ismayilova ulker ilə müsahibə

ismayilova ulker ilə müsahibə
Qadınlar.Co
10.09.2017 11
1..Salam canım mənim səni burda görməyimizə cox şadıq aramıza xoş gəlmisən.

Çox sağol canım . Məndə sizin aranızda olmağa şadam. Xoş gördük.



2.Buyur canım özünü bizlərə təqdim elə adın yaşın doğum günün neçənci il?

Adım Ülkər soyadım Məmmədovadı.14. 02. 1989-cu ildə dünyaya gəlmişəm.



3.Geyim tərzin necədi daha çox hansı geyimlərə üsdünlük verirsən canım?

Klassik stili sevirəm amma nədənsə həmişə idman üslubu geyinirəm. Bəlkə belə geyimdə özümü rahat hiss etdiyimdəndi.



4.Kosmetiçkanda olan və ən çox istifadə etdiyin kosmetika hansıdır?

Kosmetiçkada çox şey var amma mən göz karandaşı layner birdə dodaq boyasından istifadə edirəm. Təbii ki gecə makiyajını çıxmaq şərtilə. Gündəlik ev halında kosmetikadan istifadə eləməyi sevmirəm..



5.Hansı şəhərdə doğulmusan və hal hazırda harada yaşayırsan?

Mən indiki Şirvan şəhərində doğulmuşam. 1 yaşım olanda Bakıya köçmüşük. Elə o vaxtdan da Bakıda oluram.



6.Sənə elə gəlir musiqi dərmandir?Dinlədiyin musiqi tərzin?

Düzdü bəzən insana lazım olur.Mənim ruh halımla bağlıdı. Kefim pis olanda dinləyirəm. Qarışıqdı. Bircə rok dinləmirəm. Musiqinin digər növlərini dinləyirəm. Gərək o musiqi ürəyimə yatsın birdə sözləri gözəl mənalı olsun.



7.Dərdi verən Allah dərmanını da verər diyirlər. Özünü çarəsiz hiss etdiyin və qərarsiz qaldığın vaxt olubmu?

Doğrudu dərdi verən Allah dərmanınıda verir. Tanrı kimsəyə çəkə bilməyəcəyi dərdi verməz. Olub amma mən hərşeyə qismət deyib keçən insanam. Məsləhət belədi demişəm.



8.Əsəbiləşməyin atəşi əvvəlcə sahibini yandirar, sonra qığılcımı düşmənə ya çatar,ya çatmaz. Səni əsəbləşdirmək asandir? Ümumiyyətlə,əsəblərini cilovluya bilirsən?

Mən dolça bürcüyəm. Tək özüm deyildə , ümumiyyətlə bu bürc altında doğulan hərkəs səbirli olur. Səbirliyəm. Amma məndə insanam. Hər şeyin həddi var. Allaha qurban olum əsəbləşəndə bəzən deyirəm ki, biz xırda əsəbə dözmürük onda Tanrı neynəsin nələrə səbr edir. Deyib sakitləşirəm. Amma mənim cavabımı məndən öncə gözəl Allahım verir həmin insana.



9.Varlığınla bu həyatda şəfalı bir çiçək,yoxsa tikanlı bir bitki olmusan?Səninlə bu həyat nə qazanıb?

Çalışmışam kimsə məndən inciməsin. Hərkəslə mehriban səmimi olmağa çalışmışam. Məcbur deyildə daxili aləmim belədi. Amma yalan deyərəm bəlkədə bilmədən kimisə üzmüşəm.Amma bilərək kimsəni incitmərəm heç zaman. Həyata nəysə qazandıracaq qədər dahi deyiləm. Öz oxum ətrafında sakit fırlanmağa çalışıram həmişə)))



10.Sirr deyilsə Ülkər yoldaşın sənə necə evliliy təklif elədiyini bizimlə bölüş hər kəs üçün maraqlı olar?

Canım mənim . Yoldaşım romantikadan uzağdı elə hallar onluğ olmuyub heç vaxt. Deyim ki ay belə ay elə yox . Sadəcə biz tanışlığımız dostluğla başlayıb sonra sevgiyə çönüb. Bəlkədə əvvəldən sevgi olub biz dostuq düşünmüşük. Sevgi etirafını edəndə. Mən səninlə evlənəcəm demişdi. Heç sualda vermədiki ay balam razısan ya yox.))) Məndə susdum buda oldu hə. Yəni susmaq razılıq əlamətidi)))



11.Əlində 3 gül var SARI, QIRMIZI, AĞ.onları kimə verərdin?

Mən güləri çox sevirəm. Onların rənginidə heç zaman ayırmağı sevməmişəm. Güllər hər rəngdə gözəldi. Oki qaldı kimə verməyə hamısını ANAMA verərdim. Gülə gül yaraşar.



