Dərdimi çəkənim mənim ♥ ( Mən Sevinc♥ və nişanlım Kənan♥ sevdiyimiz şerimiz) 100-cü xəbərimə özəl olsun dedim

Dərdimi çəkənim mənim ♥ ( Mən Sevinc♥ və nişanlım Kənan♥ sevdiyimiz şerimiz) 100-cü xəbərimə özəl olsun dedim
Qadınlar.Co
10.09.2017 7
[/center]
[center]

 ♥  Qəlbimin tək  və  sevən sahibinə  ♥

Sən  məni Allahdan istəməyi bil !!!

Mən dua olub ürəyinə,

Amin olub, dilinə düşməsini bilərəm.



♥ Kənan ♥



Getmə gözəl, dur – bir ayaq saxla gəl,

Gedən getsin, sən ol qalanım mənim.

Əngəl olma, qəlbimi dinlə əvvəl.

Ağlımı başımdan alanım mənim.



 ♥   Sevinc   ♥

Bir ocaq qalandı, sinəmin üstə,

Yoxdur ocağa su, tökənim mənim.

Hər nə var könlündə, gəl məndən istə,

Ey hər əzabımı, çəkənim mənim.



♥ Kənan ♥



Səni görcək; içimdə od tutuşur,

Başımda eşq pərvanəsi uçuşur.

Boğazım quruyur, əlim uyuşur,

Sənə qarşı yoxdur yalanım mənim.



♥ Sevinc ♥



Dağ da, fəxr eyləyir öz daşlarıyla,

Alnımın payısan, qırışlarıyla.

Bu quru səhrada gözyaşlarıyla,

Sevgi bağımda gül, əkənim mənim.



♥ Kənan ♥



Hər bağçadan sənə bir gül dərərəm,

Saçlarına gül çələngi hörərəm,

Könlünü versən, ömrümü verərəm,

Təkcə bir ömürdür "olanım mənim”.



♥ Sevinc ♥



Sığalın əlimi sənə bağlasın,

Baxışın, təkliyin canın dağlasın.

Uçurub özünün səbr qalasın,

Ey, könül evimi tikənim mənim.



♥ Kənan ♥



Mərdlik deyil,hər gün düşə xəyala,

Mərdlik odur,könül tikə, qəlb ala.

Bircə "Hə” de, biz də yetək vüsala,

Məni haldan-hala salanım mənim.



♥ Sevinc ♥



Nəfəsim fədadır, göz giləsinə,

Necə yox söyləyim, mən beləsinə?

Çəkib hər ağrımı öz sinəsinə,

Ürəkdən dərdimi, sökənim mənim.



♥ Kənan ♥



Kənan eşqə boyun əyər səninçün,

Hər gün şeir yazar, deyər, səninçün.

Yaşamağa dəyər.. dəyər – səninçün.

Hər zaman yanımda olanım mənim.



♥ Sevinc ♥



Sevgimin əlinə xına yaxanım,

Məni düzdə qoyub, dağa çıxanım,

Rəhimliyə min qürurla baxanım,

Eşqin önündə diz, çökənim mənim.

 

 

 

 
 Hər zaman sevib sevilməy arzusuyla hər
birinizə sevgi qadın xoşbəxtçiliyi arzu edirəm
İçindədə bizim
redaktorumuz olan Narın yağış xanıma qismət olsun!!!
Amin inşAllah!!!


 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!