aziz a ilə müsahibə

aziz a ilə müsahibə
Qadınlar.Co
10.09.2017 15
1.Salam canım mənim səni burda görməyimizə cox şadıq aramıza xoş gəlmisən.

Salam bacım məndə şadam ki, sizin kimi bacılarımın əhatəsindəyəm.



2.Buyur özünü təqdim elə canım adın soyadın və yaşın neçədi?

Məmnuniyyətlə.Adım Aysel Əkbərova.İyunda 28 yaşım olacaq.



3.Canım hansı məktəbdə oxumusan hansı Universetdə təhsil almısan təhsilin nədi?

Mən Şamaxı Mədəni Maarif texnikumunun İbtidai təhsil şöbəsində təhsil almişam.



4.Canım bilirəm ki səndə müəlliməsən Gəl sənə eksklüziv bir sual verim. Dünyaya bir daha gəlsən yenəmi bu peşəni seçərdin?

Tam səmimi olaraq deyirəmki, yox seçməzdim.Əsəblərimin pozulmasıdı, indi şükür ki yaxşılıqdı, amma seçməzdim.



5.Nə bürcüsən və bürcünün xarakterlərini daşıyırsan canım?

Bürcüm Əkizlər bürcüdü,bəzi hallarda uyğunluq var.



6.Məktəb illərin necə keçib və ən yadda qalan hadisən nə olub bacım?

Cox gözəl məktəb illerim keçib,cox axtariram o illəri.Gözəl sinifimiz var idi.Coxlu hadisələr olub təbiiki,amma birini deyim.11ci sinifdə oxuyurduq və hər kəsin öz kabineti var idi, bizim kabinetinde açarı məndə olurdu uşağlara dedimki gəlin açari gizlədək və deyəkki açar itib.Beləliklədə məqsəd dərslərimizin boş keçməsi idi. Belədə olu.Direktoracan hamı gəldilər məsələni biləndən sonra bizi bütün günu o biri siniflərlə birlikdı dərs keçməyə göndərdilər və əlbətdəki dərs cox marağlı keçdi. Uşağlar mənə dedilərki Aysel ağlında min yaşa, bu gün keyf eledik......Gözəl günlər idi....



7.Adətən, insanların 70 faizinin dinləməklə arası yoxdur,buna görə də bir çoxları içinə qapanır.Çünki ona qulaq asacaq birini tanımırlar.Çoxları isə psixoloqa müraciət edirlər.Bəs sən necə,Danışmağı yoxsa qulaq asmağı üstün bilirsən və bilmək istərdim ki,qarşında sənin uzun-uzadı danışdıqlarını dinləyəcək biri varmi?

Bilirsən bacım,bu deqiqe içimdən elə şeylər keçir ki, onu heç kimə deyə bilmirəm, və deyədə bilmərəm.Başa düşülməməkdən qorxuram.Amma mən cox gözəl dinləmək qabiliyyətinə malikəm, və qarşımdakıni cox böyük həvəslə dinləyirəm və bacardığım qədər fikirlərimlə köməkdə ede bilirəm.Bəlkədə var, amma mən içimdəkiləri danışa bilmirəm, hardan başlayacağımı bilmirəm.



8.Heç bir xəyal reallaşmayacaq qədər böyük, heç bir ümid yüngülə alınacaq qədər kiçik deyildir!Xəyallarına qovuşmusanmı və ümidlərinə bağlı insansanmı?Əgər bir insanın ümidləri ölmüşsə,artıq özü də ölmüşdür deyilməsini çox güman ki,eşitmisən.Bu barədə fikirlərini bizimlə paylaş.

İndi özümlə bağlı heç bir xəyalım yoxdu sözün açığı,hər şeyi hər şeyi qızımla bağlamışam, hər şeyi ona arzulayiram, ümid etmək gözəl şeydi, məndə ümid edirəmki qizimda , əzizlərimdə hər şey əla olacaq.



