2014-cü ildə Bakcell şəbəkəsinə daha çox abunəçi qoşulub

2014-cü ildə Bakcell şəbəkəsinə daha çox abunəçi qoşulub
Qadınlar.Co
10.09.2017 5
Abunəçilər Bakcell şirkətini seçir. Mobil Nömrə Daşınması xidmətinin vasitəsilə Bakcell şəbəkəsinə qoşulan abunəçilərin sayı birlikdə digər iki şəbəkəyə qoşulan abunəçilərin sayından daha çoxdur. Ümumiyyətlə, 2014-cü ildə Bakcell şəbəkəsinə daha çox abunəçi qoşulub. /



Mobil Nömrə Daşınması (MND) xidmətindən istifadə edərək mobil rabitə operatorlarını dəyişməyə qərar vermiş bütün abunəçilərin 62%-dən çoxu Bakcell şəbəkəsinə qoşulub. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti bildirir ki, abunəçilər Bakcell şəbəkəsinə keçir və şirkət hazırda Mobil Nömrə Daşınması (MND) sahəsində liderdir.



Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzinin (MHM) verdiyi məlumata görə, indiyə kimi MND xidmətindən istifadə etmiş abunəçilərin sayı 12000 nəfərdən çoxdur. Bakcell şirkəti bildirir ki, bu abunəçilərin 7500 nəfəri öz nömrələrini məhz Bakcell şəbəkəsinə daşıyıb.



"Bakcell şirkəti RYTN-nin MND xidmətinin tətbiqi ilə bağlı təşəbbüsünü lap əvvəldən dəstəkləyib. Biz öz köhnə şəbəkələrinin "əsirinə” çevrilmiş abunəçilərin cəlb edilməsi (abunəçilərin Bakcell şəbəkəsinə axını) baxımından Bakcell-in qazanan bir şirkət olacağına ümid edirdik. Abunəçilər bizim ümidlərimizi doğrultdular və RYTN-nin verdiyi məlumat göstərir ki, Bakcell öz abunəçilərinə ən münasib qiymətlərlə yüksək keyfiyyətli xidmət və məhsullar təklif edir. MND xidmətinin yerli bazarda təklif olunmağa başlamasından bir ildən az bir müddət keçdiyinə baxmayaraq, biz artıq deyə bilərik ki, bu xidmətin şirkətimiz və bütün bazar üçün çox müsbət nəticəsi olub. Biz bu rəqəmin gələcəkdə də artmaqda davam edəcəyinə və Bakcell şirkətinin bu prosesdə lider mövqeyini qoruyub saxlayacağına əminik”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.       



Öz nömrələrini Bakcell şəbəkəsinə daşımaq istəyən digər operatorların abunəçiləri tərəfindən verilən sorğular 1 fevral 2014-cü ildən başlayaraq icra edilməyə başlanıb. Digər mobil operatorların abunəçiləri öz nömrələrini köçürmək üçün Bakcell şirkətinin Müştəri Xidmətləri Mərkəzlərinə və ya BakcellİM mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin, Bakcell məmnunluq hissi ilə bildirir ki, o, 2014-cü il ərzində ölkədə fəaliyyət göstərən üç mobil rabitə operatoru arasında mobil rabitə abunəçilərinin ən böyük artımı müşahidə olunmuş şirkətdir. "Interconnect” sistemlərindən əldə olunmuş məlumata görə, Bakcell şirkətinin aktiv mobil rabitə abunəçi bazası müvafiq olaraq digər iki operatorun 0.4% və 4% göstəriciləri ilə müqayisədə 6.6 faizə qədər artıb.

"Abunəçi bazasının artımı bir daha sübut edir ki, Bakcell öz abunəçiləri üçün ən yaxşı dəyər və keyfiyyət kombinasiyasını təklif edir. Yeni abunəçilırin şəbəkəmizə qoşulması və mövcud müştərilərimizin sadiqliyi sayəsində bizim mobil səs xidmətlərimizdən istifadə edən abunəçilərin sayı 2014-cü ildə rəqiblərimizlə müqayisədə daha sürətlə artıb. Bu isə o anlama gəlir ki, abunəçilər  Bakcell şirkətinin təklif etdiyi xidmət və məhsulların üstünlüyünü və əla xidmət səviyyəsini qiymətləndirirlər”, deyə Riçard Şirer qeyd etib.



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal
olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində
lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar
vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet
xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The
Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan
edilib.

1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin
80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə
satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri
Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti
göstərilir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!