aynur2002 ilə müsahibə

aynur2002 ilə müsahibə
Qadınlar.Co
10.09.2017 11
1.Salam canım mənim səni burda görməyimizə cox şadıq aramıza xoş gəlmisən.

Çox sağol.Sizinlə tanış olduğum üçün mən də çox şadam.



2.Buyur özünü təqdim elə canım adın soyadın və yaşın neçənci il doğum günün?

Adım Sənubərdir.13 yaşım var və 7-ci sinifdə oxuyuram.Doğum tarixim 28.06.2002.Sumqayıtda yaşayıram.2 qardaşım var.



3.Həyatda yeganə varlıq olan ANADIR indiyənə qədər anan sənə nələri oyrədib bu sualın cavabını bizimlə bölüşsən sevinərik?

Ana sözü mənim üçün çox dəyərlidir.Mən bütün həyatımı anamdan öyrənmişəm.Anamın hər bir işə necə yanaşdığına baxıb ondan ibrət alıram.



4.Ulduzların köməyi ilə səmaya nə yazmaq istərdin?

Yazardım ki, Allahım mənim bütün günahlarımı bağışla və bütün dualarımı qəbul elə.



5.Xasiyyətini görünüşünü bizə necə ifadə edə bilərsən?

Mən pozitiv insanam.Dost olmağı çox sevirəm.Hərdən yalan danışdığım, aqressiv olduğum vaxtlar da olur.Tez küsürəm ama tez də barışıram.



6.Bildiyim qədəri ilə məktəblisən İNŞALLAH məktəbini bitirdikdən sonra hansı sent sahibi olmaq istəyirsən?

IV ixtisas qrupuna getmək istəyirəm.Həkim (ginekoloq) olmaq istəyirəm.



7.Ən çox kimlərdən örnək alırsan gözəlim?

Ən çox valideynlərimdən, yaxınlarımın hamısından müəyyən bir örnək götürürəm.



8.Ən böyük uğurun arzun nədir həyatda?

Uğurum ibtidai sinifdə 3 fəxri fərmanla təltif olunmuşam.Ən böyük arzum universitetə daxil olub, həkim olmaqdır.



9.Necə mahnılara üstünlük verirsən?Dinlədiyin musiqi tərzin?

Əsasən dini və sadə mahnılara üstünlük verirəm.



10.Hansı ölkələri səyahət etmək istəyərdin?

Dubaya və Türkiyəyə getməyi çox istəyərdim.



11.Nə bürcüsən və bürcünün xarakterlərini daşıyırsan?

Xərçəng bürcüyəm.Bürcümün demək olar, bütün xüsusiyyətlərini daşıyıram.



12.Nəyi kimləsə bölüşmək istəmirsən?

Xeyr.Kimi dost hesab edirəmsə onunla sevincimi də kədərimi də bölüşürəm.



13.Geyim tərzin necədi gözəlim?

Əsasən sadə geyinirəm.Çox qısa geyinməkdən xoşum gəlmir.Bir də hicab geyimlərini çox sevirəm.



14.Hansı mövzuları daha çox oxumağı xoşlayırsan?

Mənim üçün bütün mövzular maraqlıdır.



15.Hansı aksessuar sənin üçün heç zaman köhnəlmir?

Qol saatı.



16.Deyirlər indi çoxu vəfasızdı səncə bu nədən irəli gəlir?

Mən də özümə həmişə bu sualı verirəm.Ama hələ cavabını tapa bilməmişəm.



17.Günahsızkən üzr istəmisənmi və ya istəyərsənmi ?

Əlbəttə istəyərəm.Birincisi mən günahsız olduğum vaxt insanlarla aqressiv davrana bilirəm.Ona görə də kompramisə gedib üzr istəyərəm.



18.Ümidsiz bir insanın üzündə necə təbəssüm yarada bilərsən?

Ona Allahın həmişə bizi gördüyünü və bizi heç vaxt tək buraxmadığını söyləyərdim.



19.İstifadə etdiyin ətir hansıdı gözəlim?

Mən ətir dəlisiyəm.Ətirlərin heç birinin adı yadımda qalmır.



20. İdmanla aran necədir?

Yaxşıdır.İdmanı çox sevirəm.Taekvandoya getmək istəyirdim ama evdən icazə vermədilər.



21.Səncə hər bir insana həyatında nələri mütləq etməlidir?

İnsan dürüst, əxlaqlı, ədalətli, əməlisaleh olmalıdır.



22.Səncə nəyə görə qadın xəyanəti bağışlanmır?

Qadın çox zərif bir məxluqdur.Məncə xəyanət qadının qəlbini sındırır və qəlb də heç zaman düzəlmir.



23.Sevdiyin şeirdən bir parça yaza bilərsənmi?

El bilir ki, sən mənimsən,

Yurdum,yuvam,məskənimsən.

Anam doğma vətənimsən,

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!



24.Mənə sualın varsa buyur və həmişə verdiyim sual məni necə biri olaraq tanıyırsan?

Sənə sualım yoxdur.Səni dürüst, tərbiyəli, əxlaqlı bir qız kimi tanıyıram.



25.Və sonda Qadınlar.biz userlərinə ürək sözlərin?

Qadınlar.biz qızlarını çox istəyirəm.Qadınlar.biz saytını yaradan heyətə də öz təşəkkürümü bildirirəm.

 

Canım gözəlim müsahibədə səmimi olduğun üçün təşəkkürlər.Yaşına görə sevgi mövzusuna keçmədim isdədim yaşına görə suallar verəm verdimdə aldığım cavablarda çox xoşuma gəldi çalış hər zaman belə allaha sadiq dini olaraq qalasan.Xoş sözlərin üçündə təşəkkürlər gözəl qız.Müsahibədə iştirak etmək isdəyən userlər mənə şəxsidə yaza bilərsiz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!