Səni Axtarıram - Qlamurr

Səni Axtarıram - Qlamurr
Qadınlar.Co
10.09.2017 23
ƏzizQadınlar.Bizəhli.Düşündüm,daşındım hüzurunuza bir lahiyə ilə
çıxmaq istədim."Səni Axtarıram".Həyatınızın müxtəlif mərhələrində,məktəb
illərində,tələbəlik illərində,kişi olsaydınız deyərdim əsgərlik illərində))),iş
həyatınızda və s.ola bilsin ki,bir rəfiqə(lər)niz,dost(lar)ınız,yaxınız,ya da
ailədən,qohumlarınızdan hər hansı doğmanız,qohumunuz olub ki,o insan(lar)dan hər
hansısa səbəbdən ayrı düşmüsünüz,əlaqəni itirmisiniz.Lakin o insanı yenidən
tapmağı,əlaqə yaratmağı çox istərdiniz.Həyatınız da belə bir məqamla üz-üzəsinizsə
buyurun bizimlə paylaşın.Ancaq öncə özünüz haqqınızda mümkün dərəcə də məlumat
verin,çünki ola bilər həmin şəxs(lər) təsadüfən rast gəlib oxuyar və nəticə də
bir-birinizə qovuşa bilərsiniz.Daha sonra isə mütləq o insan(lar)
haqqında yazın, kimdir,sizin nəyinizdir,necə tanış olmuşdunuz və necə oldu
ki,ayrı düşdünüz.Ətraflı yazsanız daha məqsədə uyğun olacaq.Azəri şriftilə
yazmağınızı arzu edirik.İştirak etmək istəyən qeyd etdiyim şəkildə yazıb mənə şəxsi
ismarıcla göndərsin.İnşAllah heç kəs bir-birindın ayrı düşməsin,Rəbbim hər kəsi
qovuşdursun.
 
İndi isə axtarışda olan xanım qızımız Qlamurr niki altında fəaliyyət göstərən Güneldir.Günel öz uşaqlıq rəfiqəsini axtarır.



"Salam Xoşqədəm xanım :122:
















.Hə bacı demək belə mənim axtarmaq istədiyim bir
insan var,düşünürəm ki,sənin bu layihən bir vəsilə oldu.Axtarmaq
istədiyim
uşaqlıq rəfiqəmdi.Mən Günel axtarıram,uşaqlıq dostum Fərhadlı
Şəhanəni.Bizim
dostluğumuz 5-6 yaşımızdan başlıyıb.Aramızda bir yaş fərq var.Çox
şirin-şəkər,həm
də çoxbilmiş qız idi :hopp: ,bizi birləşdirən də məhz bu cəhət idi.Bina
evində
yaşıyırdıq,demək olar ki,məhlənin ən balaca yaşlı qızlarıydıq.Böyük
qızlar
bir-birlərilə yoldaşlıq edirdi,bizi uşaq sayırdılar.Biz də
forslana-forslana :angel_mini: dostluq edirdik..Bütün yay tətilini bir
yerdə
keçirirdik.Nəysə ki,illər keçdi böyüdük,biz evimizi dəyişib həmin
binadan
köçdük.Düzdü qonşu olmasaqda məktəbdə görüşürdük.Beləcə illər
keçdi,məktəbi
bitirdim,Ali məktəbə qəbul oldum.Məndən bir il sonra yəni 2007-ci ildə
da o məktəbi
bitirdi.Həmin ildə Tibb Universitetinə qəbul oldu,axırıncı telefon
əlaqəmiz də
onda oldu,zəng edib təbrik etdim.O gündən əlaqəmiz yoxdu.Ancaq keçən il
bir məlumat
aldım ki,rezidanturada oxuyur.Çox istiyirəm ki,yenidən əlaqəmiz
yaransın..."
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!