O mənə yenidən həyat bəxş etdi (Layihə)

O mənə yenidən həyat bəxş etdi (Layihə)
Qadınlar.Co
10.09.2017 15
Bu dəfəki qonağımız Sema90 nikli userimizdir
 
O mənə yeniden həyat bəxş etdi....Salam güzəllərim mənim sizlərə
həyatımın ən sevincli en gözəl gününü danışmağ istərdim ... iyun ayının
27 -sinde xəstaxanaya getdim çünki həkim mənə keysəriyə əməliyatını
məsləhət görmüşdü və ayın 28-nə cərrahla danışılmışdı.. Həmişə
xəstəxanadan qandan qorxan o xəstəxananın özünə məxsus qoxusundan üreyi
bulanan Şəbnəm elə bil həmin insan deyildim heç bir qorxu hec bir pis
hiss yox idi sadecə fikirləşirdim ki, sabah ayılacam və oğlum yanımda
olacaq .... və səhər açıldı tibb bacısı gəlib mənə iynə vurdu məni
cərrahiyyə otağına apardılar mənə narkoz vuranda gözlərim yavaş- yavaş
yumulurdu Allahım mənə və körpəmə kömək ol ..... əməliyyat bitdikdən
sonra məni palataya apardılar mamam deyirdiki gözünü açırsan hər dəfə
yalnız soruşursanki uşaq hanı.

. hətta həkim gəlib ondanda soruşmuşam
o çəndən soruşurmuşki Şəbnəm eşidirsen məni mən isə ancaq soruşuramki
uşaq hanı gətirin .... Və nəhayət ki özümə gələndən sonra uşağı otağa
yanıma gətirdilər qucağıma qoyduqda gözlərimdən yaş gəldi anama baxdım
bir kəlmə dedim bu mənkidir mən artıq anayam ana... çox xoşbəxt idim
.... hər gün Allahıma şükür edirəmki mənə bu hissi yaşatdığı üçün və
ülvi təmiz saf hiss bu nəcə başa salım canlarım o hissləri başa salmağ
üçün o gözəl hisslər qədər temiz saf sözlər yoxdur.....Allah bütün
xanımlarımıza bu hissi yaşamağı qismət etsin. .. Bu layihənin adında
olduğu kimi oğlum mənə yenidən həyat bəxş etdi onun varlığı ilə
yaşayıram mən artıq özüm üçün yox tek varlığım olan oğlum üçün
yaşayıram.....

Yaxşıki varsan oğluşum.....
 
Layihədə iştirak etmək istəyənlər mənə ismarıcla hekayələrini azəri şiriftilə yaza bilərlər.
Bəzən olurki ismarıcınız gəlmir. Hekayənizi mənə yazandan sonra cavab yazsam deməkki ismarıcınız gəlib yazmasam birdə göndərin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!