Mənim Novruz xatirələrim - Miss_Oxatan

Mənim Novruz xatirələrim - Miss_Oxatan
Qadınlar.Co
10.09.2017 4
Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adər ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi yazılmamış qanunlardı bunlar. Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.



Ona görə də bayram ərəfəsində sizlər üçün belə bir layihə hazırlamaq fikrinə gəldim. ,,Mənim Novruz xatirələrim,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz. 



Layihəmdə bu dəfə canım Miss_Oxatan-ı  qonaq etdim. Görün bizim bu Günay bajımızın başına nə oyunlar gəlib....

 

Mənim Novruz xatirələrim - Miss_Oxatan  Miss_Oxatan   Mənim Novruz xatirələrim - Miss_Oxatan

 

Bütün Qadinlar.Biz əhlinin administrasiya və user heyətini Novruz bayramı münasibəti ilə təbrik edirəm, novruz yeni il deməkdir, yeni il hər birinizin həyatınıza, taleyimizə bol-bol uğurlar, xoşbəxtlik dolu anlar, və arzularımızı özü ilə birlikdə gətirsin InşAllah. Amin. Deməli belə, keçim xatirələrə.

 

Mənim Novruz xatirələrim - Miss_Oxatan

 

"Hardasa olardı 18, 19 yaşım, axır çərşənbə idi, dedim ki, bu gecə çilə çıxardacam. digər rəfiqələrim həmin il başqa qohumlarıyla başqa məkanlarda keçirməyə getmiwşdilər deyə tək qalmışdım. mən də dedim, pahh xoruz yoxuydu səhər açılmırdı?))) özüm tək keçirəjəm)))) nəysə, gecə yatmadım, evdə hamı yatdı bir dayım yatmırdı, mən də demişdim ki, həyətdə arxın yanina arzu tutub yumurta qoyacam, bir də qırmızı qara qələm))) nəysə, qaş qaralanda apardım qoydum, gecəni də yatmadım. səhər getdim ki, yumurtalara baxım, gördüm qırmızı xətt çəkilib, bir anlıq şok da yaşadım, ürpəndim)))) dedim yəqin həqiqətiymiş dayna. bıy, ayə yumurtanı çevirdim ki, o bir üzünə də qara xətt çəkilib, dubl ürpənmə düşmədimi canıma)))) hamını yığdım başıma, inanan da oldu, məzələnmə özün eləmisən deyən də, mən də bir əl qatmışam özümə, day and aman qalmadı içəm, lezvalıyıram özümü)))) bir də gördüm dayım anidən, qeyri-ixtiyari bərk gülməyə başladı, bir neçə dəyqə gülüb özünə gələndən sonra, dedi ki, səhər su başından gələndə istədim əyilim əl üzümü yuyum))) yumurtanı gördüm götürdüm rənglədim ki, bayrama guya maraq qatsın)))) guya deyəsi deyilmiş şok versiyamıza yazığı gəlib)))) oooo, buuu yumurta haqq hesavına tövbə eledim))))

 

Mənim Novruz xatirələrim - Miss_Oxatan

 

ancaq bir dəfə tələbə vaxtıydı yenə də çərşənbə axşamıydı ,mən götürdüm ki, kitabı dərs oxuyum, arasında güzgü varıydı, o güzgü də mənim tələbə yoldaşəmınıydı, dərsdə baxanda qız çaşıb mənim kitabımın arasına qoyubmuş müəllimin radarına tuş gəlməsin deyə. nəysə, kitabı əlimə götürdüm güzgü düşdü sındı, həmin il mən ölümdən döndüm, korbağırsaq əməliyyatına düşdüm gecikmişdim deyə, partlamışdı. və həmin güzgünün sahibi olan qiz da ailə qurdu və bir neçə aydan sonra boşandı. buna görə nədənsə pis oluram, sanki səbəbkar kimi.

 

xatirələr çoxdu yazardım, ancaq estafeti digər userlərə verirəm ki, çox yormuyum."


 

Günayım, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!