Uşaqlıq illəri - İsmayılova Ülkər (15)

Uşaqlıq illəri - İsmayılova Ülkər (15)
Qadınlar.Co
10.09.2017 10
Salam Qadınlar.Biz Ailəsi yeni xəbərlərlə, yeni layihəylə qarşınızdayam. Ümid edirəm hamınız bəyənəcəksiz. Yəqin ki, hamınıza maraqlıdı ki, userlərimizin uşaq vaxtı başlarına nə hadisə gəlib, hansı dəcəlliklər ediblər, qısaca gəlin userlərin uşaq vaxtı başlarına gələn gülməli hadisələri birlikdə öyrənəyin, həm də güləyin )). Mən hər dəfə xəbərdə bir userin adını yazacam (layihədə iştirak etmək isdəyən mənə şəxsi ismarıcla yaza bilərlər). Deməli belə ilk qonağımız başına gələn hadisəni bizimlə bölüşən və bizləri güldürən İsmayılova Ülkər olacaq.

 

"Əvvəla sənə təşəkkür edirəm məni qəbul etdin. Çoooox sağol.

Deməli belə balaca vaxtı həmişə qaqaşnan dava eliyirdik. Birdəfədə dalaşırdıq o məni vurdu. Məndə çay içirdim . Qəşəng yekə yaşıl kruşkam var idi. Hirsdəndim içindəki çayı yerə boşaldıb kruşkanı vurdum qaqaşın başına. :122: :122: . Başına çatmadı dəydi alnına . Mamada yanımızda bizə baxır. Kruşka iki yerə bölündü. Qaqaşın alnınıda qan götürüb getdi. İndi mama özün döyüb öldürürki uşağın başı yarıldı məndə ağlıyıramki kruşka sındı. Mama deyir utanmırsan az hələ deyirsəndə. Tutduğun işə bax. Dedim yaxşı elədim o məni vurdu məndə onu  :122: :122: prosta oxlov yaman pis yandırdı :122: :122:



Sonra birdəfədə qaqaş məni hirsdəndirib . Səhərdi bu dərsə gedir dəftərini axtarır məndə kuxnadayam. Dirəşibki dəftərim hanı tap ver. Dedim get axtarıb tapıb gətirərəm məktəbdə yaxındı evə. Dedi yox indi tap. Cin vurdu təpəmə açdım kuxnanın şkafının qapısın içində tava qazan qapaq əlimə nə keçdi atdım təpəsinə. Qorxusundan 140 nan qaçdı.  :122: :122: sonrada getdim dəftəri tapdım apardım sinifdə vurdum üzünə gəldim. :122: :122:



Birdə məktəbin yolunun ortasında iki dəmir dirək olurdu biri bu başda biri o başda. Işığ dirəyi veçni dərsə tələsəndə dirək yadımnan çıxırdı. Gedib girirdim dirəyə başım əzilirdi. Hərdəfədə Allaha yalvarırdım onu çıxartsınlar sonra dualarım qəbul oldu çıxartdılar. :122: :122:



Məndən bu qədər ümid edirəm gülməli olar. Təşəkkürlər"


 

Necə idi qızlar üzünüzdə azda olsa təbəssüm yarada bildikmi?

Fikirlərinizi gözləyirik..скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!