Həyat yoldaşi ilə ilk tanış olan günlərini bizimlə bölüşən Miss-Oxatan

Həyat yoldaşi ilə ilk tanış olan günlərini bizimlə bölüşən Miss-Oxatan
Qadınlar.Co
10.09.2017 10
Salam Qadınlar.Biz Ailəsi ilk xəbərimlə sizində fikrinizi
örgənməy üçün gəldim və ilk yeni maraqlı xəbərimlə.Deməli belə isdədim
xəbərimi sevgi üzərində hazırlayam sizlər sevgilinizlə nişanlınızla
həyat yoldaşınızla ilk necə tanış olmusuz sizdə mənim kimi bölüşün ilk
mən öz tanışlığıı yazıram kim isdəsə mənə şəxsidə yazar xəbər qismində
hazıırlayaram..Həyat yoldaşı ilə ilk tanış olan günlərini bizimlə
bölüşən Miss-Oxatan olacaq..
 



"Mən ilk dəfə həyat yoldaşımı görəndə çox gülmüşdüm)))Deməli,bir neçə il
əvvəl qardaşımın işi ilə əlaqədar onunla Rusiyaya getmişdik.Orada
xalamgilin maqazinləri var.Evdə darixmayaq deyə bizi apardilar
maqazinə.Maqzinlərin birinidə kocam işlədirdi.Xalamla da orda tanış
olmuşdular.Xalamla bir birini elə çox istəyirdilər ki,çox
insanlar,onları ana bala bilirdi,hələdə belə bilənlər var.Buna görədə
bəzi "ağzı göyçəklər" deyir ki,ona baxeee 25yaşı kecmişdi,xalası kişi
tapdi getdi yalansa daş təpənizə Nəysə,Bir az keçdi o gəldi.Salamlaşdıq.İlk dəfəydi həyatda üz üzə
gəlirdik.Ancaq çox əsəbiydi,satıcılardan biri götürdüyünü yerinə
qoymazdı,yenə də elə ol muşdu.Bu isə deyinirdi,ancaq elə gülməli
görünürdü ki,özümü saxlıyammırdım))))eyni zamanda da qorxurdum deyirdim
ilk dəfədi görürəm nə bilim nətər xasiyyətdədi güldüyümü görər kobudluq
edər.Bir təhər sıxdım özümü.Hətta bir neçə gün gülmüşdüm Biz orda 4ay kimi qaldiq sonra qayitdiq vətənə.Bu 4ay müddətində akazımıçka bu mənə göz qoyubmuş Mən orda qaldığım bu 4ayda neçə neçə gəlin tanıdım hamısı ər xəyanətinə
məruz qalmış,üstəlik qapıdan bayira həsrət qalmış qadınıar idi.Özləri
demiş ayrılmaq üçün övladları əl ayağına dolaşır.Ona görə də həmişə
deyirdim ki xalamla və hamı ilə söhbətdə evdə qalaram ama rusetdə
yaşıyana getmərəm belə yerdə deyirlər e əsla əsla demə Nə isə gəldim vətənə bir neçə ay qaldım,bu muddətdə kocam xalama
fikrini deyər xalam da deyər ki o heç vaxt burda yaşıyana getməz
deyir.Bir neçə aydan xalamgil işləri böyütmüşdür,tək idi,xalam 30 ildir
ailəlidir ama övladı olmayıb.o üzdən mənə təklif elədilər ki,gəlim nətər
deyərlər baş-başa verək işləyək.Ailədə məsləhət-məşvərətlə
getdim.Örgətdilər işlədim.Artıq onunla iş yoldaşı idik.Bu sırada
istər-istəməz tanıyırsan xasiyyətə bələd olursan.Görürdüm ki,bu insan
fərqlidir.Orada bir nəfər yaşıyırdı,heç kimin xoşu gəlməzdi,ailəsinə
xəyanətdə rekord vurmuşdu.Bir gün işə gəldim,mənim gəldiyimdən bixəbər
idi.Bir başqa Azərbaycanlıyla həmin bu insan haqda danışırdılar.Kocam
onda bu sözü dedi onda onun həqiqətəndə fərqli olduğunu bildim.Deyirdi
ki,Yaxşı kişi evinə,ailəsinin üstünə işdən gələr,ailə müqəddəs ocaqdır
ora exlaqsız yerdən gəlib mundarlamazlar.Hətta sevmədiyin qadına da
etməzlər,nolsun ki evdə olur görmür neynirsən çöldə Allah ki görür.Mən
bunları eşitməyimdən xəbərsiz idi.Mənə çox qəribə gəlmişdi,orda yaşıyan
bir oğlanın belə düşünməsi.Sonra xalam mənə dedi ki,bəs onun sənə qarşı
belə fikri var.Mən sakit reaksiya verməyimə də xala şok olmuşdu dedim düşünərəm.Bir müddətdən sonra özü mənə dedi,ama romantik olmamışdı.smsdə yazmışdı ki,qohum olacıyıq Onunla romantik anlarimiz çox olub.Mən çooox qısqanciydim indi indi
duzəlmişəm.O orda illərdi yaşıyır,qonşu,sinif yoldaş hər gün biri gəlib
semimi salamlaşırdı.Ən zəhləm gedən söz Privet sözüdür))))səmimi olanda
privet deyirlər axi mende deyirdim o sənin nəyindi ki privet deyir. bir dəfə də bir qiz gəldi sən demə qonşu olublar,privet kak dela o buna bu ona mənim də krışkalarım atdi qırğın qiyamət,dedi qonşudu dedim qonşu olanda nağarmısız ki belə səmimisiz? hətta bu küsülülük neçə gün cəkdi.yeni il ərəfəsiydi maa hədiyyə
almışdı,tezdən gəldi ki heç kim olmamış versin bəlkə barışaram
dana))))hədiyyəni verəndə nətər əlindən alıb fırıllatdımsa o an
maqazinin qapisi açıldı hediyyə pramoy dəydi klentin sifətinə utanmağa utandım ama ta deymişdi nağarmax olar yazıq kişi başa düşdü heşzad demedi.o çıxandan sonra pis oldum başımı
qaldırdım ona baxdım cox pis olmuşdu,ürəyim ağrıdı,gözləri
dolmuşdu.Özümdən asılı olmadı qəfil qucaqladim onu.o da məni,qulağıma
dedi ki,havayı artistlik elemə gündə bir yol bir priveti behane edib men
səndən əlçəkən deyiləm düzdü o bu cümlə lap o qucaqlaşma səhnəsində qulağıma deyilsə də romantik cümlə olmasa da mənimçün romantik alinmişdi

Romantik anlarımız çox olub,hər bir özəl günü mütləq qeyd edirik,hədiyyəsi surprizi və romantik yaxınlaşma mütləq olur.onsuzda uzun yazmışam yoxsa bir neçəsini yazardım.Hər zaman xosbext olun canım.."
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!