Xatirə dəftəri - Fialka (1)

Xatirə dəftəri - Fialka (1)
Qadınlar.Co
10.09.2017 15
Əziz istifadəçilər. Əminəm ki, hamınız məktəb həyatında ya xatirə
dəftəri tutmusuz  ya da xatirə dəftərində qeydlər aparmısız. İndi
bəzilərində o dəftər qalır bəzilərində isə yox. O dəftəri illər sonra
oxuyanda necədə dəyərə qalxması və insanda xoş hisslər oyatması
məlumdur. Buna görə də artıq saytımızında Xatirə Dəftəri layihəsinə
start verdik. Bu layihənin rəhbəri Anar bəyə təşəkkür edirik ki belə gözəl layihəyə start verdi. Həftədə 1 nəfər aktivlik dərəcəsinə görə bu layihədə iştirakçı
olacaqlar. İnanıram ki, Allah bizlərə sizlərə yetərincə ömür verər  və
illər sonra bu Xatirə Dəftərini oxuduqda  xoş təəsüratlar yaşayarıq. İlk iştirak edəcək userimiz Fialka olacaq.


 

1. Soyadınız Adınız?

Əzizova Firuzə



2. Doğum Tarixiniz?

1991-ci il 28 may



3. Bürcünüz/iliniz?

Əkizlər,Qoyun



4. Ən böyük arzunuz?

Arzularım istərdim bir bir həyata keçsin gələcəkdə...



5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?

Düzü yaxın rəfiqələrim olub ancaq dost başqa şeydi söhbət yalandan gedirsə olub ancaq üzünə vurmamışam o yalanı...



6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?

Məktəbi əla qimətlərlə bitirmişəm həmçinin 5-ci sinifidə..



7. Həyat sizcə maraqlıdır?

Həyatı
maraqlı edən insanın özüdü maraqsız olsa belə optimist olmaq lazımdır
özünü yaxşı şeylərə kökləməlidir insan bədbinliyə qapılmaq nəyə lazım
belə olsa həyat insan üçün çətinləşər boşuna deməyiblərki həyat yaşamağı
bilənə gözəldir...



8. Möcüzəyə inanırsınız?

Bəli inanıram Allahın yaratdığı hər şey onun bir möcüzəsidir...



9. Yenidən uşaq olmaq istərdinimzi?

[/b]

Düzdü uşaqlıq illəri şirin qayğısız olur ancaq qayıtmaq istəməzdim bunun da öz səbəbləri var təbii ki, ...

[b]

10. Dünyaya yenidən gəlməy istərdiniz?

Düzünü desəm istəməzdim hələ bir ömrü doya-doya yaşaya bilək sonrasına baxarıq imkan olsa)..



11. Həyatda kimə və nə üçün minnətdarsınız?

Həyatda
ilk növbədə hər şeyə görə Allaha borcluyuq daha sonra isə
valideynlərimə ona görə ki, mənə belə qayğısız həyat yaşatdıqlarına
görə,ən əsası var olduqlarına görə Allah onları mənə çox görməsin.



12. Necə insanları xoşlayırsınız?

Həmişə
xarakter baxımından sözünü deyə bilən və o sözün arxasında dura bilən,
edə biləcəyi sözü verən,səmimi, mərd eyni zamanda dininə bağlı olan
insanlara qarşı həmişə rəğbətim olub...



13. Sizcə gözəllik nədən başlayır?

Məncə
gözəllik birinci insanın daxilində başlayır düzdü xarici gözəllik
vacibdir ancaq sənə qalan xarici yox insanın daxili aləminin gözəlliyi
olur...



14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?

Ən çox
Maldiv adalarını bəyənirəm istirahət üçün çox gözəl məkandı birdə bacım
məndə maraq yaradıb Dubaya getmək istərdim o gedib və düşünürəmki
istirahət üçün əlverişli bir yerdir.



15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?

Düzünü desəm sayta girəndən belə bir marağım olmayıb nəsə..



16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?

Yaxın olduğum userlər var düzdü bəzi userlərlə tanışlıq olmasada fikirlərim üst-üstə düşənlərdə var...



17.Saytda kimin xəbərlərini boyük maraqla oxuyusunuz?

Yəni fərqi yoxdu hansı xəbərə şərh yazıramsa deməli maraqla oxuyub yaziram həmişə!



18.Kimin bu saytda olmasi sizi qıcıqlandırır?

Elə birisi yoxdur sadəcə bəzən oğlan userlər girir sayta o da qovularaq məsələ həll olur.



19.Saytda ən çox sizi nə cəlb edir?

Sadəcə qızların olmağı bu da rahatdı mənə əks halda yəqinki saytda olmazdım..



20.Nə kimi təklifləriniz var saytda?

Elə bir təklifim yoxdu son dəyişikliklər qane edir ...



21.Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?

Bir user var o da fikirlərimiz üst-üstə düşdüyünə görə maraqlı gəlir mənə..



22. Nə üçün məhz Qadınlar.biz?

Düzünü
desəm bir çox qadın saytları var ancaq bura daha maraqlı gəldi mənə
uzun müddət qeydiyyatsız girirdim sonra sadəcə qadınlar olduğuna görə
qeydiyyatdan keçdim.



23.Bu saytda sizə nə maraq doğurur?

Xüsusi bir şey yoxdur sadəcə ümumilikdə maraq doğurur bu qədər



24.Saytdakı ən yaxın dostlarınız?

Yaxın doztlar elə də çox deyil özləri bilirlər ancaq belə bəyəndiyim userlərdə var



25.Özünüz haqda qısa və tam!

Həmişə düzlüyün səmimiliyin və xeyir əməllər sahibi olmağa çalışan bir insan..



26.Burada hansısa bir haqsızlıq görmüsüz?

Hələ elə bir vəziyyətlə qarşılaşmamışam inşAllahda qarşılaşmaram.



27.Saytda başınıza gələn maraqlı bir hadisə

Maraqlı deməzdim sadəcə gülməli vəziyyətlər olub beləki təsadüfən dediyim bir şey real olub yaxşı mənada...



28.Sayta olan ürək sözləriniz..

Sayta ürək sözlərim o olarki inşAllah uzun ömürlü olar və uğurları dahada çox olar.



29.Baş Admindən Razısız ?

Oğlanları qovduğuna görə razıyam)..



30.Həyatda ən çox kimə inanırısınız?

Həyatda ən çox Allaha inanıram ..



31.İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)

Dostluqda
əgər həqiqi hisslərdən qurulubsa münasibət burda hakimə ehtiyac yoxdu
ancaq düşmənlər arasında başqalarına zərər toxundurmaması üçün hakim
olmaq olar hardasa..



32.Həyatınızda əsas məqsəd nədir?

Əsas məqsədim öz doğrularımla yaşamaq və həmişə Allahın əməli saleh bəndəsi olmaq.



33.Gələcəydə özünüzü kim görürsünüz?

Gələcəkdə özümü daha müdrik xeyir əməllər sahibi kimi görmək istəyirəm və inanıram ki olacaq sadəcə istəmək lazımdır..



34.Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?

Qeyd olunduğu kimi Allah eləməsin yəqinki ünsiyyətdə olduğum userlər və xəbərlər üçün darıxaram...

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!