GunElcin bacımla səmimi müsahibəm.

GunElcin bacımla səmimi müsahibəm.
Qadınlar.Co
10.09.2017 15
1.Salam gözəl bacım özünü qadınlar.biz ailəsinə təqdim et!
♥Evvala salam bacım şad oluram ki,məndən müsahibə alırsan.
Adım Günel,bürcüm oğlaq,ilim at ili.1990-cı ilin soyuq bir qış günün də dünyaya göz açmışam.:08:
2.Necə bir görünüşə maliksən?
♥Balaca bir qızam.Yaşımın 24 olmasına baxmayaraq.Boyum 1.56-dır.Qıvrım saçlarım var.Şabalıdı  gözlərim  var.Saçım qaradı.Arıq qızam.Mən belə qalmaq istəyirəm.Amma çox vaxt özümdən xoşum gəlmir və kökəlmək istəyirəm bir az. :sisko:
3.Bizə xasiyyətin haqqında danışa bilərsən?
♥Hər kəsə,hər şeyə tez inanan biriyəm.Bu xasiyyətimdən heç xoşum gəlmir.Desələr ki,sabah dünya dağılacaq inanacam.Başqa sadə biriyəm.Çox az hallar da qeyri adilik ağlımdan keçir.Geyimlərdə məsəl üçün.Başqa sakit biriyəm. :02:6
4.Sevdiyin var?Və qarşılıqlıdırmı?
♥Sevdiyim bəli var.Qarşılıqlıdı.:heart:
5.Xoşbəxtsən?Və xoşbəxtliyi nədə görürsən?
♥Xoşbəxtəm.Bəlkə də deyiləm.Amma Allahıma bu günlərim üçün sükr eliyə bilərəm.Şükr bu günümə.Xoşbəxtçiliyi mən valideyinlərimin can sağlığın da görürəm.Onlar da hər şey yaxşı olsun.Tanrı bütün valideyinlərin canını sağ eləsin.Amin!.:128:
 6.Hansı köhnə Azərbaycan filmini sevirsən?
♥Asif,Vasif,Ağasif.Uşaqlıq filmim.Çox sevirəm bu filmi :sowu:
7.Necə geyinməyi xoşlayırsan?
♥Eslin də rahat geyinməyi xoşlayıram.İdman stilində.Amma məcburam ki,dundur geyinəm.Sadəcə məcburam. :19:
8.Hobbin nədir?
♥Hobbim hal-hazırda yoxdu.Amma məktəb illərində var idi.:123:
9.Pərəstiş etdiyin müğənni varmı?
♥Xeyr əslində yoxdu.Elə müğənni ola bilər ki,üzü xoşuma gələr,ancaq ifa etdiyi hər hansı bir mahnısı onu mənim gözümdən salsın.Və ya əksinə.Xoşuma gəlməyən bir müğənninin mahnısı çox xoşuma gələ bilər. :islik:
10.Hansı tərz oğlanları xoşlayırsan?
♥Sevdiyim insan olamasa idi bu suala cavabı tam olaraq verərdim.Çünki,onun tərzlərində başqa heç bir tərzi sevmirəm. :01:
11.Bu sayt da hansı useri sevmirsən?
♥Sevmədiyim bir user yoxdu.Problemlər yaşanıb və indi buzlar əriyib.Mənə elə gəlir.:09:
12.Bu sayt da sevdiyin user varmi?
♥Guya ki, bilmirsən hə,,,,,,???????Sənsən bacım. :op:
13.Uşaqlıqdan olan anıların var?Varsa birini danış!
♥O,qədər var.........həm pis həmdə ki,gözəl.Qışda qar yağan vaxtı həyətə sürüşdük də yıxılmışdım.Yanımda o,qədər adam varidi ki,yəni uşaqlar.Bilmirdim ağlayam ,ya gülüm.Özümü sındırmamağ üçün gülürdüm.Bir tərəfdən də ağrıdıqım üçün ağlamaq sifəti almışdım.Hərkəs də mənim bu hərəkətimə gülürdü :agla:
14.Səni həyata bağlayan nədir?
