Qəmli günlərini bizimlə bölüşən remse bacımız

Qəmli günlərini bizimlə bölüşən remse bacımız
Qadınlar.Co
10.09.2017 13
Salam saytımızın şirin şəkər gözəl göyçək xanımları.Yeni layihəmlə
qarşınızdayam. Hər kəsin həyatında qəmli günləri olub məndə isdədim ki
belə bir layihə hazırlayım kimin həyatında qəmli günlər olub bizimlə
bölüşün dahada yaxın olağın deyə hazırladım.

Öz qəmli günlərini bizimlə bölüşən bizimlə paylaşan bizlərə özünü dahada
yaxın hiss edib dərdini qəmli günlərindən birini bizimlə bölən ilk
userimiz qonağımız Remse bacımız olacaq.
 



"Deməli belə qızlar çox fikirləşdim bu haqda yazım yazmayım nəhayət
yazmaq qərarına gəldim.Qızımın 2 yaşı olanda qoluna su tökülüb
yanmışdı.O anı onun qışqırıqları 6 il keçməsinə rəğmən hələ
qulağımdadı.1 ay uşağı bir gündən bir aparırdıq həkimə həkim sarğını
açıb dərman vurub artıq dəriləri qayçılayırdılar.Hər dəfəsində də məni
də otağa buraxmırdılar.O içəridə qışqırıb məni çağırıb ağlayırdı mən də
kaldorda.Köməyə çağırırdı kömək edə bilmirdim.Çox israr elədim həkim bir
dəfə məni içəri buraxdı gördüklərim hələ də gözümün qabağındadı.Uşaq 1
ay sisistemlə yaşadı.Düz 1 həftə yemədi içmədi ancaq qızma.Nəhayət ki 2
ay sonra tamamilə sağaldı.Ancaq təəssüfki o yaradan iz qaldı.Keçən il
apardıq ki əməliyyat etdirək,maraqlanaq.Ora getdim orda gələnnən sonra 2
gün halım pis oldu.Gördümki orda 1 qız 8 saat idi əməliyyatda
idi.Qorxdum.Nəysə fikrimizdən döndük elətdirmədik.Dediyki qoy böyüsün
özü razı olanda elətdirərik.Uşağa ürəyim gəlmədi dedim dözə bilmərəm
onun əməliyyata girməyinə.Bəzi yaşlı nənələr deyirlərki böyüdükcə heç nə
qalamayacaq.Nə bilim inşaalah.Allahıma şükürlər olsunki qızımı bizə
bağışladı.İndi 2.ci sinifdə oxuyur.Bunları yazanda məni ağlamağ tutur
Məni...Bəzi xoş danışmağı bacarmayanlar isə mənim o acılı günlərimdə
deyirdilər ki uşağa baxmadı uşaq yandı.Mən heç kimə qarğış
eləmirəm,demirəmki mənə elə deyənlərin başına gəlsin.bu çoox pis
şeydi.Allah heç bir ananın övladının başına gətirməsin."

  Dilərim allahdan gözəl userlər insanlar heç bir anınızda həyatınızda çətin günləriniz qəmli günləriniz olmasın.Amin İnşallah..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!