Yaxşı ki, atamsan - Brillantamdan atasına

Yaxşı ki, atamsan - Brillantamdan atasına
Qadınlar.Co
10.09.2017 20
Həyatımın mənası, ömrüm, günüm, göz bəbəyim, ən böyük sevgim, məhəbbətim, övladiım kimi sevdiyim, canım atam Kamalin 55 yaşı olur... Atacan təbrik edirəm bütün qəlbimlə...




Anamın bətnində ikən sənin səsini ilk  eşitdiyim anda başladı hər şey... Mənə toxuna bilməsən də, mənə toxunmaq üçün anamın qarınını tutduğunu hiss edə bilirdim... Sonra bir qarışıqlığın içində ilk dəfə səninlə göz gözə gəldim... Səhf etmirəmsə üzündəki gülümsəmə, gözündəki də gözyaşı idi...




Məni anamın qucağına verdiklərindən sonra, sənin isti qucağında yenə göz gözə gəldik. ..Mənə olan baxışların nə qədər güvən verici və yumşaq idi... Sənə "ata" deyəcəyəmi o an anladım.... Və o andan etibarən mənim üçün "ata" demək isti baxışlar və güvən dolu bir qucaq demək idi...




Anamla və səninlə yaşayacağımız evə gəldiyimiz zaman, məni bütün həyatım boyunca qucağında daşıyacağını anladım. .. Ağladığım zaman gözyaşlarımı silən, məni kim ağlatdısa ona içdən içə hirslənən yenə sən idin.... O an hansı duyğular içində olsan ol mənə baxdığın zamanki isti baxışlarını gördüyüm hər an, sənin biricik qızın olduğumu bilirdim...





Mənə irəlidə nə olursa olsun hər vaxt arxamda sənin dayanacağına, düşəcək kimi olduğumda əlimdən tutacağına əmindim... Kiçik bir qız olaraq səndən gözlədiyim tək şey  bu idi ataım...  Mənim ilk eşqim olduğun üçün hər vaxt önümdə sənin kimi bir kişi nümunəsi var...  sən mənim üçün həyatdakı ən yaraşıqlı, ən güclü, ən etibarlı, ən sevgi dolu tək insansan... Gözüm gözünə dəydiyi ilk doğum anımdan bəri sən mənim həyatdakı liderimsən... Yaxşı ki, atamsan... Bir daha dünyaya gələcək olsam yenə ata olaraq səni seçərdim.. ..
 




 
Bu yazımı saytımızda mənə yaxın olan, bacım Brillantam-ın adından atasına yazdım...
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!