Bakcell şirkətinin sponsorluğu ilə "Nə? Harada? Nə zaman?" oyunu üzrə Universiada keçirildi

Bakcell şirkətinin sponsorluğu ilə
Qadınlar.Co
10.09.2017 18
Bakcell şirkətinin sponsorluğu ilə "Nə? Harada? Nə zaman?" oyunu üzrə Universiada keçirildi

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin dəstəyi, Gənclər və İdman Nazirliyi və Xəzər İntellektual Gənclər Klubu təşkilatçılığı ilə ƏlfəCIN layihəsi çərçivəsində "Nə? Harada? Nə zaman?" oyunu üzrə Universiada təşkil olunub.

ƏlfəCIN layihəsinin əsas məqsədləri intellektual oyunlar hərəkatını genişləndirmək, gənclərin  asudə vaxtının səmərəli təşkilinə nail olmaq, onların  intellektual potensialını üzə çıxarmaq, təhsildə yeni uğurlarına yol açmaqdır.



ƏlfəCIN layihəsində iştirak hamı üçün sərbəstdir. Layihə çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə "Nə? Harada? Nə zaman?”, Breyn Rinq, Xəmsə və Fərdi Oyun üzrə yarışlar təşkil olunur.

Yanvarın 25-də Bakıda keçirilən Univesiadanın qalibi Bakı Dövlət Universitetinin "BDU” komandası olub. İkinci yerə Azərbaycan Dövlət İqtisad Universitetinin "ADİU” komandası ikinci, Dövlət İdarəçilik Akademiyasının "BuenDİA” komandası isə üçüncü yeri qazanıb. Qaliblər kubok, medal və Bakcell tərəfindən təqdim olunan hədiyyələrlə mükafatlandırılıblar.

"Nə? Harada? Nə zaman?" üzrə Universiadanın seçim turları Bakıda və respublikanın  bir çox rayonlarında keçirilib.  16 bölgədən  finala vəsiqə qazanmış 66 komanda öz intellektual bacarıqlarını nümayiş etdirmək  imkan əldə edib. 500-ə yaxın gəncin iştirakı ilə baş tutan finalda ölkənin ən güclü tələbə komandaları iştirak edib.



60 sualdan ibarət olan oyun marafonunun suallar paketinin redaktoru Oktay Məhərrəmov olub. Tələbələrin dünya görüşü və bilik səviyyəsinin yoxlanılmasına yönəlmiş suallar gənclərin Azərbaycan və dünya haqqında bildiklərini imtahana çəkib. Universitetlərdəki qış imtahan sessiyasından sonraya təsadüf edən intellektual yarışma tələbələr üçün əsl sınaq olub.

Qalib komandalara Bakcell tərəfindən hədiyyələr təqdim olunub. Birinci yerin qalibi olan BDU komandasının bütün üzvləri Bakcell şirkətinin "Smart Start” təcrübə proqramında iştirak üçün vəsiqə qazanıblar. Beləliklə, qaliblər "Smart Start” təcrübə proqramına müraciət edərkən avtomatik olaraq müsahibəyə dəvət olunmaq hüququna malik olub.

Bu təcrübə proqramı  gənclərə Bakcell şirkətində 2 ay ərzində təcrübə keçmək  və təqaüd ilə təmin olunmaq imkanı verir.



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal
olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində
lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar
vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet
xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The
Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan
edilib.

1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin
80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə
satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri
Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti
göstərilir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.




 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!