Uşaqlıq illəri - Isveç de (16)

Uşaqlıq illəri - Isveç de (16)
Qadınlar.Co
10.09.2017 7
Salam Qadınlar.Biz Ailəsi yeni xəbərlərlə, yeni layihəylə qarşınızdayam. Ümid edirəm hamınız bəyənəcəksiz. Yəqin ki, hamınıza maraqlıdı ki, userlərimizin uşaq vaxtı başlarına nə hadisə gəlib, hansı dəcəlliklər ediblər, qısaca gəlin userlərin uşaq vaxtı başlarına gələn gülməli hadisələri birlikdə öyrənəyin, həm də güləyin )). Mən hər dəfə xəbərdə bir userin adını yazacam (layihədə iştirak etmək isdəyən mənə şəxsi ismarıcla yaza bilərlər). Deməli belə ilk qonağımız başına gələn hadisəni bizimlə bölüşən və bizləri güldürən İsvec de nikli user olacaq.

 

"Salam gözəl bacılarım. mənim 10 yaşım olardı,mən otağda olanda nənəm məni həyətdə çağıra çağıra mən gec eşitdim çıxıb dedimki nədi ay nənə dedi bura gəl dedimki qal gəlirəm o qal bu qal gec getdim nənəm yenə çağırdı eşitməmişəm. babam səbirsiz adamidi birdə gördum babam gəlir məndə babamnan çox qorxurdum. Rayon qızları bilər rayon evlərin necə olur atamgilin evləri 2, mərtəbəli evdi . Məndə evləri təzə silmişəm üzün kalidor təzə yuyulan pollar babamı gördüm çıxdım pəncərənin qabağına baba məni mən babanı guduram baba girdi otağa deyinə deyin ə mən özümü atdım kalidora qaçım soruşub nə təhər yıxıldımsa dizim elə pis yarıldı(;;; (; o yayılan diznən yenə durub qaçdım gördum uje babam mənə çatır özümü atdım pencərədən bağa elə yana yana ağlıyıramki babamdan deyir öl öl QIZLAR Bir hadisənidə danışım bu hadisədə başıma burda yəni isveçdə başıma gəlib. Biz yayda bu şəhərə köçürdüyk biz 11, 12 saat yol gəldik burdada uzaq yollara ancaq qatarnan gedilər. bizimdə 7, 8 çamadanımız 3,4 dənədə ryuqzak var. Nə isə bir zülümnən gəlib qatara mindik anadan doğulduğuma peşman oldum. Yoldaşım qabağda gedirki öz kupemizi tapsın bu vağonan o vağona keçəndə qapılar o yanada açılır bu yanada yoldaşım keçdi dalıycanda mən qapı bunan keçdi nə təhər mənim başıma dəydisə o qanımın qara vaxtında  o üçün quşları başımda hiss etdim elə şivənən ağlıyiramki butun qatarı qoymuşam çiynimə bunuda keçdim gəldiki cəhənnəmə rahat yatacüyük səhərəcən ay yatdıq haSən demə pis gun hələ qabaqdadır girdik kupeyə gördük bir isveçli nənə yatıb onu gərək həmişəlik yataydi Biz yataq helə təzə yatmışdıqki nənə başladı qatarı surməyə ooof ya bir xor xor xordadı gəl görəsən dedim məni öldurəsəndə mən yata bilmərəm bu səsdə mən yuxarıda nənə aşağıda yatıb gördum nənə qoymur ordan balışımı göturub nənəyə 2,3 vurdum ayılmadı helə xor xordadı hirsimnən ordan duşdum aşağı duz nənənin ayaqlarının üstünə nənə dik atıldı isveçə deyirki nədi nə olub? Dedim azzarına lap yekəsi olub imkan versən yatarduk. Yenə çıxdım yatım şirin yuxuya gedər getməz nənə yenə başladı o başlıyır bərk səs çıxarmağa mən balışnan birin vururam 5,6 dəqiqə susur beləcə səhərəcən nənəynən davada idik: gecə saat 4, 5 mən hələ yatmamışam üzün sözun qısası yata bilmədim səhər qatardan duşəndə dedim bunan öz əvəzimi çıxacam çamadanın birin buraxdım duz nənənin üstünə bəxti gətirdi çamadan balaca idi sonrada dedimki bağışla bilmədən oldu yoldaşım dedi dəlisən  biraz üzün oldu eləbil"

 

Necə idi qızlar üzünüzdə azda olsa təbəssüm yarada bildikmi?

Fikirlərinizi gözləyirik..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!