Bakcell virtual futbol çempionatına start verir

Bakcell virtual futbol çempionatına start verir
Qadınlar.Co
10.09.2017 21
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün "Futbol Bakcell ilə” layihəsi çərçivəsində yeni bir fəaliyyətə start verir.

2015-ci ilin fevral-aprel aylarında keçiriləcək "Bakcell Virtual Futbol Çempionatı”nda paytaxt və bölgələrdə yerləşən orta məktəblərin 9, 10 və 11-ci sinif şagirdləri iştirak edə bilər.

Virtual Futbol Çempionatı (PES) müvafiq oyun cihazları vasitəsilə keçirilən virtual futbol turniridir.

Turnir Bakıda (20–23 fevral), Sumqayıtda (28 fevral–1 mart), Zaqatalada (7–8 mart), Qəbələdə (14–15 mart), Şəkidə (21–22 mart), Lənkəranda (28–29 mart), Mingəçevirdə (4–5 aprel), Gəncədə (11–12 aprel) baş tutacaq.

Respublikanın müxtəlif bölgələrində keçiriləcək çempionatın regionlar üzrə qalibləri arasında final oyunları isə aprelin 26-da Bakı şəhərində təşkil olubacaq.

Turnir haqqında iştirakçılara ətraflı məlumat vermək üçün tədbirin təşkilati komandasıadiçəkilən bölgələrə səfər edərək burada promo-kampaniyalar keçiriləcək. Bundan başqa, hər bir regionda iştirakçıların qeydiyyatı üçün stend quraşdırılacaq.

Dərs prosesinə mane olmamaq üçün turnirlər şənbə və bazar günləri şəhərlərin mərkəzlərində yerləşən orta məktəblərdə və ya idman komplekslərindəbaş tutacaq.

Turnir haqqında əlavə məlumat əldə etmək üçün: http://pes2015.bakcell.com/az/

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!