Acıqlananlar şirniyyat yeyəcək + VİDEO

Acıqlananlar şirniyyat yeyəcək + VİDEO
Qadınlar.Co
10.09.2017 11
Yəqin ki, Westgold-un keçirdiyi "Acıqlanmaq aclıqdandır” kampaniyası barədə məlumatınız var.

Bu kampaniyanın məqsədi azacıq da olsa, insalara xoş əhval bəxş etmək və insanlar arasındakı ünsiyyəti daha da yaxşılaşdırmaqdır.



Heç kəsə sirr deyil ki, biz ac olarkən səbirsiz və acıqlı oluruq. Bəzənsə kimlərsə də bizim üstümüzə elə bu səbəbdən acıqlana bilər. Kampaniyamızın mövzusu məhz budur. Biz sizi sizə acıqlananlara səbrlə davranmağa, ona eyni kobudluqla cavab verməməyə səsləyirik. Axı o, sadəcə ac ola bilər... :)

Sizə acıqlanananlara kobudluqla cavab verməyə və ya ondan inciməyə dəyməz. "Westgold” hər şeyi yoluna qoyacaq. Sadəcə kampaniyamıza qoşulmaq kifayətdir. Biz qarşı tərəfi şirin ünsiyyətə dəvət etmək məqsədilə sizin adınızdan sizə acıqlanan insana şirin pay göndərəcəyik.



Proses isə bu cürdür:

Sizə kimsə acıqlanıb və siz ona şirin pay göndərmək istəyirsinizsə, www.aciqlanma.az səhifəsində "qoşul” düyməsinə klikləyirsiniz, açılan pəncərədə əhvalatınızı yazmaqla göstərilmiş xanaları doldurursunuz. Müraciət yerinə yetirildikdən sonra sizin əhvalatınız foto və videolarla birgə saytda yerləşdirilir.



Buyurun xanımlar, sizə kim acıqlanıbsa ona şirin pay göndərmək şansını əldən verməyin. Bəlkə sizə də nəsə hədiyyə aldılar?





скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!