ayan97 ilə müsahibə

ayan97 ilə müsahibə
Qadınlar.Co
10.09.2017 10
1.Salam canım mənim səni burda tanıdığıma sevinirəm çox isdədiyim userlərdən birisən canım.

Qarsiliqlidi canim mende bu saytda olduguma ve sen ve senin kimi xanimlarla dost olduguma göre cox sevinirem. Ve sizleri çox sevirem..



2.Səni tanıyanlar tanıyır tanımayanlarada birdaha özünü tanıt adın yaşın doğum günün neçənci il?

adim Ayten 18 yasim olacag, 23.02.1997-ci il.



3.Canım hansı məktəbdə oxumusan hansı Universetdə təhsil almısan təhsilin nədi?

Men 7 sayli tam orta mektebi bitirmişem. Hal-hazirda Astara Pedoqoji Kollecde oxuyuram. Tehsilim Resm mellemeliyidi..



4.Harda yaşayırsan canım rayon ölkə bakıda yaşayırsansa hansı itiqamətdə olursan?

Men Cenub zonasinda oluram. Astarada yasiyiram...



5.Canım demək olarki bilməyən yoxdur amma soruşuram.Sevdiyin insan nişanlınınla tanış olduğun günü bizimlə paylaş canım?

Nişanlimla 2012-ci ilde taniş olmuşam. Kollece gedende bacimla yolda taksi gözlüyürdük, demek olarki yarim saat gözledik maşin yoxiydi soram bu bizi apardi mektebe ele taniş olmuşuq.. Yani o meni o vaxt isteyib..



6.Onunla gələcəyini necə düşünürsən?ətraflı bizlərlə bölüşə bilərsən???

Onunla geleceyimi? çoxlu uşağlar, sevgi dolu ev, gözel aile fikirleşirem...



7.Özünüzə aid mahnı yada şeir varmı?Yada sən Elə bir bədahətən şeir yazmısan ona aid?

Yo canim onun üçün şeir yazmamişam amma bir şeir varki bize aiddir.

"Vüqar Rahi & Terane Anka- Seni Sevirem"



8.Kiməsə məsləhət vermək sənə asan gəlir ya məsləhəti dinləmək?

Eslinde canim men meslehet vermekdende, meslehet dinlemekdende çox xoşum gelir. Amma mence meslehet dinlemek asandir...



9.Hansı günün həyatından silib atmaq istərsən???

Heyatimda silib atmağ istediyim çox günler var..



Hər sevgili olan sevdiyini sanır.Amma əksəriyyət anlaya bilmirki o əsl sevgi deyil.Sadəcə bağlamaqdır.Sən ayıra bilirsən sevgini?

Mende evveler sevgini bağliliğdan ayira bilmirdim. Vaxt keçdi öyrendim.. Menim fikrimce insan bir birini çox sevmir..amma

onunla birlikde olduğu üçün bağliliq yaranir..her defe onu isteyir..amma özüde bilmirki bu sevgi deyil bağliliğda.. Insan bağlandiği insani gec unudur amma sevgi bambaşqa bişeydi..



10.Ən yadda qalan günün hansı olub?Kədərli ve sevincli günlərindən.

Nişanlimla ilk görüşüm helemde yadimdadir.. 9cu sinifi bitirende tökdüm göz yaşlari, kollece daxil olduğumu eşidende ise sevinc ğoz yaslarim olub. Ve o gunlerimi unutmamişam.. yaddimda çox



11.Nəyi həyatından tamamilə silmək istərdin imkanın olsaydı?Hansı gününü?

Her kesin sehvi olub. Men keçmişde etdiyim sehvlerimi silerdim...



12.Olubmiki ürəyin dolu olduğu zamanda ,ürəyini kimsəyə aca bilməmisən?Yalnız ağ vərəqdən başqa...???

Çox olub... Amma çox vaxt ağ vereqe yox Allahimla bölüşmüşem..



13.Dilək balığın olsaydı ondan nə əsas 3 şey dilərdin?

