bilirsiz bir babam mən
doğulmamışdan rəhmətə gedib o biri babamda lap yaxinımda olub ama
uzaqdanda uzaq olub. Heç baba nədi bilmirəm.Başqaları gedib onun üzündən
öpəndə mən durub kənardan baxmışam qorxumdan getməmişəm. Mənim anamla
atam bir birini dəhşət dərəcədə çox seviblər. Anam varlı ailənin qızı
olub atamgil isə çox kasıb olublar. Atamın ailəsi nə qədər elçi
getsələrdə anamı qardaşı vermiyib onlar bizə layiq deyillər deyib. Ama
atam əl çəkməyib əsgərlikdən gələn kimi anamı qaçırdıb. və dayım amamı
qoymayıb anasıyla görüşməyə. Anam çox əzablar çəkib dayım onu illərdən
danışdirmayıb. Babamla nənəmlə qoymurdu bizi görüşməyə. Toylar olurdu
gedirdik yanımdan keçirdi ama mənlə görüşmürdu. Bir gün dayım oğlunun
əsgər getdisi idi bizdə getmişdik. Xalam qızıyla içəri keçdik xalam
qızıyla görüşdü. Ama yanında durmuşdum mənlə görüşmədi. Kasmetika adıyla
keçdim otağa o qədər ağladımki. Anam getdiyi yer pis olsaydı onda
danışdırmazdında anamı. Anamla atam ilk gün bir birilərini necə
seviblərsə inanırsız indidə eledilər. Onlardan çox örnək götürmüşəm.
Nifrət etdim ona anama elə əzablar çəkdirdiyinə görə. Bilirsiz qızlar
anamı nə vaxt danışdırıb mənim nişanımda. Onu elədə sevmirəm Babamla
nənəm dünyanın ən yaxşı insanları idi. İndi heç biri yoxdu. İkisidə
rəhmətə gedib.O ne qoydu babamı görəm nədə nənəmi. Anamın yanında ondan
nəsə danışanda bizə əsəbləşəcək dayınızdı deyəcək. Ama bilirsiz qızlar
bizə etdikləri ən əsasıda anama etdikləri özünün qarşısına çıxdı. İndi
illər keçib qızlar anam qaçdığına görə onu danışdırmayan anasına atasına
həsrət qoyan dayım indi öz balasına həsrətdi. Bidənə dayım var ama mən
ona dayı deməzdim. Bu qədər qızlar ALLAH heç kimə belə dayı qismət
etməsin. Ama deyəsən mən onu çox istəyirəm bilmirəm
 
P.S Layihədə iştirak etmək istəyən xanımlar mənə ismarıcla müraciət edə bilərsiniz
 
Xəyallarınızın gerəkləşməsi diləyi ilə hələlikскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!