9.Pul insanların həyatında bu gün mərkəz nöqtədə durub.Pulun qazanılması ilə xərclənməsi arasında böyük əlaqə olduğu məlumdur.Necə deyərlər,asan yolla qazanılan pul,asanlıqla da dəyərsiz bir şeyə xərclənəcək.Sənin pula olan münasibətin,xərcləməklə olan əlaqən(xəsislik və ya öz kefinə..mənasında),pula görə edə biləcəyin ən böyük iş nələrdir?

Pul hər şeyi həll etməsədə, çox şeyi həll edir, bu düz sözdür.

Amma mənim o qədər pulum yoxdu ki, onu keyf üçün xərcləyəm.Normal şeraitdə yaşayan bir ailəyik,amma onuda deyimki kiməsə imkanım daxilində kömək etməyi sevirəm, rahat oluram onda.Yəni əlimdə olsa ehtiyacı olanlara kömək ederem, inan ALLAHA söz xatirinə belə demirəm....



10.İnsanlar xoşbəxtkən 1 mahnıya qulaq asarkən onun ritminə daha çox cəmlənər,kefsiz olarkən isə əksinə sözlərə fikir verər.Canım Sənin musiqi ilə əlaqən tam olaraq necədir bilmək istərdik.Sözlərə yoxsa ritmə üstünlük verənsən?

Düz sözdü, keyfimiz yüksək olanda ritmik mahnilarin sədasi altında özümüzdən gedirik, amma mən son vaxtlar ancaq lirik mahnilarla yatıb , qalxıram və eləsinin sözləri məni çəkir, eləsinin musiqisi.



11.Budaq qırıldığı yerdən, insan da qırıldığı ürəkdən qoparmış.Qəlbində olan incikliyi necə ovundura bilərlər,sənin incikliyini silmək mümkündürmü?

İş ondadıkı qəlbim qırılır tez tez, amma mənim bir bədbəxtçiliyim ondadıkı mən kiməsə kin bəsləyə bilmirəm, hansıkı bunu etmək lazımdı.İndi bilmirem bu yaxşı cəhətdi ya pis. Amma onuda deyimki, buna görədə əziyyəti mən cəkirəm.



12.Sevincli olduğun zaman bu hissi ilk kiminlə paylaşmaq sənə daha əziz və xoşdur?

Əgər ailəmlə bağlı bir haldısa təbii ki, ailəmlə, amma şəxsiyə qaldıqda( nəisəki belə bir şeydə yoxdu) yaxın bildiyim biri ilə.



13.Sənin üçün dəyərli olmaq,yoxsa əhəmiyyətli olmaq daha vacibdir canım?Yəni demək istədiyim hər mənaya aiddir.Əgər bir münasibətdə fərqi yox, istər sevgi,istər dostluq və digər münasibətlərdə dəyərli olduğunu ,lakin bir işə yaramadığını bilsən hansı reaksiyanı verərdin?

Mənimçün bu iki söz ikisidə eyni məna kəsb edir,amma reaksiyam bir işə yaramadığımı hiss etdiyim anda ( belə hallar olub) o deqiqe düşünürəmki men heç nəyə yaramayan , lazımsız bir insanam, ve təbii ki, buda məndə ruh düşkünlüyü, pis ehval ruhiyyə yaradir.Belə....



14.Həyat fırtınalarla doludur.Bu fırtınalar bizi bəzən qayalıqlara çarpa bilir.Fırtınalarla mübarizədə nə qədər güclüsən? Kiminsə köməyinə ehtiyac duyursanmı yoxsa özün həll etməyə çalışırsan?

ALLAHIMA güvənərək dayanıram.Ehtiyac duysamda kimsədən kömək istəmirəm,sadece problemimi deyə bilmirəm kimsəyə.....



15.Adətən zamanın insanların həyatında xüsusi bir rol oynayaraq,çox şeydə faydalı olduğu söylənilir.Bəzən məsləhət kimi də məhz zamanla hər şey düzələr deyilir.Bəs sənin həyatında zaman dedikdə hansl anlara canlanır?Zamanın sənə qazandırdıqları nələr olub?Zamanlama ilə aran necədir?

Bəli zaman her şeyə dərmandı, çünki bir vaxtlar cox əziyyət çəkdiyin bir şey üçün zaman keçdikcə xatırlayıb təssüflənirsən.