1- maşin istiyirem atamda var vermir mene, nişanlimda helle deyir verecem vermir. Menimde maşinim olsun sürüm hava atim..

2- jurnalist olmağdi.

3-orucluğ ayinda Türkiyeye getmeydi.. çünki orda çox gözel qeyd edirler..



14.Həyatda yeganə varlıq olan ANADIR indiyənə qədər anan sənə nələri oyrədib bu sualın cavabını bizimlə bölüşsən sevinərik?

Anam mene çox şey öyredib: Dua etmeyi, dözümlü olmaği, sebrli olmaği, böyüklere hörmet etmek, Insanlari sevmek, ünsiyyet qurmağ. Paxilliğdan, xebislikden, uzağ qalmaq.ve.s... ilk addim atannan bü günüme qeder hemişe yanimda olub..



15.Bəzən qəlbdə hiss edilən sevgi sözlərlə ifadə edilə bilmir. Qəlbindəki və ruhundakı Allah sevgisini soruşsam bizlərədə bu hissi açıqlaya bilərsən?

Qelbimde de ruhumda da Allaha sevgim böyükdür.. Her günüme şükr edirem ve edecemde...



16.Ulduzların köməyi ilə səmaya nə yazmaq istərdin?

Ulduzlarin kömeyile birinci Anama teşekkür ederemki meni dünyaya getirib, soram nişanlima sevdiyimi ve meni çox sevdiyi üçun teşekkur ederem..



17.Gündəlik hansı geyimlərə ən çox üstünlik verirsən?

Sport geyirem, şalvardan ve uzun köynekden istifade edirem..



18.Mətbəxə, ev işlərinə münasibətin?

Metbexi ev işlerini sevirem ve görürem. Amma yemey pişire bilmirem :( amma gözel biskivitler, proqlar tortlar pişirirem..



19.Hansı mövzuları daha çox oxumağı xoşlayırsan?

Psixologiya haqqinda çox oxuyuram, roman, nağil oxumaği çox sevirem. Dini hedisler, hekayeler oxuyuram..



20.Gündə azı 3 dəfə qulaq asdığın mahnı və ya müğənni varmı ?

Müğeniye göre mahniya qulaq asmiram, amma her gun Orxan Deniz & Xatire Islam- Seni düşünen.. mahnisini severek dinleyirem..



21.Səncə niyə xanımlar hər zaman bir birlərinə paxıllıq edir?

Özlerinde olmadiği bir şeyi başqasinda görürler ve göz götürmemek, paxilliq edirler. Men bele şeye pis baxiram. Kimese paxilliq etmeydense, özünde nese deyişiklik etseler yaxşi olar..



22.Canım suallar çox fikirləşib verə bilərəm amma ki userləri bezdirməyim)Nədə səni yormayım mən.Suallarım xoşuna gəldi?

Super suallardi, çooox xoşum galdi.. Senin kimi suallarinda düşündücudu



23.Sevdiyin şerdən bir parça yaza bilərsənmi?

Nüsret Kesemenlinin şeirlerini çox sevirem..

Mene biraz onnan daniş,

Azda olsa yaşat meni..

Çox dolmuşam için-için

Biraz ağlaat boşalt meni,

Yaman sixir heyat meni...)))



24.Mənə sualın varsa buyur və həmişə verdiyim sual məni necə biri olaraq tanıyırsan?

Sualim yoxdur canim. Seni çoox yaxşi bir yoldaş, geleceyin gözel anasi kimi taniyiram...



25.Və sonda Qadınlar.biz userlərinə ürək sözlərin?

Sizin haminizi çoox sevirem.. Uzun ömür can sağliği dileyirem.. Sevgini ve sevdiyivizin qedrini bilin.. Qadin xoşbextliyi arzulayiram bacim cox sagol mennen müsahibe götürdüyün üçün..

 

Canım müsahibədə səmimi olduğun üçün təşəkkürlər xoş sözlərin üçündə çox sağol. Allah səni xoşbəxt eləsin sevdiyinlə  hər zaman Amin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!