Həyat yoldaşi ilə ilk tanış olan günlərini bizimlə bölüşən Guler19

Həyat yoldaşi ilə ilk tanış olan günlərini bizimlə bölüşən Guler19
Qadınlar.Co
10.09.2017 16
Salam Qadınlar.Biz Ailəsi ilk xəbərimlə sizində fikrinizi
örgənməy üçün gəldim və ilk yeni maraqlı xəbərimlə.Deməli belə isdədim
xəbərimi sevgi üzərində hazırlayam sizlər sevgilinizlə nişanlınızla
həyat yoldaşınızla ilk necə tanış olmusuz sizdə mənim kimi bölüşün ilk
mən öz tanışlığıı yazıram kim isdəsə mənə şəxsidə yazar xəbər qismində
hazıırlayaram..Həyat yoldaşı ilə ilk tanış olan günlərini bizimlə
bölüşən Guler19 olacaq..

 

 "Bizim sevgi hekayəmiz mən üç yaşım olarkən başlayıb Allahıma çox şükr edirəm ki alın yazıma belə gözəl bir insan yazıb.
Deməli belə başlayım sizəde deməyə. Mənim yoldaşımın atası anamın
dayısidı. 3 yaşım olardı məktəbdə şənlik idi. Məndə getmişdim
yoldaşımda. Qaynanam müəllimədi. Qaynatam isə məktəb direktoru idi. Mən
çox gözəl bir gəlinlik geyinmişdim. Birdən qaynanam məni gördü. Atama nə
gözəl bir qızın var dedi oğlunuda çağırdı. Yoldaşım məndən 6 ay
böyükdü. Uşaq idim əlimdədə qəşəng güllər 20 var idi. Yoldaşımın qoluna
girdim və ikimizin şəklini çəkdilər bəy gəlin səkli kimi və illər keçdi.
Yoldaşım bir gün şəklə baxar və anasından bu qız kimdi deyə soruşar
anasıda başlayar yuxarıda yazdıqlarımı danışmağa. Hər gün şəklə baxarmış
və bir gün mən anamla bir qohum xəstələnmişdi ona dəyməyə getmişdik 16
yaşım olardı qaynanamda gəlmişdi. Biraz oturduq anası buna zəng etdiki
gəl məni apar. Maşınla gəldi. Küşədə mənim anamla bunun anası durub
söhbət edirdi. və məni gördü fikri qalmışdi məndə. Məndə başa düşdüm və
anama yaxınlaşıb gedək dedim. Yoldaşım məni artıq ürəyinə atmışdı hər
gün məni fikirləşirdi. G hərfi olan bir boyunbağıda almışdı özünə. Ama
yaşımız az idi deyə heçnə edə bilmirdi. Yoldaşım məktəb oxumağa getdi.
Artıq 17 yaşım vardı. Məni bir oğlan istəyirdi. Sən demə o yoldaşımgilin
qonşusu imiş. Toyda görüb bəyənmişdi məni. Hər gün elçilərini
göndərirdi. Bizdə onları tanımadığımızdan cavab vermirdik. Bir gün
qaynanam zeng edər və anamı qonaq çağırar. anamda gedər. Başlayar
qonşularını tərifləməyə oğlunun məni istədiyindən xəbəri yox idi.
Qaynanam deyərki nə fikirləşirsən qızını ver getsin yaxşı ailədi oğlan
tərbiyəlidi nəbilim belə sözlər deyər. Anamda gəlib atama deyər artıq
valideynlərimin fikrində hə cavabı var idi. Məndə valideynlərimin
öhdəsinə buraxmışdım. Ama yoldaşımın məni istəməyindən xəbərim yox idi.
Qaynanam yoldaşıma zəng edər. Tezliklə toy olacaq gələndə mənə təzə
paltar alarsan da deyər. Yoldaşım soruşandaki kimin toyudu qaynanam
birinci oğlanın sonra mənim adımı çəkər. Mənim adımı eşidəndə dəli olar
və tez evlərinə gəldi. Valideynlərinə hər şeyi danışdı. Onlar eşidəndə
şoka düşdülər. Qaynanam açıb hər şeyi danışar mənim sayəmdə o qızı
verdilər deyər. Yoldaşım lap dəli olar. Təzədən anamı qonaq çağırar. və
başlayar onları pisləməyə elə pisləyərki anam onlara zəng edər və məni
vermədiklərini deyər. Qaynanam hər gün zəng edərdi o qədər zəng edərdiki
artıq bezmışdim. Hətta telefonun şunulun da çıxardırdım. Nə biləydik
bunun məqsədi var. Yoldaşımda qalmışdi səhərdən axşamacan küçəmizdə.
Artıq hər şey yavaş yavaş başa düşülürdü. və bir gün harasa gedirdim
yoldaşım qarşıma çıxdı məni sevdiyini dedi biraz danışdı və getdi. Şoka
düşdüm nə edəcəyimi bilmirdim donub qalmışdım. İnanırsız sonra anama
deyib atama demiyib ama hardasa görübmüş atamlada yaman görüşüb. Dədəm
deyir şoka düşdüm bu kim idi belə gəldi evdə danışdı. Və bir gün
oturmuşduq qaynanam gəldi xeyir işə gəlmişəm dedi. Anam atam qoy bir
birilərin tanısınlar dedi. Mənə zəng etdi. Hər gün danışırdıq ona elə
bağlanmışdımki onu çox sevdim məni nece sevdiyini danışdı. artıq məndə
onu sevirdim həmdə çoooooox. və biz nişanlandıq. Böyüklərimiz danışdıki
bunlar hələ uşaqdı toyu 2 ildən sonra edərik hamı razılaşdı. Ama
yoldaşım evdə neyniyibsə inanırsız 2 ay nişanlı qaldım. Sentiyabrın 7
qız toyu 8 isə oğlan toyu oldu. Çox xoşbəxtəm ki mənim alın yazıma ALLAH
belə bir insan yazıb. Bir birimizi çox sevirik hara gediriksə hamı
bizdən danışacaq elə bil təzə nişanlanıblar gör nə mehribandılar
deyəcəklər. bax belə



