Xəbər və Profillərdə olan dəyişiklik - DAİMİ İSTİFADƏÇİLƏR OXUSUN

Xəbər və Profillərdə olan dəyişiklik - DAİMİ İSTİFADƏÇİLƏR OXUSUN
Qadınlar.Co
10.09.2017 9
Salam olsun ay xanımlar. Yenə həmişə olduğu kimi müsbətə dair bir addım atdıq)) Bəzilərinin heç də ürəyincə olmayacaq ancaq onlar üçün edə biləcəyim bir şey yoxdu. Soyuq su içsinlər düzələcək :02:



Deməli öncə xəbərlərdə olan dəyişikliyi qeyd (izah) edəcəm, daha sonra profillərimizdə olan dəyişikliyi ətraflı başa salacam.



Bildiyimiz kimi saytın şərhləri məni heç amma heç qane etmir. Əbəs deyil ki, saytın bazasının ümumi həcminin 60 faizi şərhlərdi. Hazırda şərhlərin sayı 1 milyonu ötüb. Ancaq dərinliyinə getsək 50 min şərh qane edici olar ya olmaz. Bunu nəzərə alaraq xəbərlərə SƏS VER əlavə etdik. Aşağıdakı şəkildə (və ya hansısa xəbərə daxil olub) bunu görə bilərsiniz:

Xəbər və Profillərdə olan dəyişiklik - DAİMİ İSTİFADƏÇİLƏR OXUSUN
 Deməli bundan etibarən xəbərə təşəkkür, bəyəndim, maraqlıdı, çox sağolun və s. kimi minnətdar kəlmələriniz yerinə "yaşıl" oxa vuraraq xəbərə səs verəcəksiniz.

Bəyənmədim, oxumadım, baxmadım, pisdi və s. kimi şərhlərin yerinə isə "qırmızı" oxa vuraraq mənfi səs verəcəksiniz.



Niyə belə etdik? - Çünki qeyd edilən tip şərhlər əslində şərh sayılmır.

Bəs şərh necə olmalıdır? - Şərh demək fikir bildirmək deməkdir. Təşəkkür etmək və ya mızıx qoymaq demək deyildir. Fikir isə təklifdən, iraddan və ya tövsiyədən, habelə düşüncə tərzindən yaranır. Məsələn: Moda xəbərinə yazırsınız ki, bəyənmədim. Bu fikir deyil. Bəyənmədin? Niyə? Baxın niyəsi artıq fikirdi. Məsələn: Bəyənmədim çünki yupka çox qısadır. Burda fikir var artıq. Deməli şərhin müəllifi qısa donları sevmir.



Və ya başqa bir şərh tipiniz olan "maraqlıdı" yazmaq. Niyə maraqlıdı onu yazmaq lazımdı. Məsələn: Mən heç bilmirdim ki, lakla dəstəmaz almaq olmazmış. Maraqlı oldu mənim üçün. - Artıq burda da fikir var ki, şərhin müəllifinin dəstəmazı batil edən şeylərdən anlayışı demək olar yoxdur.



Güman edirəm bu qədər izahla başa düşüləcək.

Sonda isə hamınız irad tutacaqsınız ki, onda ancaq fikir yazmaqla o qədər şərhi kimdi yazan və statusun artmasını kimdi gözləyən?

Bunun da yolu odur ki, 8 martdan sonra status limitlərini aşağı salacam. Ancaq fikir olan şərhlər saxlanılmaqla statuslar veriləcək. Lüzumsuz şərhlərin hər biri təmizlənəcək zamanla.



BU MƏSƏLƏ İLƏ BAĞLI SUALI OLAN VARSA BUYURSUN ŞƏRHDƏ YAZSIN.



KEÇƏK PROFİL MƏSƏLƏSİNƏ...

İlk öncə mənim profilimi ziyarət edin. Yazdıqlarımı diqqətlə oxuyun ki, başa düşmədiyiniz nüans qalmasın.



Deməli birinci gizliliyi izah edim. Profilimizdə doldurduğumuz formanı yalnızca "aktiv istifadəçi və ondan yuxarı" olan statuslar görə biləcəklər. Qeydiyyatdan keçməyən, ziyarətçi, istifadəçi statusunda olanlar profillərimizi aşağıdakı kimi görəcəklər:

 Bu da onu göstərir ki, müsahibə verərkən necə ki, adımızı və s. məlumatlarımızı paylaşırıq. Onu profilimizdə də paylaşa biləcəyik. Təbii ki, bu məcburi deyildir. Kim istəməzsə doldurmaya bilər. Doldurmaq istəyənlər öz profillərinə daxil olsunlar və "profili redaktə et" yerini açsınlar...



