Mənim etirafım layihə ( 12-ci hissə)

Mənim etirafım layihə ( 12-ci hissə)
Qadınlar.Co
10.09.2017 18
Salam gözəl və mehriban xanımlar bu dəfə yeni bir lahiyyə hazırlamaq qərarına gəldim... Bu layihə sizin Eirafınız olacaq.

"Mənim Etirafım"adlı bir layihədir. Bu layihəmizdə xanımlarımız öz Etiraflarını edəcəklər... Yəni kiməsə etmək istəyibdə edə bilmədikləri Sevgi etirafı, Həyatlarında etdikləri hansısa bir Günahın etirafı, Keçmişiniz ilə bağlı bir etriaf edə bilərsiz, Etdiyiniz bir günahı etriaf edə bilərsiz və.s... Yani qısacası Etiraf etmək istədyiniz bir hadisəni etiraf edəcəksiz... İnşALLAH layihəmi bəyənərsiz.. :128:

 

Bu dəfədə yenə arzum-aysum nikli userimiz iştirak edəcək :01:

Bu xanımımız bu dəfə "Ömrünün ilk dəqiqəsi"ndə yaşanan hadisəni bizə ETİRAF edəcək! :08:

Qızlar salammm. Yenə mənəm. Bilirəm fikirləşəcəksiniz ki, bu layihədə iştirak etmisən. Yenə niyə yazmısan. Amma sizə həyatıma aid elə bir şeyi etiraf etmək istəyirəm ki, gülməkdən öləcəksiniz. Çoxxx amma çoxxxx gülməli və maraqlı hadisədi.

deməli bu hadisə dünyaya qədəm qoydugum ilk dəqiqə başıma gəlib :-)) indi fikirləşirsiz ki, yeni doğulmuş körpənin başına nə gələ bilər ki, gülməli olsun. Axı bu körpədi...

20 noyabr 1984-cü il... gecə saatlarıdı. Anamın sancısı tutub aparıblar xəstəxanaya. Həkim anamı müayinə etdikdən sonra doğuşun hələ səhər saatlarında olacağını deyib. Anam nə qədər israr edibsə həkim anama çıx palataya hələ gözlə deyib. Anam da ayaqyoluna gedib ki, rahatlayıb palataya çıxsın. İndi nağıl edir. Deyir; ,, bir də gördüm ki, başın gəlir doğuş başlayır,,. Çığırıb qaynanasını - ata nənəmi cağırıb. O da tez başındakı şalı açıb mən düşmüşəm ora :-) Atam, əmilərim, atamın əmisi rayonda tanınmış adamlar olub. Aləmi qatıblar bir birinə ki, bu nə biyabırçılıqdı. Həkimlər hara baxırdı :-)

ha ha ha :-) bu da belə. İndi öyrəndiniz ki, mən gözlərimi dünyaya ayaqyolunda açmışam :-)




P.S: Qızlar kim istəsə mənə şəxsiyə yazar öz ETİRAFını amma artıq dərəcədə xahiş edirəm azərbaycan şiriftiylə yazın yani "ə,ı,ş,ç" hərflərindən istifadə edin.. :envelope:
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!