Gunesh ilə müsahibə

Gunesh ilə müsahibə
Qadınlar.Co
10.09.2017 13
1.Salam canım mənim səni burda görməyimizə cox şadıq aramıza xoş gəlmisən.

Əleykümə salam, xoş gördük.



2.Buyur özünü təqdim elə canım adın soyadın və yaşın neçənci il doğum günün?

Adım Fatimə, 14 yaşım var əkizlər bürcü, 9.06.2001-ci il



3.Həyatda yeganə varlıq olan ANADIR indiyənə qədər anan sənə nələri oyrədib bu sualın cavabını bizimlə bölüşsən sevinərik?

Canım anam, anam mənə çox şey öyrədib onlardan ən önəmlisidə Allah sevgisidi. Allah bütün anaların canını sağ eləsin.



4.Bildiyim qədəri ilə məktəblisən İNŞALLAH məktəbini bitirdikdən sonra hansı sent sahibi olmaq istəyirsən?

1-ci qrup proqramistlik. İnşAllah... Allah bütün abuturiyentlərə kömək olsun.



5.Ən çox kimlərdən örnək alırsan gözəlim?

Çalışıram hədislərdən örnək alım.



6.Dilək balığın olsaydı ondan nə əsas 3 şey dilərdin?

Heçnə diləməzdim. Çünki o mənim üçün xeyirlisini bilməz.. Diləyim olsa əlimi Rəbbimə açıb Rəbbimdən istərəm.



7.Gündəlik hansı geyimlərə ən çox üstünlik verirsən?

Hicablı olduğum üçün sadə geyinirəm və sadə geyimlərədə üstünlük verirəm.



8.Sevdiyin və sevmədiyin xüsusiyyətlərin hansılardı canım?

Sevmədiyim xüsusiyyətim sevdiklərimə qarşı çox qısqanc olmağımdı, sevdiyim xüsusiyyətim isə diqqətcil və səbrli olmağımdır.



9.Səni ən çox nə hirsləndirir? Bu hirslə bacara bilirsənmi?

Ən çox haqsızlıq və birinin şəxsiyyətinə kiminsə söz diməsi ancaq o insanın susması ona bir cavab verməməsi buna əsəbləşirəm.. Birdə sevdiklərimi kimsə üzməsinə əsəbləşirəm və bu əsəbimlə bacara bilmərəm....



10.Mətbəxə, ev işlərinə münasibətin necədi canım?

Mətbəxnən aram çox pis hətta bərbaddır, belə isə evdə tək olanda evi yığışdırmağı sevirəm.



11.Hansı mövzuları daha çox oxumağı xoşlayırsan?

Dedektiv əsərləri, komedi və insanı düşündürməyə vədar edən əsərlər.. (Məs. Paula Coelho Kimyagər, Susanna Tamaro Ürəyinin apardığı yerə get və s.)



12.Gündə azı 3 dəfə qulaq asdığın mahnı hansıdı gözəl qız?

Kerbelayi Aydin Rza - Qardaş yatma,ay tek batma, Baqir Mensuri & Huseyn Huseyni Qardas Deyan, Əbəlfəz.



13.Günahsızkən üzr istəmisənmi və ya istəyərsənmi ?

Xeyr istəməmişəm yəginki istəmərəmdə bilmirəm niyə amma nə günahlı nədə günahsızkən üzr istəməyi sevmirəm.



14.Həyatda ən çox güvəndiyin insan kimdir?Hər cəhətdən,əminliklə güvəndiyin bir insan varmı?

Heç kimə güvənmirəm.. Güvənmədiyimə görədə qısqancam..



15.Təsəvvür et ki Qadınlar.biz-in ziyafət gecəsinə dəvətlisən bu ziyafəti necə təsəvvür edirsən?

Təsəvvür edin bütün xanımlar bir yerə yığışıb qalanının özünüz fikirləşin məndən bu qədər. :122:



16..Həyatdan bezmiş, acılarla dolu, ümidsiz bir insanın üzündə necə təbəssüm yarada bilərsən?

