remse ilə müsahibə

remse ilə müsahibə
Qadınlar.Co
10.09.2017 12
1.Salam canım bacım Qadınlar.biz ailəsinə xoş gəlmisən səni aramızda görşəyimizə şadıq

Salam bacım.Çox sağ ol.Xoş gününüzə gəlim.



2.Buyur özünü təqdim elə canım adın soyadın və yaşın neçədi?

Ağayeva Aysel.27 yaşım var canım.



3.Bacım hansı məktəbdə oxumusan hansı Universetdə təhsil almısan təhsilin nədi?

Günəşlidə 285 nömrəli məktəbdə oxumuşam.Təhsilimdəki orda təhsil.9-cu sinfi bitirdikdən sonra ailə qurmuşam.



4.Harda yaşayırsan canım rayon ölkə bakıda yaşayırsansa hansı itiqamətdə olursan?

Bakıda yaşayıram bacım.



5.Canım umümiyyətlə geyim tərzin necədi?

Geyim tərzim gündəlik rahat üslubda geyinirəm.



6.Sənə elə gəlir musiqi dərmandir?Dinlədiyin musiqi tərzin?

Bəli həqiqətən də elədir.Əsasən həzin mahnıları daha çox sevirəm.



7.Yediyin yemək tərzin necədi? bizimlə bölüş canım

Yemək tərzi deyəndəki demək olar qocalar demişgən daşdan yumuşaq nə oldu yeyirəm.İştahamdakı necə lazımdı.İstəyirəm iştaham kəsilsin heç olmasa 60 kq-dan 55-ə düşüm alınmır.



8.Həyata bel bağlama,yuxu kimi keçər,boş saata güvənmə, quş kimi uçar!Gəncliyə güvənib hələ tezdi dediyin olubmu heç?

Olmuyub şükür Allaha.



9.Yalanın dostu, gerçəyin də düşməni çoxdur. Nə üçün?

Çünki düz söz həmişə acı olar və düşmən qazandırar.



10.Əsəbiləşməyin atəşi əvvəlcə sahibini yandirar, sonra qığılcımı düşmənə ya çatar,ya çatmaz. Səni əsəbləşdirmək asandir? Ümumiyyətlə,əsəblərini cilovluya bilirsən?

Ümumiyyətlə mən bir az sakit qızam.Çünki bir şey olanda da həmişə içimə atıram.



11.Dərdi verən Allah dərmanını da verər diyirlər. Özünü çarəsiz hiss etdiyin və qərarsiz qaldığın vaxt olubmu?

Olub bəli.Həyatımın ən çarəsiz anı.Qızım 2 yaşı olanda qoluna su tökülüb yanıb,onda düz bir ay çarəsiz xəstəxanalarda qalmışam.Amma şükür Allaha həqiqətən də dərdi verən Allah dərmanını da verdi.şükür.indi hər şey qaydasındadı.



12.Varlığınla bu həyatda şəfalı bir çiçək,yoxsa tikanlı bir bitki olmusan?Səninlə bu həyat nə qazanıb?

Mənimlə bu həyat yaxşı ana,yaxşı yoldaş,yaxşı övlad qazanıb.



13.Təqvim yarpaqlarında sənin üçün məna kəsb edən günlər hansılardır?Özəlliyini də bizimlə paylaş lütfən.

8 fevral oğlumun doğum günü,10 oktyabr qızımın doğum günü.



14.Bilirəm ki ailəlisən canım xoşbəxtsənmi həyat yoldaşını nə qədər sevirsən?

Bəli ailəliyəm,düzdü yoldaşım qısqanc olsa da yenə də xoşbəxtəm,və yoldaşımı da çox sevirəm.

 

15.Sirr deyilsə yoldaşın sənə necə evliliy təklif elədiyini bizimlə bölüş hər kəs üçün maraqlı olar?

Sirr deyil canım.Amma biz uzaqdan qohumuq,türklər demişgən görücü üsulu,yəni böyüklərin razılığı ilə bu evlilik baş tutub.Sonradan həqiqətən də bir-birimizi istəmişik.



16.Həyat bir kinodur bizdə bu kinonun Aktorlarıyıq deyə bu sözlərlə razısan canım?

Əlbəttə razıyam.Elə mənim həyatımı yazzalar böyük bir serial çəkmək olar.



17.Ağacı kökdən ananı baladan ayıran fələk səni sevəndən ayıran nədir canım?

Hörmətsizlik,xəyanət canım.



18.Əlində 3 gül var SARI, QIRMIZI, AĞ.onları kimə verərdin?

Qırmızı gülü anama sevgi rəmzi olduğu üçün,ağ gülü qızıma saflıq və məsumiyyət rəmzi olduğu üçün,sarıgülü dəkı əslində dostluq və sevgi rəmzi olduğu üçün bacıma verərdim.Əslində hamı sarı gülü başqa cür başa düşür amma bu belə deyil.Güllərin mənaları haqqda xəbər də hazırlamışam.onu oxuduqda hamı biləcək.



19.Bəzən olubmu ki, heç kəsin sənin başa düşmədiyini düşünüb danışmaq istəməmisən?

Çooooox olub.



20.Övladların sənə ana ana deyəndə nə hiss edirsən analiq necə hissdir səncə bizə acıqlaya bilərsənmi bu hissi?

Düzünü desəm nə qızım,nə də oğlum mənə ana demir elə adımı qısa şəkildə deyirlər.Əvvəldən özüm elə öyrətmişəm Bir dəfə həkim iynə vuranda qızım məni çağırdı,həkim dedi bu kimi çağırır padruqasını?Amma analıq hissi çox gözəl hissdi.Ən çətin anda belə onlar sənə dayaq,təsəlli olurlar.



21.Qadınlar.bizdə sənə ən yaxın olan userlər kimdir ama tam səmimi canım narahat olma heç kim inciməz.

Çoxdu yazsam çox yer gedər.Burdakı qızların demək olar hamısı mehriban qızlardı.Burdan hamısına salamlar.



22.Təsəvvür edin ki yolda gedirsiz özünlə qarşılaşsan ilk reaksiyan nə olar canım?

Özümlə qarşılaşsam,nə bilim canım deyə bilmərəm təvazökarlıq olar.



23.Səncə İndiki zəmanədə sevilmək üçün zəngin ürək lazımdı yoxsa pulla dolu cib canım?

Məncə elə ikisi də canım.



24.Mənə sualın varsa buyur və həmişə verdiyim sual məni necə biri olaraq tanıyırsan?

Sənə sualım yoxdu canım.Səni üzə tərifləmək kimi olmasın çooox mehriban,cana yaxın,sakit və səmimi biri kimi tanıyıram.İnşaalah sağ salamat bəbişini də qucağına alarsan.



25.Və sonda Qadınlar.biz userlərinə ürək sözlərin?

Qadınlar.biz userlərinə arzum hansı userin ürəyində nə arzu varsa tezliklə Allahın köməyi ilə həyata keçsin inşaalah.

 

Canım suallara səmimi cavab verdiyin üçün çox sağol mənim üçün dediyin xoç sözlər üçündə təşəkkürlər bacı məndə səni tanımasamda mənə doğma yaxınsan burdakı hər bir user mənə doğmadı səndə içində yenədə deyirəm çox sağol canım bacım..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!