Uşaqlıq illəri - Qlamurr (27)

Uşaqlıq illəri - Qlamurr (27)
Qadınlar.Co
10.09.2017 9
Salam Qadınlar.Biz Ailəsi yeni xəbərlərlə, yeni layihəylə qarşınızdayam.
Ümid edirəm hamınız bəyənəcəksiz. Yəqin ki, hamınıza maraqlıdı ki,
userlərimizin uşaq vaxtı başlarına nə hadisə gəlib, hansı dəcəlliklər
ediblər, qısaca gəlin userlərin uşaq vaxtı başlarına gələn gülməli
hadisələri birlikdə öyrənəyin, həm də güləyin )). Mən hər dəfə xəbərdə
bir userin adını yazacam (layihədə iştirak etmək isdəyən mənə şəxsi
ismarıcla yaza bilərlər). Deməli belə ilk qonağımız başına gələn
hadisəni bizimlə bölüşən və bizləri güldürən Qlamurr nikli user olacaq.
 
"Salam qızlar uşaqlıq illərimi sizinlə paylaşmaq istəyirəm..

"Demək belə uşaq vaxtı çox forslu,ədalı qız olmuşam nəysə mən birinci sinifə gedəcəkdim,səhər durdum mama məni geyindirdi ,saçıma da başım boyda bantik vurdu atam məni apardı məktəbə,sonra şəkil Çəkdirdik,nəysə sənədlərimi
verdi,sinifimi,müəllimimi biləndən sonra məni gətirdi,məhləyə çatanda
dedi ki,sən get evə mən işə gedirəm,məhləmizdə də Elnarə adlı qız
vardı,məndə bu qıza qıcıq olurdum,çünki çox sakit idi,məndə əksinə
çılğındım Gəldim bloka çatanda görsüm ki,Elnarə oturub,məndə başladım forslanmağa ki ,sən balacasan,ancaq mən böyüyəm məktəbə gedirəm,o da sakitcə mənə
baxırdı,nəysə forslana-forslana çıxırdım,sən demə birbaşa ikinci
pilləkana ayağımı atmışam,necə yumalanıb yıxıldımsa pərt oldum qız başladı gülməyə ))



Biz bina evində yaşıyırdıq,binanın ətrafında həyət evləri vardı,maşallah qəşəng bağları,almaları ,gilasları,bizdə balkondan baxıb birtəhər olurduq.Nəysə çox düşündük ,axır ki,yolunu tapdıq ki,necə edək almalardan bizdə yeyək,məhlədə
ortadaqalma oynayanda qəsədən topu elə atırdıq ki,gedib həmin həyətə
düşürdü,nəysə gedib icazə alırdıq ki,topumuzu götürək,tək getmirdik,2-3
nəfər,sonra köynəyimizi şortikin içinə salıb,almaları qarnımıza doldurub
qaçırdıq ...qonşu da çox insafsız idi,birini də vermirdi,biz də məcbur olub bu
yola əl atırdıq..Nəysə indi yadıma düşəndə utanıram,ancaq uşaq olanda
insan səhvlərini başa düşmür...Allah keçsin günahımızdan))



Üzünüzdə gülüş yarada bildimsə,sevindim..."
[/b]
[b] 

 
Necə idi qızlar üzünüzdə azda olsa təbəssüm yarada bildikmi?

Fikirlərinizi gözləyirik..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!