Bir insan yıxılarkən, ümüdsüzkən ona onun güclü olduğunu diyərəm, əsas ümüdsüzlük modundan cıxarmaqdı. İnşəAllah kömək olar.



17.Xatirə dəftərin olub?Xatirə dəftərində yazdığın ən maraqlı sual?

Xatirə dəftərim olub amma sual verməmişəm sadəcə məni necə tanıdıqlarını dimişəm yazsınlar.



18.Olubmiki ürəyin dolu olduğu zamanda ,ürəyini kimsəyə aca bilməmisən?Yalnız ağ vərəqdən başqa...???

Hə olub yazıb sonra ya yandırmışam ya da ki, cırıb tullamışam.



19.Səndən yaşca kiçik birinin sənə nəsə öyrətməsini necə qəbul edərsən?

Xoşum gəlməz. İstəmərəm.



20.Bəzən qəlbdə hiss edilən sevgi sözlərlə ifadə edilə bilmir. Qəlbindəki və ruhundakı Allah sevgisini soruşsam bizlərədə bu hissi açıqlaya bilərsən?

Heç bir sevgi sözlə ifadə olunmur. HƏləki Allah sevgisi heç. Bu sevgini ibadətlərimizlə, əməllərimizlə göstərə bilərik.



21.Harda yaşayırsan canım rayon ölkə bakıda yaşayırsansa hansı itiqamətdə olursan?

Bakıda yaşıyıram, Yasamal tərəflərdə.



22.Hansı ölkəyə və yaxud şəhərə getmək istiyərsən?

Məşhədə, Kərbəlaya getmişəm ama yendə getmək istiyirəm.. İnşəAllah qismət.



23.Ümumiyyətlə xasiyyətin necədir(necə bir insansan)?

Səbrli, tez əəsəbləşən amma çalışıram əsəbləşəndə bildirmiyim.. Hər nə olsada gülməyə çalışıram, səmimi biriyəm.



24.Canım suallar çox fikirləşib verə bilərəm amma ki userləri bezdirməyim)Nədə səni yormayım mən.Suallarım xoşuna gəldi?

Suallar əla canım...



25.Mənə sualın varsa buyur və həmişə verdiyim sual məni necə biri olaraq tanıyırsan?

Sənə sualım səncə insan niyə günahkar olduğu halda özünü məsum kimi (yəni özünü günahsız) göstərər? Səni dindar, ailəsinə sadiqli, gözəl bir insan kimi tanıyıram.



26.Və sonda Qadınlar.biz userlərinə ürək sözlərin?

İnşəAllah bütün arzularınız (sizə xeyrli olan) gərçekləşər... Həyatınızda uğurlar.. Allah köməyiniz olsun... Və müsahibə götürdüyünə görədə çox sağol canım.. Sağolun özünüzə yaxşı baxın.

 

Canım müsahibəmizdə səmimi olduğun üçün təşəkkürlər çox səmimi cavablar vermisən.Allahımıza olan imanın dindarlığın çox gözəldi çalış hər zamana rəbbimizə belə sadiq dini olaraq qalasan.Yaşın az olduğu üçün sevgi mövzularına toxunmadım isdədim yaşına uyğun suallar verim verdimdə aldığım cavablarıda çox bəyəndim.İndi keçək sənin verdiyin sualın cavabına canım mən belə insanlara çox rast gəlmişəm bu insanın özündən aslıdı günahkarsan özünün məsum kimi göstərmək lazım deyil bir günah etmisən arxasında durmaq lazımdı yoxsa özünü məsum kimi göstərib ciliyə girmək lazım deyil mən belə insanlara pis baxıram.Şükürlər olsun rəbbimə mənə belə bir günlər yaşatmayıb heç kimədə yaşatdırmasın canım çox sağol maraqlı sual oldu təşəkkurlər sənə.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!