Güldən gözəl bacılarım, bu gün sizin gününüzdür.... Təbrik edirəm...

Güldən gözəl bacılarım, bu gün sizin gününüzdür.... Təbrik edirəm...
Qadınlar.Co
10.09.2017 17
Çox gözəldir ki, qadınların bayramı yazın ilk günlərinə təsadüf edir. Çünki elə qadınlar özləri də bahar çiçəyi kimidir- gözəl, zərif və incə, məhz buna görə hər bir qadın gerçək sevgiyə və sarsılmaz inama layiqdirlər.







Gözəl xanımlar, əziz bacılarım, sizləri bu gözəl gün münasibəti ilə təbrik edirəm. Sizlərə hər zaman gənc olmağınızı, gözəlliyinizin solmamasını arzu edirəm. İnşallah sağlığınız ildən ilə daha da möhkəmlənsin, əhvalınız isə hər zaman gözəl olsun.  Qoy bu gün sizləri evdə rəngarəng güllər və hədiyyələr, sevincli gülüşlər və xoş arzular qarşılasın, ən əsası da alovlu öpüşlər :11:  bu təbii ki, evli qızlarımıza aiddir   :11:







Gözəllərim,   bu bahar ətirli gözəl 8 mart günü Tanrım sizlərə sevincli və səadət günlər bəxş etsin. Qoy bahar gözəlliyinizə həsəd aparsın, çiçəklər isə ətrini sizdən alsın. Üzünüzdəki gülüş heç bir zaman solmasın, gözlərinizdəki sevgi qığılcımı günü gündən alovlansın. Amin...







Sizlərə arzularım çoxdu, ancaq ən əsası: ölümsüz sevgi, hər zaman güvənəcəyiniz həyat yoldaşı, bütün arzularınızın çin olmasını arzu edirəm. Övlad həsrətində olan bacılarım, inşallah gələn il bu günü səhər şirin balanızın qığıltısına oyanasız və sizləri öz şirin səsləri ilə ilk onlar təbrik etsin. Amin...







Bu 8 mart günü günəş yalnız sizin üçün parlayır, səmalar sizlərə xoşbəxtlik yayır və quşlar ən gözəl arzularını sizlər üçün oxuyur. Qoy bu gözəl gündə mehriban bacılarım, hər birinizin gülmək üçün yüzlərlə səbəbiniz olsun... amin...







Sevgili bacılarım, daha bir 8 mart gününü bərabər qeyd edirik...  çox sağ olun səmimi və mehriban olduğunuza görə. Sevin və sevilin.... sizlərə ancaq bu yaraşır... öpürəm hər birinizi və bərk bərk qucaqlayıram...



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!