Mənim Novruz xatirələrim - İsmayılova Ülkər

Mənim Novruz xatirələrim - İsmayılova Ülkər
Qadınlar.Co
10.09.2017 55
Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi yazılmamış qanunlardı bunlar. Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.



Ona görə də bayram ərəfəsində sizlər üçün belə bir layihə hazırlamaq fikrinə gəldim. ,,Mənim Novruz xatirələrim,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  



Layihəmdə bu dəfə canım bacım İsmayılova Ülkəri qonaq etdim. Görün bizim bu Ülkər bajımızın başına nə oyunlar gəlib....



Mənim Novruz xatirələrim - İsmayılova Ülkər İSMAYILOVA ÜLKƏR  Mənim Novruz xatirələrim - İsmayılova Ülkər

 

Hə canım mənim ilk öncə təşəkkür edirəm sənə məni layihənə dəvət etdiyin üçün.

Novruz mənim ən ənnn ənnnn çoooox sevdiyim bayramdı))



"Uşaq vaxtı məhlədə qızlı oğlanlı yığışıb ağac yığardıq, hamı məhlədə birləşib ocaq qalıyardıq. Ən çox da bizim tonqalımız böyük olacaq fikri idi. Elə də olurdu. Bir dəfə axır çərşənbə idi. Həmişə tonqal olanda birinci oğlanlar yığışırdı sonra qızlar yığışırdı. Elə oldu ki, başqa məhlənin oğlanları da gəldi, maqnitafon filan gətirdilər, qoşdular oynadılar. Biz də gözdüyürük getmirlər. Keçdim həyətə neft butulkasını götürdüm gəldim qızdarın yanına, dedim gəlin dalımca. Qonşunun evindəki toka taxmışdılar maqnitafonu. Şunuru uzadıb həyətə çıxartmışdılar, getdim nöyütü gizdincə tökdüm şunurun üstünə kibriti də yandırdım tutdum toka . Tok başladı alışmağa, qorxduq qaçdıq. Birdən mahnının səsi kəsildi. Hamı marağlandı ki, görüm noldu. Baxdılar ki, tok alışır tez hamı yığıldı torpağnan filan toku söndürdülər. Maqnitafonunda şunuru yandığına görə day oğlanlarda həvəs qalmadı, dağlışdılar. Tonqal qaldı bizə  :122:

 

 Mənim Novruz xatirələrim - İsmayılova Ülkər

[/b]

[b]Bir dəfə də dedilər ki, duzlu kökə ye yat, nişanlıvı görəcəksən yuxuda. mən də yedim səhərə kimi mədəmin sancısınnan yata bilmədim. Su içə içə qaldım. Heç gözümə yuxu da getmədi, səhəri gücnən açdım  :122: mama dərman verdi düzəldim. O günnən sora özümə söz verdim ki, bir də belə qələt eləmiycəm. Hansısa gədəni yuxuda görəcəm deyə az qala ölürdüm  :122: "


 

Ülkərim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!