Mənim Novruz xatirələrim - aziz-a

Mənim Novruz xatirələrim - aziz-a
Qadınlar.Co
10.09.2017 15
Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adər ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi yazılmamış qanunlardı bunlar. Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.



Ona görə də bayram ərəfəsində sizlər üçün belə bir layihə hazırlamaq fikrinə gəldim. ,,Mənim Novruz xatirələrim,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  



Layihəmdə bu dəfə də canım aziz a-nı qonaq etdim. Görün bizim bu aziz-a bajımızın başına nə oyunlar gəlib....



Mənim Novruz xatirələrim - aziz-a   AZİZ-A   Mənim Novruz xatirələrim - aziz-a

 

"Novruz ən sevdiyim, uşaqlığımın ən şirin anlarını özündə əks etdirən bayramdı.... Düzünü desəm, elə konkret hadisələr yadımda qalmayıb nədənsə, bir qurşaq atmaqdan başqa,.. həə bir dəfə qonşuların qızları ilə qonşulara getmək qərarına gəldik. Dedik getmişkən bir qulaq falı da edək. Hərə bir arzu tutub içəri keçdik, eşitdiyimiz kəlmə bu oldu: Bu IL YOX!!! Bir qiz var idi, gördük bunun keyfi pozuldu, soruşduq nə oldu? Dedi : mən, bu ildə qaldım, ərə gedə bilmiyəcəm.... Ehhh bunu bir təhər götürüb gəldik evə.... Səhəri günü hamımız ölürük gülməkdən, bu qaşqabağını töküb durub, bizimçün həmin ilin Novruz bayramı çox yadda qalan olmuşdu...

 

Mənim Novruz xatirələrim - aziz-a

 

Bir ili də 11-ci sinifdə oxuyanda Novruz şənliyini bizim evdə qeyd etmişdik, bütün Novruz adət ənənələrini özündə əks etdirən bir şenlik etmişdik, dedik gülüuk, yeyib içib şenlenmişdik, həmin anın video yazısı da var, o şənliyə baxanda çox kədərlənirəm, darıxıram o illər üçün, Bir də deyirəm sükürlər olsun ki, elə gözəl günləri yaşamışam mən.

Məndən bu qədər bacılar, ümid edirəm mənim Novruz xatirələrim sizdə də xoş təəssürat yaratdı....."


 

Aziz-a,  başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!