Mənim Novruz xatirələrim - Qlamurr

Mənim Novruz xatirələrim - Qlamurr
Qadınlar.Co
10.09.2017 12
Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adər ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi yazılmamış qanunlardı bunlar. Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.



Ona görə də bayram ərəfəsində sizlər üçün belə bir layihə hazırlamaq fikrinə gəldim. ,,Mənim Novruz xatirələrim,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  



Layihəmdə bu dəfə canım Qlamurr-u qonaq etdim. Görün bizim bu Qlamurr bajımızın başına nə oyunlar gəlib....



Mənim Novruz xatirələrim - Qlamurr  QLAMURR  Mənim Novruz xatirələrim - Qlamurr

 

"Novruz bayramı uşaqlığımda çox xoş izlər buraxıb, hər bayram gələndə o günləri xatırlıyıb kövrəlirəm, kaş o günləri yenidən yaşıyaydım... Demək məhlənin bütün qızları, oğlanları, bayrama bir ay qalmışdan hər tonqal üçün ağac topluyurduq, tədarük edirdik, səkidəki ağacları yolurduq , hamımız təzə torba tikdirirdik, nəysə ki, xüsusi hazırlaşırdıq, axır çərşənbədə də tonqal yandırıdıq sonra da toplu şəkildə torba atırdıq, bir qonşu da vardı, onlara papaq atanda içinə ancaq qovurqa qoyurdular, biz də qapıya töküb qayıdırdıq , bir sözlə bizim ki, qəribə papaq atmaq idi, getdiyimiz evdə özümüz nə istəyirdik onu götürürdük..

 

Mənim Novruz xatirələrim - Qlamurr



Artıq məktəbi qurtarandan sonra isə qızlarla qulaq falına çıxırdıq, ancaq heç vaxt qızların səsindən bir şey eşitməmişəm... Sonra qonşu qız vardı, dedi ki, təzə bir şey öyrənmişəm, şamı yandırırsan gələcəkdə evləndiyin oğlanın baş hərifi yazılır, nəysə biz bunu etdik, mənim şamımda C hərfi yazılırdı, düzü belə şeylərə o qədər də inamım yox idi, sadəcə marağa edirdim, əylənirdim... Ancaq təsadüfən həqiqət oldu nişanlımın adı C hərfi ilə başlıyır... Ancaq indi o günlər üçün çox darıxıram..."


 

Qlamurr, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!