Səni Axtarıram - İsmayılova Ülkər

Səni Axtarıram - İsmayılova Ülkər
Qadınlar.Co
10.09.2017 31
Əziz Qadınlar.Biz əhli.Düşündüm,daşındım hüzurunuza bir lahiyə ilə çıxmaq istədim."Səni Axtarıram".Həyatınızın müxtəlif mərhələrində,məktəb illərində,tələbəlik illərində,kişi olsaydınız deyərdim əsgərlik illərində))),iş həyatınızda və s.ola bilsin ki,bir rəfiqə(lər)niz,dost(lar)ınız,yaxınız,ya da ailədən,qohumlarınızdan hər hansı doğmanız,qohumunuz olub ki,o insan(lar)dan hər hansısa səbəbdən ayrı düşmüsünüz,əlaqəni itirmisiniz.Lakin o insanı yenidən tapmağı,əlaqə yaratmağı çox istərdiniz.Həyatınız da belə bir məqamla üz-üzəsinizsə buyurun bizimlə paylaşın.Ancaq öncə özünüz haqqınızda mümkün dərəcə də məlumat verin,çünki ola bilər həmin şəxs(lər) təsadüfən rast gəlib oxuyar və nəticə də bir-birinizə qovuşa bilərsiniz.Daha sonra isə mütləq  o insan(lar) haqqında yazın, kimdir,sizin nəyinizdir,necə tanış olmuşdunuz və necə oldu ki,ayrı düşdünüz.Ətraflı yazsanız daha məqsədə uyğun olacaq.Azəri şriftilə yazmağınızı arzu edirik.İştirak etmək istəyən qeyd etdiyim şəkildə yazıb mənə şəxsi ismarıcla göndərsin.İnşAllah heç kəs bir-birindın ayrı düşməsin,Rəbbim hər kəsi qovuşdursun.

 

Lahiyənin bu dəfə ki,qonağı isə İsmayilova Ülkərdir.Xanım 10 il əvvəl tanış olduğu rəfiqəsini axtarır.



"Ilk öncə təşəkkür edirəm mənidə qatdın lahiyənə.)) Demək hardasa 10 il bundan öncə mənim bir rəfiqəm var idi. Biz tərəfdə kirayə qalırdılar. Həmdə bir məktəbdə oxuyurduq. Bizdən bir sinif aşağı idi. Yaxın idik. Gediş gəlişdə var idi. Adaş idik. Yəni onunda adı Ülkər idi. Soyadıda yadımdadı Qulaməliyeva Ülkər. Hardasa 4 il bir yerdə dedik güldük yedik içdik. Sonra elə olduki bunlar ev aldılar səf etmirəmsə Sabunçudan. O illərdədə nə mənim nə onun əl teli yox idi. O 11 i qurtardı getdi . Mən məktəbi ondan qabaq qurtarmışdım. Yenədə get gəl kəsilmədi. Sonra onlar birdəfəlik köçüb getdilər. Əslən Xaçmazdan idilər. Elə o gedən getdi. Sonra heç görüşmədik. Bəlkədə artıq ailə qurub. Ali məktəbədə hazırlaşırdı. Amma hara yadımnan çıxıb. Sonra sinif yoldaşlarından soruşdum dedilər heç görmədik. Nədə danışmadıq. Odu budu yoxdu. Hərdən yadıma düşür deyirəm görəsən hardadı neyniyir. Darıxıram qəşəng günləriydi o günlər. Tapmaq istiyərdim onu. Amma kimdi indi mənə Xoşqədəmin verlişinə çıxmağa icazə verən.:)))."скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!