Mənim Novruz xatirələrim - adsiz-a

Mənim Novruz xatirələrim - adsiz-a
Qadınlar.Co
10.09.2017 30
Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adər ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi yazılmamış qanunlardı bunlar. Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.



Ona görə də bayram ərəfəsində sizlər üçün belə bir layihə hazırlamaq fikrinə gəldim. ,,Mənim Novruz xatirələrim,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  



Layihəmdə bu dəfə canım adsiz-a-nı qonaq etdim. Görün bizim bu Aysel bajımızın başına nə oyunlar gəlib....

 

Mənim Novruz xatirələrim - adsiz-a   adsiz-a   Mənim Novruz xatirələrim - adsiz-a

 

"Həə qızlar, novruz xatirəsi... Düzünü desəm helə də çox xatırlamıram, amma xatırladığımı sizlərnən bölüşəcəm, siz bilirsiniz ki, mənim ən böyük arzum ana olmaqdı, amma bu hiss hələ mənə nəsib olmayıb, bayram qünü dedim ki, qulaq falına çıxacam, düzdür belə şeylərə çox da inanmıram, amma yenə də dedim qoy bir sınayım, bir iki evə gedtim heç nə eşidmədim, gedtim hamımız tanıdığmız, aziz a bacımgilə, orada oların qapısın açıb içəri girən zaman eşittim ki, qonşularının uşağı anasınnan nəsə istəyirdi, dedi ki, Allahım, ver də day ver!!! bu sözləri eşittim mən çox sevindim, dedim ki, hə Allah qoysa yaxşı olacaq, düzdür hələ də uşağım olmayıb amma ümüdimi üzmürəm Allahdan... bu da mənim ən yadda qalan novruz xatirəm... Üzümüzə gələn novruz bayramımız mübarək olsun..."



Ayselim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!