♥Məni həyata bağlayan Allahıma və valideyinlərimə olan sevgimdir.Çox olub ki,özümı nəysə etmək istəmişəm.Amma sonradan vaz keçmişəm. :uhu:
15.Müsəlman olmağına fəxr edirsənmi?
♥Sözsüz ki,islam dini mənim üçün ən mükəmməl bir dindir.Fəxr edirəm və dinim üçün hər şeyə razıyam. :01:
16.Hansı status da olmaq istərdin?
♥Bu status da qalsam da olar.Yəni mənim üçün heç bir fərqi yoxdur bacı.:08:
17.Sevgiyə inanırsanmı?
♥Bəli inanıram.Allaha sevgi,valideyinlərinə,ailənə və sevdiyin insana qarşı olan sevgin.:heart:
18.Məktəb vaxtı yaxşı oxuyan biri idin?
♥10-cu,11-ci sinifi çoxda  yaxşı oxumamışam.Çünki,hazırlıqlara gedirdik.Universitetə hazırlaşırdı hamı. :19:
19.İstifadə etdiyin ətir hansıdır?
♥Hal-hazırda Faberlic firmasının KAORİ ətirindən istifadə edirəm. :parfum:
20.Hansı tərz mahnılara qulaq asmaqı sevirsən?
♥Kefim yaxşı olan da şən :r50:.Kefim pis olan da isə həzin mahnılara qulaq asıram.
21.Həyatından razısan?
♥Şükr bu günümə çox razıyam. :02:
22.Xəyanət edən insanlar haqqında necə düşünürsən?
♥Necə baxmaq olar ki,,,,???????Vicdanı olan belə hərəkət edə bilər :27:
23.Bu sayt da ilk tanış olduqun user kim olub?
♥Düzünü desəm xatırlamıram ki,ilk kiminlə olub.Yaddaşım zəyifdi.Zarafat etmirəm. :01:
24.Sayıtımızdan razısan?
♥Razı olmasaydım yəqin ki,kompu açan kimi qadınlar.biz yazmazdım :06:.
25.Bu sayta gelişin necə olub?
♥Təxminən yadıma düşür ki,bir məlumat tapmışdım.Və məlumat qadınlar.biz saytına aid idi.Bu qədərini xatırlayıram.:08:
26.Yemək bişirməklə və təmizliklə aran necədir?
♥Təmizlik barəsin də demək olar ki,pisixəm.Evdəkilərə deyirəm ki,səhər gedin evden.Məni tək qoyun.Bir də mən işlərimi axşam qurtaran da gələrsiniz.Günün15 saat-nı təmizlik işlərinə ayıra bilərəm.Amma yeməyimi yaxşı yemək şərti ilə.Başım fırlanar yoxsa.Yemək bişirmək isə normaldı.Nə pis nə də ki,yaxşı. :127: :hizmetci:
27."Məndən gözəli yoxdu"deyənlərdənsən?
♥Özümə görə gözəlliyim var.Amma heç vaxt  elə demirəm.Deyənlər var onsuzda. :26:
28.Hansı mahnı səni kövrəldir?
♥Ayda Moşharrah"İsyan"mahnısı.Ancağ onun ifasın da bəyənirəm :agla:.
29.Gözəl bacım mənə sualın var?
♥Sənə sualım yoxdu.Əhər nəysə sulaım olsa şəxsiyə yazaram.
30.Və sonda Qadınlar.biz ailəsinə  öz arzularını bildir!
♥Uzun ömürlü olasınız inşallah.Arzu edirəm ki,qocalsaq belə qadınlar.biz -dən ayrılmayaq. :02:
 
Gunel bacı suallarımı cavablandırdığın üçün sənə öz minnətdarlığımı bildirirəm.İnşallah bütün arzuların reallaşar.Sağ ol bacı!Məni də heç bir zaman unutma!:mucux::heart:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!