Əllərindən öpürəm Anammmm...

Əllərindən öpürəm Anammmm...
Qadınlar.Co
10.09.2017 36
Anam..
Mənim gözəl anam , mənim canım anam ..
Bu gün ad günündür .. Sən yalnız bu gün deyil mənim üçün hər vaxt çox dəyərlisən.
.Sen
mənim ilk eşqim , ilk xoşbəxtliyim, ilk dərd ortağım , ilk sevdamsan..
Sənə bir hədiyyə almaq yerinə sənə ürəyimdən keçənləri kağıza tökmək
istədim. Çünki heç bir hədiyyə sənə layiq deyil Anam ...  Elə bənzərsiz
bir varlıqsan ki sən .. Sevgim.. Sənə olan sevgim.. Elə bir duyğudur ki
içimdə..  ən bənzərsiz , ən müqəddəs varlığımsan..
 
 

 
 
Anam..
Sevgini
öyrətdin sən mənə. .. Sevməyi , gülümsəməyi, yeməyi ,içməyi , danışmağı
 və daha bir çox şeyi.. . Məni mən edən hər şeyi sən öyrətdin Anam..
"Ana.."
İlk sözüm idi bu xatırlayırsanmı ? Nə qədər də sevinmişdin . Məni qollarına alıb qucaqlamışdın . 
Sən mənim Eşqim , dostum , yoldaşım , sevdam , hər şeyimsənl. .Birdənə sevgilimsən l..
Xatırlayarsanmı
? Bəzi gecələr pis yuxular görər çox qorxardım .Sən dərhal məni yanına
aparıb qucaqlayardın. Sanki məni bir şeylərdən qoruyar kimi.. Elə
 şəfqətlisən ki.
Kimsədə
görmədim  səndəki istiliyi , səndəki şəfqəti , səndəki mərhəməti..
 Mənə nağıllar danışardın bəzi gecələr .. Mənsə xəlyalara dalıb yuxuya
gedərdim. Qoxunla oyanardım hər səhər .. Elə möhtəşəm bir qoxu idi ki bu
..Dünyanın ən gözəl qoxularından daha gözəl idi. Tərifsizdi , izah
edilməzdi..
 
 
 
 
 
Birlikdə
oyun oynayardıq səninlə .. Səni gülərkən görüncə mən daha çox gülər ,
ikimizdə qəhqəhələrə boğulardıq.. Qollarını böyük açar qucağına
gəlməyimi gözləyərdin. Mən də bir sürətlə qaçardım sənə .. Anama
qaçardım.. İstiliyinə qaçardım , qoxuna qaçardım..
Saçlarımı
darayardın yavaşca.. İki yandan hörər , gözəl broşlar taxardın .. Sonra
alınımdan öpərdin.. "mənim qızım. .Çok gözəl oldun ..Mənim şahzadə
qızım.. " deyər möhkəm sarılardın.
Mənsə "Ana mən şahzadə oldum" deyə bilməzdim sənə ..Dilim dönməzdi .."pirinses oldum " deyərdim.
Parka
aparardın məni hər həftə sonu .. Yelləncəyə mindirər "səmaya çıxırıq"
deyərdin.. Qəhqəhələrim  səmaya qarışar xoşbəxtliyini üzündə görərdim..


 
Ana..
Kiçik qızın böyüdü. .Böyük  bir qız oldu .. Sənin kiçik şahzadən böyüdü Ana..
Mən sənin qızınam , yaxşı ki sənin qızınam mənim canım Anam..
Sən Anaların ən gözəli , ən şəfqətlisi , ən mərhəmətlisisən..  
Canım
Anam,sənin varlığın hər şeyiylə mənə həyat verir. Sənin o isti sevgin,
imtina edilməz istiliyin hər vaxt məni istilətdi, hər zaman harada
çətində qalsam mənə bir çıxar yolu tapdın, qaranlıqda qaldığımda ay kimi
parlayan işığım, soyuqda üşüdüyümdə içimi  istilədən sevginlə hər vaxt
yanımda oldun. Yaxşıkı varsan,yaxşıkı mənim anamsan,,, sənin kimi anam
olduğu üçün Allahıma sonsuz şükrlər olsun səni çox sevirəm. Can özüm
biricik anacığım, ad gününü könüldən təbrik edib əllərindən öpürəm
 
 


 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!