Gülməli hadisə bir gün yoldaşımdan bulvarda
gəzirdik. Yanımızdan neçə nəfər insan keçdisə hamısı türk dilində
danışdı. Yoldaşıma dedim gəl bizdə türkcə danışaq. İsrar eləsədə dedim
onda sən hiç sözünü deyərsən. dedi yaxşı. 2-3 nəfər gəlirdi irəlidən
Bular yanımızdan keçəndə Dedim Aşkım nə yapalım yoldaşımıda bir gülmək
tutdu. Vurdum oda dedi hiç. Yanımızdan keçənlər bizə baxıb güldülər. Məndə elə bildim bular bizim
qəşəng danışdığımıza güldülər. Mamagilə gedəndə bu hadisəni mamaya
danışdım. Anam bəlkə yarım saat güldü. Dedi: bala olar sənin qəşəng
danışığına gülməyibləre necə gülməli danışmısansa ona gülüblər



Birindədə
nişanlı vaxtı danışırdıq evimizdə heç kim yox idi deyə rahat evləri
gəzə gəzə danışırdım. Nişanımıza az qalmışdı. Yoldaşım dedi nişanda bir
iş görmək istəyirəm bir adam lazımdıki mənə kömək eləsin. Qaqaşın kömək
eləməz. Məndə tellə danışa danışa evə girəndə dedim qaqam adama səncə
kömək eliyər onu qoyasan elə telefon qulağında gəzə. Elə qızlar bunu demişdimki birdə gördüm qaqam yatıbmış mənim sözümə oyanıb. Tez söndürdüm teli dedim ay qaqa zarafat edirdimə tərs tərs baxdı üzümə. Qızlar Miryusif ad günümə qəşəng tel almışdı. Onu aldı əlimdən Öz köhnə telini verdi mənə



Birindədə
qızlar evdə nənəmlə oturmuşduq axşam idi. Bu dedi mən yatıram. Nənəmdə
qızlar bir hasası var həmişə onunla gəzir. Məndə yorğanı atdım başıma
başladım Miryusiflə danışmağa. Birdə gördüm qızlar üstümə elə bil ev
uçdu. Bu oyanıb hasasın üstümə nətər çəkdisə o dünyanı görüb gəldim. Uşaq kimi necə ağlayıram indi Dedi atan gəlsin atana deyəcəm. Yalvardım dedim demə nə desən edərəm.
Dedi abala gəl onda belimi oxala. elə o axşam canım nənəmi ovmaqla
keçdi günüm
"



Ömür boyu xoşbəxt olun canım mənimскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!