"Xatirə Dəftəri" layihəsi - Qaydalar Dəqiqləşdi

Qadınlar.Co
10.09.2017 139
Əziz istifadəçilər, əminəm ki, hamınız  məktəb həyatında ya xatirə
dəftəri tutmusuz  ya da  xatirə dəftərində qeydlər aparmısız. İndi
bəzilərində o dəftər  qalır bəzilərində isə yox. O dəftəri illər sonra
oxuyanda necədə dəyərə qalxması və insanda xoş hisslər oyatması
məlumdur. Buna görə də artıq saytımızında Xatirə Dəftəri layihəsinə
start verdik. Bu layihəyə məsul olan içinizdən biri Ruzgargulum xanımın nəzarəti
ilə həftədə 1 nəfər aktivlik dərəcəsinə görə bu layihədə iştirakçı
olacaqlar. İnanıram ki, Allah bizlərə sizlərə yetərincə ömür verər  və
illər sonra bu Xatirə Dəftərini oxuduqda  xoş təəsüratlar yaşayarıq.
 
Amma belə başa düşürəm ki, bəzi istifadəçilərimiz Xatirə Dəftəri ilə Müsahibə arasında qalıblar və bir birlərindən tam ayıra bilməyiblər. Xülasə izah edirəm diqqətlə oxuyun və  Xatirə Dəftəri ilə Müsahibə arasındakı fərqi anlayın:
 
1. Müsahibə hər bir kəslə götürülə bilər, amma Xatirə dəftəri hər bir kəsə yazılmağa verilməz.

 

2. Müsahibədə verilən suallar zamanla unudular, saytdan silinər və yaddaşa həkk olmaz, amma Xatirə Dəftərində hər bir sual hər bir cavab insanın yaddaşına həkk olunacaq və zamanla  yaratdığımız bu bölmə sayılıb seçilən istifadəçilərimizdən  xatirə kimi  qalacaq.

 

3. Müsahibə verilən zaman qarşı tərəf  maksimum dərəcədə özünü  yığır ki, müsahibəsi ciddi və yaxşı çıxsın, amma Xatirə dəftəri isə əksinə, bütün bunların tərsini özündə ehtiva edir. Xatirə Dəftəri yazan kəs öz ruhunu sanki dincəldir  oxudugu suala ilk ağlına gələn səmimi cavab yazır və  heçnə düşünmür ki qarşı tərəf oxusa mənə gülər və sairə kimi yalnış düşüncələr.

 

4. Xatirə Dəftərinə Saytın istifadəçiləri fərqlənmək vasitəsi ilə qatilacaqlar. Fərqlənmək dedikdə bunlar nəzərdə tutulur:

- Saytda olma müddəti, Saytda Şərh sayı və keyfiyyəti, İstifadəçilər arasında  hörməti, sevilib - seçilməsi, göndərdiyi xəbərlər və sairə.

- Seçimlər hər həftənin 3-cü günü olacaq və yalnız o şəxsə bildiriləcəkdir. Həftənin cümə axşamı günü Xatirə Dəftərini ən gözəl duyğuları ilə    cavablayacaq və cümə günü isə Xatirə Dəftəri xəbəri yaymılanacaqdır.


 

İnanıram ki, qısa yazdığım bu fərqi hamı anlayacaqdır və MÜSAHİBƏ ilə XATİRƏ DƏFTƏRİ`Nİ  səhv salmayacaqdır!
 


P.S. Bu layihədə iştirak etmək istəyən sadə istifadəçilər daxil olduğu tarixi qeyd etməklə mənə müraciət edə bilər. Qeydiyyata alarıq.


 
Suallar Belə Olacaqdır:
 
1. Soyadınız Adınız?



2. Doğum Tarixiniz?



3. Bürcünüz/iliniz?



4. Ən böyük arzunuz?



5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?



6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?



7. Həyat sizcə maraqlıdır?



8. Möcüzəyə inanırsınız?



9. Yenidən uşaq olmaq istərdinimzi?



10. Dünyaya yenidən gəlməy istərdiniz?



11. Həyatda kimə və nə üçün minnətdarsınız?



12. Necə insanları xoşlayırsınız?



13. Sizcə gözəllik nədən başlayır?



14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?



15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?



16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?



17.Saytda kimin xəbərlərini boyük maraqla oxuyusunuz?



18.Kimin bu saytda olmasi sizi qıcıqlandırır?



19.Saytda ən çox sizi nə cəlb edir?



20.Nə kimi təklifləriniz var saytda?



21.Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?



22. Nə üçün məhz Qadınlar.biz?



23.Bu saytda sizə nə maraq doğurur?



24.Saytdakı ən yaxın dostlarınız?



25.Özünüz haqda qısa və tam!



26.Burada hansısa bir haqsızlıq görmüsüz?



27.Saytda başınıza gələn maraqlı bir hadisə



28.Sayta olan ürək sözləriniz



29.Baş Admindən Razısız ?



30.Həyatda ən çox kimə inanırısınız?



31.İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)



32.Həyatınızda əsas məqsəd nədir?



33.Gələcəydə özünüzü kim görürsünüz?



34.Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?
 
P.S.  Xahiş olunur bu suallara şərh vasitəsi ilə cavab yazmayasız sadəcə xəbəriniz olsun deyə sualları qeyd elədim.

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!