Bölmələrin izahı:

1) Adınız, soyadınız:  -  Burada məncə anlaşılmayacaq bir şey yoxdur. Ad və Soyadınız (və ya ləqəbiniz).

2) Haqqınızda:  -  Özünüzü 1-2 cümlə ilə izah edə bilərsiniz.

3) İmzanız:  -  Şərhlərinizin altında görünməsini istədiyiniz statusunuz.

4) Cinsi:  -  Siyahıdan Qadın seçə bilərsiniz. (Deyəcəksiniz ki, onsuz da saytda oğlan daxil olmur da Kişi bölməsi nəyə gərək idi? Cavabım: Admini unutmayaq :24: )

5) Yaşayış yeri:  -  Yaşadığınız rayonu, ölkəni seçə bilərsiniz.

6) Doğum tarixi (GÜN):  -  Doğum gününüzün günü

7) Doğum tarixi (AY):  -  Doğum gününüzün ayı

8) Doğum tarixi (İL):  -  Doğum gününüzün ili

9) Doğulduğu məkan:  -  Doğulduğunuz məkan (bölgə olaraq)


10) Mədəni halı:  -  Məncə bu da aydındı.

11) Sevgi durumunuz? Subaylar seçsin ancaq:  -  Bu bölməni subaylar seçəcəklər. Nişanlı və evlilərə aid deyil. Onlar boş buraxsınlar.

12) Hansı tarixdə nişanlanmısınız? (gün-ay-il qeyd edin) Nişanlılar doldursun ancaq:  -  Bu bölməni nişanlılar və evlilər seçəcəklər. Subaylara aid deyil. Onlar boş buraxsınlar.

13) Hansı tarixdə ailə qurmusunuz? (gün-ay-il qeyd edin) Evlilər doldursun ancaq:  -  Bu bölməni evlilər seçəcəklər. Nişanlı və subaylara aid deyil. Onlar boş buraxsınlar.

14) Övladınız varmı? (varsa neçə oğlan, neçə qız):  -  Övladınız yoxdursa boş buraxa və ya yoxdur deyə yaza bilərsiniz, hamilə olanlar hamiləyəm yaza bilər (sağ-salamat azadlığa, neçə aylıq olmasını da qeyd edə bilərsiniz. Son 3 ayınızda əsəb etməyək sizi nə də olmasa torpilli olacaqsınız beybinin şotuna :122: ), övladı olanlar isə 1 oğlan, 2 qız (bu tip yaza bilərlər).

15) Fəaliyyət sahəsi:  -  Fəaliyyət sahəsi işlədiyiniz və ya bir zamanlar işlədiyiniz işlər ola bilər. İli qeyd etsəniz daha gözəl olar (Mənim profilimə baxa bilərsiniz).

16) Maraq dairəsi:  -  Boş zamanlarınızda nə ilə maraqlanırsınız, xobbiniz nələrdir və s.

17) Sevimli musiqi:  -  Aydındı məncə.

18) Sevimli filmlər:  -  Aydındı məncə.

19) Ali məktəb:  -  Bitirdiyiniz və ya oxuduğunuz ali təhsil müəssisəsinin adı.

20) Bitirdiyiniz il və ya oxuduğu kurs:  -  Bitirmisinizsə ili qeyd edin, oxuyursunuzsa kursu qeyd edin.

21) Fakultə:  -  Aydındı məncə.

22) İxtisas:  -  Aydındı məncə.

23) Orta məktəb:  -  Neçə saylı orta məktəbi bitirdiyinizi və ya oxuduğunuzu qeyd edin.

24) Bitirdiyiniz il və ya oxuduğu sinif:  -  Bitirmisinizsə ili qeyd edin, oxuyursunuzsa neçənci sinif onu qeyd edin.

25) Şəhər/Rayon:  -  Orta məktəbin yerləşdiyi rayonu qeyd edin.

26) E-mail ünvanı:  -  İşlətdiyiniz mail ünvanı.

27) Skype:  -  İşlətdiyiniz skype ünvanı.

28) Whatsapp:  -  İşlətdiyiniz whatsapp nömrəsi.

29) FB Profil linki:  -  Facebook profilinizin linki.

30) İnstagram:  -  İnstagram səhifənizin linki.



SONDA İSƏ AYIN ƏNLƏRİ XƏBƏRİN BAXIŞ SAYINA VƏ ŞƏRH SAYINA GÖRƏ VERİLİRDİSƏ, ARTIQ BAXIŞ SAYINA VƏ YIĞDIĞI SƏSLƏRİN SAYINA GÖRƏ VERİLƏCƏKDİR.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!