İstifadəçilərimizin ən xoşbəxt günləri (2)

İstifadəçilərimizin ən xoşbəxt günləri (2)
Qadınlar.Co
10.09.2017 11
Mübariz və mən:

Salam saytin gözəl xanimlari,gözəl bir mövzudur.Mənim ən xo.bəxt qünüm 26.08.2014olub Ana olacağimi öyrəndim cox gözləyirdik o günü ,inanmirdim ağlamaöğda boğulurdum əslində sevinc göz yaşi idi .. Şükür Rəbbim nəsib etdi.Indi balamin böyuməyin yoldaşimla izləyirik inşAllah sağ salamat qucağimiza alariq Allah bütün arzusunda olanlara nəsib etsin bu xoş günləri.Cox Xoşbəxtəm şukur... :kivir: :quc:

 

remse:

Əvvəla salam qızlar.Deməli belə mənim ikinci övladım-oğlum olduğu gün ən xoşbəxt günüm olub.Çünki mən ailə quranda 16 yaşım vardı.Yaşım az olduğundan ya nədən dəqiq bilmirəm birinci övladım olan günü onu itirdim :ciyy: Sonra ikinci övladım-oğlum olana kimi gözü yaşlı idim. Nəhayət ikinci evladım oğlum dünyaya gəldi.Həmin gün həyatımdakı bütün acılı günlərim unuduldu.Bax belə qızlar indi şükür Allahıma oğlumun 10,qızımında 8 yaşı var. :Laie_23: :ltfen:

 

arzum-aysum:

Xoşbəxtlik elə bir ümumi məvhumdu ki, onu bir neçə anla məhdudlaşdırmaq olmaz. Sevdiklərim və əzizlərimin yanında keçirdiyim hər gün mənim üçün xoşbəxt gün sayılır. En əsası da özümün və yaxınlarımın canı sağlamdısa demək ki, xoşbəxt olmağa dəyər.

Ancaq bu layihəyə uyğun olaraq həyatımda yaşadığım ən xoşbəxt günlərimdən birini sizinlə bölüşəcəm.

Bidənəm mənim xalam oğludu və neçə vaxt imiş ki, məni sevirmiş. Ancaq mənim bundan xəbərim yox idi. Tale elə gətirdi ki, mən də onun sevgi dolu gözlərinə aşiq oldum. O gözlər ki, bu gündə vurğunuyam, əsiriyəm.

Mənə tez tez sevgisindən danışırdı. Qohumdan bir qız sevdiyini və həyatını onsuz təsəvvür etmədiyini deyirdi. İçimdə bu qızın mən olmasını çox istəsəm də, sevdiyimi bildirmirdim. Çünki yanılmaqdan qorxurdum. Günlərin bir günü artıq belə davam etmədiyini, qıza sevgisini bildirəcəyini dedi.,, ya hər şey başlamamış burda bitəcək, ya da sevgimiz bizi xoşbəxt edəcək dedi,,. Mən də ona ürək dirək verirdim ki, çəkinmə sevdiyini de  :122:  Bəlkə o da səni sevir. :122:   İndiki kimi yadımdadı. 2009-cu il Sentyabrın 6sı idi. Gecə yarı mesaj gəldi mənə. Açdım bidənəmdən idi.  Uzun uzadı sevgisini, o qıza olan təmiz hisslərini yazmışdı. Və sonda,, sevdiyim, bundan sonra bütün ömrümü keçirmək istədiyim Sənsən,, yazmışdı. Həmin an yaşadığım o xoşbəxtliyi heç bir kəlməyə sığışdıra bilmərəm. Və... O xoşbəxt gecə bütün həyatımı dəyişdi... Yaşadığım bütün xoşbəxt anlarımın başlanğıcı oldu... Yaxşı da bidənəmə hə cavabı verdim. Yoxsa bu gün bu qədər böyük sevgim, iki gül balam olmazdı həyatımda. Şükür Tanrımın bu günkü gününə ki, qismətimə bidənəmi yazıb. Onu çoxxxxx sevirəm :urek: :quc:

 

sevqi denizim:

salam bacim mənim ən xoş günüm sevdiyim insanla nişan günümdü bizim qovuşmamiz biraz cətin oldu bunlar mənə elci gələndə bibimgildə elci geldilər cox qorxdum ki valideyinlərim bibimogluna verərlər ancaq şükür valideyinlərim mənim qərarimla razi oldular və məni oktiyabrin 3 də həmi verdilər 18 də nişanimiz oldu üzük barmağima taxilan kimi dünyanin ən xoşbəxt insani oldum...  :ponpon: :toy:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!