Körpəmə ilk məktubum (Layihə 2)

Körpəmə ilk məktubum (Layihə 2)
Qadınlar.Co
10.09.2017 3
Salam xanımlar bildiyiniz kimi növbəti layihəm    "Körpəmə ilk məktubum"  adlı bir layıhədi. 


Bu gunku qonağım körpəsinə ilk məktubun yazdı bu qonaq "Dosu" nikli userimiz olacaq öz körpəsinə yazdığın bizimlə paylaşacaq.

Salam mənim əziz bacılarım...Bugün mən körpəmə ilk məktubumu
yazacam...Mənim körpəm hələ dünyaya göz açmayıb...Men hal-hazirda
hamiləliyimin son günlərini keçirirəm...Bəlkə bugün, bəlkə sabah ,bəlkə
də bir neçə gündən sonra o dünyaya gözlərini açacaq...Bu hələ analığın
ilk addımlarıdı...Bir söz vardır..Ana olarsan ananın qiymətini daha
yaxşı bilərsən deyə...Və əmin olunki mən onu hələ bu ilk addımlardan
hiss etməyə başlamışam...indi anamı daha yaxşı başa düşürəm...Allahdan
arzum odurki bu hissləri yaşamağı hərkəsə nəsib etsin...İndi isə körpəmə
məktubu yazmağa başlayiram...
Mənim balacam....Sənin xəyalini atanla bir-birimizi sevdiyimiz
vaxtlardan qurmuşuq...Allahima şükürler olsun ki bu hissi yaşamağı bizə
tez nəsib etdi...Toyumuzdan sadəcə bir ay sonra sənin varlığını
öyrəndik...Bu qədər tez olduğuna inana bilmirdim...mənim şirinim ilk
dəfə aparata getməyim heç ama heç yadimdan çıxmır...ilk dəfə sənin ürək
döyüntülərini eşidəndə elə hisslər keçirdim ki...bu hissləri heç zaman
sözlə ifadə etmək mümkün deyil...o anda gözlərimdən yaş axdı...o səs
hələ də qulaqlarimdan getmir...hələ səni hiss etməyə başladığım
anlar...ilk öncə yavaş tərpənişlərini hiss edirdim...aprel ayının altısı
idi...səhər tezdən bakıya gedəcəydik...dayının toyuna...Hərkəs
yatmışdı..Mən isə yataqda uzanmışdım...Əllərimi qarnıma qoymuşdum
səninlə yavaşca danışırdım...Atanla birgə səninlə bağlı qurduğumuz
xəyallardan...sənin necə dogulacağından səni necə böyüdəcəyimizdən...Və
elə o anda sənin ilk təpiyini hiss etdim...ilk öncə dörd tepik
atdin...ilk vaxtlar həm çox həyəcanlanırdım həmdə qorxurdum...Deyirdim
bəlkə sənə nəsə olub...ama zaman keçdikcə alışdım...İndi ise atanla
birlikde sənin yolunu gözləyirik...Atan menden daha həyəcanlıdı...Biraz
ağrım olan kimi deyir bəlkə sən gəlirsən...Artiq gəl...Gəlki
xəyallarımız gərçək olsun...səni səbirsizliklə gözləyirik...səni
çoooooooooox sevirik mənim balacam...
Allah bütün bacılarıma bu hissleri yaşamağı nəsib etsin
İNŞALLAH...Mirişqam sənədə qismət olsun...Bebişim doğulsun onunla
birlikdə başqa layihelerde iştirak ederik allah qoysa...
 
İşALLAH sağ-salamat döğular..Çox saqol bacım Amin!



Diqqət: Bundan belə bu layihəni mən paylaşacam! Kim
istəsə mənə şəxsi ismarıcla yaza bilər  xanimlar tək bir xahişim var
azərbaycan şirifti ilə yazın ə, ı,ü,ö,ğ,ç,ş əvəzinə e,i, u,o,g,c,s,
yazmayın..!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!