Arzum-aysum xoşbəxtdir ona görə ki

Arzum-aysum xoşbəxtdir ona görə ki
Qadınlar.Co
10.09.2017 9
Mən xoşbəxtəm ona görə ki, məni çox sevib dəyər verən, üzümü güldürən bidənəm, əli ayağı düz, hər cəhətdən sağlam olan iki gül balam və əzizlərim var yanımda.



Mən həyatı sevirəm ona görə ki, həyat mənə sevdiklərimlə gözəl günlər nəsib edib.



Dinimi sevirəm ona görə ki, dinimizin bütün qanunları gözəldi və insanları yalnız doğru yola səsləyir.



Sevgi gözəl hisdir ona görəki, kimin üçünsə dəyərli olursan. Və buna görə də sevib sevilməyə dəyər



Anamla mübahisə edirəm bəzən ona görə ki, uşaq paltarlarına çox pul xərcləyirəm. O da hirslənir. Deyir bir iki dəfə geyindirirsən uşaq tez böyüyür qalır orda paltarlar



Bəzən məni başa düşmürlər ona görə ki, oğru elə bağırır doğrunun bağrı yarılır.



İşlərimi çatıra bilmirəm ona görə ki, qadinlar.biz saytına çox girirəm. Hər saat başı :-)



Bəzi gecələr ağalayıram ona görə ki, hələ ki, bəzi problemlərimiz var və Allahdan kömək istəyirəm



Bəzən hər şeydən yoruluram ona görə ki, çox işləyirəm. İki öz uşağım və iki bacımın uşaqlari, üstəgəl ev işləri



Gözəllik qurban tələb edir ona görə ki, hər zaman bidənəmin gpzündə gözəl və baxımlı olmalıyım :-)



Darıxıram ona görə ki, bəzi şeylər tez olsun istəyirəm.



Heyvanları və bitkiləri çox sevirəm ona görə ki, Tanrının yaratdığı hər bir canlı sevilməyə dəyər



Qısqancam ona görə ki, sevdiyim yalnız mənimdi. Başqasının ola bilməzzzzz....



Bəzən hər şeydən uzaqlaşmaq istəyirəm ona görə ki, dincəlmək istəyirən. Ancaq yenə də bidənəm və şirinlərimin yanımda olması şərti ilə.



P.S: Mənim dörd şirinim var- 2öz qızlarım və 2 bacımın qızları



Həyatın çətinliklərindən Məni nə sevindirir bilmirəm ona görəm ona görə ki, yalnız Allah sevindirsin bəsimdi



Arzularım, xəyallarım ümüdlərim bir gün gerçəkləşməyəcək deyə qorxuram ona görə ki, başına nə gələcəyini bilmir insan. Deyir sən saydığını say gör fələk nə sayırскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!