Qazandıqlarimda olub , itirdiklərimdı olubki indi əziyyətini çəkirəm...



16.Bəzən uzun-uzadı cümlələr qurar,sözlərimizlə fikrimizi ifadə edərik.Bəzən yeri gəldiyində isə söz qurtarar,səssizlik girərə söhbətə.Necə deyərlər susmaq özü bir cavabdır anlayana.Susduğun,sözlə ifade edə bilmədiyin mövzular hansılardır?Susaraq cavab verdiyin və ya cəzalandıdığın insan olubmu həyatında?

Elə anım olubki, ürəyimdəkiləri desəydim mənim istədiyim olardi, amma kiməsə ziyan dəyərək.Onuda mən istəməmişəm....



17.Ana olmamışdan öncə olan ve ana olandan sonra özündə dəyişikliklər hiss etdinmi?

Çox.Əvvəldən uşağlarla aram yaxşı olub.Qızım olandan sonra ilk anı deyim, onu qucagıma alanda sanki mən mən deyildim, məndı başqa Aysel yaranmışdi,o andan onu o qeder cox istəməyə başladımki( düzdü indi dolanmırıq sözümə baxmır 02 ) Belə dəyişiklik oldu.



18.Uşaqlığında ən sevdiyin ən yadda qalan hadisə hansıdır?

Nədənsə uşaqlığımla bağli heç nə yadıma gəlmir.

Hə bir o yadıma düşdü ki bibimi çox istəyirdim o ailə quranda çox ağlamışdım, iki gündn sonra məni apardılar bibimin yanına və mən qaldım onunla evimizə gəlmıdim.



19.Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış..." dediyin insan olubmu?

Hə olub.



20.Ömür stansiyasız qatardır,nə vaxt dayanacağını heç kəs bilmir.Əgər sən bilsəydin, nə edərdin?

Nə edecəm mən elə o günü gözləyirəm namazıda dualarım ora ilə bağlıdı.



21.Səncə baxımlı qadın necə olmalıdır?

Təmizliyinə fikir veməlidi.



22.Canım umümiyyətlə geyim tərzin necədi?

Sade və əsasəndə özümə yaraşanı geyinirəm, dəblə getməyə nə elə imkanım nədə həvəsim yoxdu, mənim dəbim özümə yaraşan geyimlərdi.



23.Yediyin yemək tərzin necədi? bizimlə bölüş canım

Qızartma yemekleri cox sevirəm ən çoxda kartof qızartmasını. birdə ölürımda şirniyyatçun nə qədər olsa yeyərəm.



24.Saytda ən çox kimlə yaxınsan?

Gözəlim saytda hamını cox istəyirəm, amma ən yaxın adsiz a,Saram, Sən,Ayşəgül( yeri gəlmişkən yoxdu nə vaxtdi).Acişko. Hamini lap cox istəyirəm.



25.Mənə sualın varsa buyur və həmişə verdiyim sual məni necə biri olaraq tanıyırsan?

Sənə sualım yoxdu , sualımı ilk tanış olanda verdim, amma tam semimim olaraq onu deyimki, seninle yazişan ilk gündən səndə elə bir yaxınlıq hiss etdimki o deqiqeden sene bağlandim, Səni mehriban , sadə, şirin dil, gülərüz və gözəl biri kimi taniyib yaddaşıma həkk etmişəm( mənimçün daxili gözəllik önəmlidi deyim).



26.Və sonda Qadınlar.biz userlərinə ürək sözlərin?

Qizlarımıza ürək sözlərim daimi xoşbəxtlik, arzuları çin olsun, hər zaman can deyib , can eşitsinlər.bir birimizlə mehriban olaq , artiq ailə kimiyik bir birimizlə. hamınızı cox istəyirəm.öpürəm.

Canim Sevincim sənədə çox sağol deyirəmki menidə nəzərə aldun öpürəm.

 

Canım mənim xoş sözlərin üçün çox təşəkkürlər sözylədiyin sözlər hamısı qarşılıqlıdı canım səndə suallara tam səmimi cavab verdiyin üçün çox sağol Allah balanıda gözünə çıraq eləsin xeyrini bəhrəsini toyunu görəsən canım bacım.. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!