“Bakcell”in “Smart Start” təcrübə proqramı başa çatıb

“Bakcell”in “Smart Start” təcrübə proqramı başa çatıb
Qadınlar.Co
10.09.2017 38
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin  "Smart Start” adlı təcrübə proqramı başa çatıb. Proqramda iştirak edən 22 gənc "Bakcell”in insan resursları, marketinq, biznes texnologiyaları, maliyyə, xidmət və məhsulun inkişafı, müəssisə resurslarının planlaşdırılması, pərakəndə satış və distribusiya və müştəri xiidmətləri şöbələrində təcrübə keçiblər. Onlardan 6 nəfər ən uğurlu namizədə isə proqramın sonunda şirkətdə iş təklif olunub.
"Azərbaycanın ən iri şirkətlərindən biri olan Bakcell müxtəlif tərəfdaşları ilə birlikdə və təklikdə həyata keçirdiyi bir neçə proqram vasitəsilə gənclər üçün iş imkanlarının yaradılmasına çalışır. Təcrübə proqramları təhsilini yenicə başa vurmuş gənclər üçün çox önəmlidir və onların iş həyatı üçün başlanğıc nöqtəsi rolunu oynayır. "Bakcell”in həyata keçirdiyi növbəti təcrübə proqramı        da uğurla yekunlaşdı. Mən bu proqramda çox böyük uğur qazanmıç 6 gənci "Bakcell ailəsi"nə qoşulmaları münasibətilə təbrik edirəm. Bu, təkcə daimi işlə təmin olunan 6 nəfər üçün yox, qalan 18 nəfər üçün də çox faydalı bir başlanğıc idi. Onlar həm 1500-dən artıq gəncin arasından seçilmişdilər, həm də ölkənin ən böyük şirkətlərindən birində təcrübə keçmək imkanı qazanmışdılar”, deyə "Bakcell”in baş icraçı direktoru cənab Riçard Şirer bildirib.  
Qeyd edək ki, təcrübə proqramında iştirak üçün Bakcell şirkətinə 1500-dən çox müraciət daxil olmuşdu.
Bütün seçim mərhələrini keçən  22 iştirakçıya biznes etikasi, karyera inkişafının planlaşdırılması, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit,xVaxtın səmərəli bölgüsü, eEffektiv kommunikasiya, özünü kəşfetmə və təcrübəçilərin gələcək peşəkar fəaliyyətlərində faydalı olacaq digər təlimlər keçirilib. İçritakçılar  2 aylıq təcrübə proqramı üçüm  "Bakcell”dən  təqaüd alıblar.  
İştirakçılar proqram barədə fikirlərini belə paylaşıblar:
Orxan Abbasov: "”Smart Start” təcrübə proqramı sayəsində bu yay mövsümü mənim üçün çox faydalı və yaddaqalan oldu”.-
Günel Musayeva: "Karyera həyatında ilk addımlarını atan bütün gənclərə "Smart Start” proqramında mütləq iştirak etməyi məsləhət görürəm”.
Sara Ələkbərli: "Böyük və peşəkar komandada işləməklə komanda şəklində işləməyin dəyərini bildim”.
Samir Paşayev: "Müsahibəsnin  keçirildiyi ilk gündən etibarən şirkətdə olan peşəkar  mühiti hiss etdim və "Bakcell”də işləməyi  arzu etdin”.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal
olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində
lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar
vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet
xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The
Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan
edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin
80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə
satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri
Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti
göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!