Həyat yoldaşi ilə ilk tanış olan günlərini bizimlə bölüşən arzum-aysum

Həyat yoldaşi ilə ilk tanış olan günlərini bizimlə bölüşən arzum-aysum
Qadınlar.Co
10.09.2017 38
Salam Qadınlar.Biz Ailəsi ilk xəbərimlə sizində fikrinizi
örgənməy üçün gəldim və ilk yeni maraqlı xəbərimlə.Deməli belə isdədim
xəbərimi sevgi üzərində hazırlayam sizlər sevgilinizlə nişanlınızla
həyat yoldaşınızla ilk necə tanış olmusuz sizdə mənim kimi bölüşün ilk
mən öz tanışlığıı yazıram kim isdəsə mənə şəxsidə yazar xəbər qismində
hazıırlayaram..İlk tanış olduqları günlərini bizimlə bölüşən arzum-aysum bacımız olacaq.



Bidənəm mənim xalam oğludu. Ona görə də bizim xüsusi tanışlıq hekayəmiz
olmayıb. Universiteti bitirənə qədər xala uşağı olsaq da, bir birimizi
barmaqla sayılacaq qədər az görmüşdük. Sonralar hər yay məzuniyyət
götürüb rayona xalamgilə istirahətə gedirdim. Sən demə bu məni sevirmiş.
Mənim xəbərim yox idi. Sonra əsgərliyə getdi bidənəm. Hər gün mənə zəng
eliyirdi, guya xalasını soruşur :-) mənim də saf ağlım, heç ağlıma da
gəlmirdi ki, bu məni sevir. Artıq əsgərlikdən qayıtdı. Yayda yenə
getmişdim rayona. Bacımın qızlarını da aparmışdım. Ancaq bunlarda yox o
biri xalamgildə qalırdım. Bu mənim yanımdan əl çəkmirdi, hər gecə şirin
yuxular mesajı, səhər duran kimi sabahın xeyir mesajı, üzünü yuyub
qaçırdı yanıma belə belə mən də onu sevdim ondan xəbərsiz. Rayonda olanda neçə dəfə
sevgisini demək istəyib çəkinib. Çünki mən qaraqabaq idim. Cəhd edib
yaxınlaşa bilmirdi. Sevgisini necə deyib bölüşmüşəm sizinlə. Qovuşmasını
çətin olsa da, Şükürlər olsun Tanrıma ki, qismətimə bidənəmi yazıb. Bu
həyatı onunla yaşamaq və onunla yaşlanmaq ən böyük xoşbəxtlikdi mənim
üçün.



Hələ nişanlı deyildik. Bir dəfə mənə zəng elədi ki, çıx
balkona görüm səni. Mən də dedim, rayondasan sən harda görəcəksən. Nəsə
ürəyim durmadı ümidlə çıxdım balkona. Görmədim bunu. Pis oldum. Dedim
sən zarafat elə. Özü deyəndən sonra baxdım ki, üzbəüz binanın başında
mənə baxır. Çox sevindim onda. Bir də rayonda şəhərlər məndən qabaq
durub həyətdən qızılgül qırıb qoyurdu yastığıma



Gülməli
hadisə də, bir dəfə otaqda uzanıb bidənəmlə danışırdım telefonla. Atam
anamdan soruşub ki, Türkan yatıb. Bacımın qızı da deyib ki, yox eee
baba, uzanıb yorğanı da çəkib başına Rzaynan danışır bayaqdan



Bir
dəfə də qış idi. Bidənəm utanırdı bizə gəlməyə. Zəng elədi ki, dükan
adından çıx yola səni görüm. Mən də Bacımın uşaqlarını götürüb getdim.
Bunlara da tapşırdım ki, bax babaya demiyin ki, yolda Rozani gördük.
Gəldik evə. Gördüm Bacımın qızı atama deyir ki, baba yolda bizi bir
oğlan öpdü. Atam da mənnən soruşdu ki, kimiydi. Daha nə deyim. Dedim
Rza. Birdən Bacımın qızı qayıdasan ki, "xalam da bizə deyir demiyin
Rzanı gördük, özü də deyir"скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!