12.Övladların sənə ana ana deyəndə nə hiss edirsən analiq necə hissdir səncə bizə acıqlaya bilərsənmi bu hissi?

Evladlarımın ana deyişinə bütün dünyanı verərəm. Yəni bu o qədər gözəl hissdiki onu yaşamaq lazımdı. Deməklə anladılacaq kimi deyil. Inşallah körpəni Allahın köməkliyi ilə qucağına alanda mənim sözümə haqq qazandıracaqsan canım.



13.Təsəvvür edin ki yolda gedirsiz özünlə qarşılaşsan ilk reaksiyan nə olar canım?

Bilmirəm bəlkədə qorxardım. Yəni ikinci məni təsəvvür eləmək biraz vahiməli gəlir mənə. Qorxardım.



14.Səncə İndiki zəmanədə sevilmək üçün zəngin ürək lazımdı yoxsa pulla dolu cib canım?

Mən dünya malına heç vaxt önəm verməmişəm. Mən srvib ailə qurmuşam. Və heç vaxt onun harda işlədiyini pulunun hardan gəldiyini soruşmamışam. Qəlbi məndədi bu bəs edir. Indi sevgini çox ucuzlaşdırıblar. Deyəndəki sevirəm deyirlər neçə günlük. Deyəndəki sevir bəsdidə deyirlər uşağlara sevgi yedizdirəcəm. Çox pis çox kirli cümlələrdi. Ruzini yetirən Allahdı. Hər halımıza şükr etməliyik. Mən həmişə deyirəm ki bir boşqab yemək tapıb yeyə biliriksə min şükür bu günki günümüzə. Qalanı hekayədi. Sevgi ülvi hisdi onu dünya malıyla ölçmək olmaz.



15.Səncə insanları yalan danışmağa nə məcbur edir?Bu onun özünə inamsızlığından irəli gəlir yoxsa qorxusundan və ya öz variantın varmı?

Insanı yalan danışmağa heç nə məcbur etmir. Hərşey insanın özündən asılıdı. Sən düz danış qoy səninlə düşmən olsunlar.



16.Bilirəm ki ailəlisən canım xoşbəxtsənmi həyat yoldaşını nə qədər sevirsən?

Xoşbəxtəm canım mənim. Yoldaşımı öz canımdanda çox istiyirəm. Mən onu nəfəsim deyib çağırıram. Onsuz bir həyat təsəvvür belə etmək istəmərəm. Yenidən həyata gəlsəydim yemə həyatımı onunla bağlayardım)



17.Ev işlərindən ən çox nə etməyi xoşlamırsan? Və nəyi xoşlayırsan?

Ev işlərindən çəkinmirəm. Bircə corab yumağdan birdə pəncərə silməkdən zəhləm gedir. Corab yumağ vaxt aparır. Pəncərənidə silirsən səhəri baxırsanki batıb)))



18.Biraz öz xarici görünüşün barədə bizə danışsan məncə hamıya maraqlı gələr..

Qara saçlarım , qəhvəyi gözlərim 1.50 boyum:))) 60 kq -da çəkim. Özümdə əsmərəm.



19.Həyatdan bezmiş, acılarla dolu, ümidsiz bir insanın üzündə necə təbəssüm yarada bilərsən?

Bu çətin bir haldı. Bu həyatda ağlatmaq daha asandı. Güldürməyə söz vermirəm amma sakitləşdirməyə çalışaram.



20.İndiki zamanda səncə sadiq sirr saxlamağı bacaran rəfiqə var canım?

Bu mənim üçün ən aktual mövzudu. Mənim heç vaxt rəfiqəm olmayıb. Çünki anam sağolsun elə bir şəraitdə böyütdeki məni rəfiqəyə ehtiyacım olmadı. Ən sadiq rəfiqəm anam olub. Nə olmağından asılı olmayaraq bütün dərdimi rahatlığla anamla bölmüşəm. Sağolsun anlayışla qarşılayıb hər halımı. Ən kədərli anımda başımı onun dizinə qoyub ağlamışam . Ən şən anımdada onu qucağlayıb gülmüşəm.



21..Dua bağlı qapıların açarıdır deyərlər. Duanla açdığın bağlı qapı olubmu?

Mən bağlımı qapılarımı həmişə duayla açıram. Ayrı birşey sınamamışam. Ancaq duayla sınamışam. Şükürlər olsunki. Rəbbim dualarımı eşidib və məni darda qoymayıb.



22.Yenidən dünyaya gəlsəydin hansı səhvi bir də etməzdin canım?

Yenidən dünyaya gəlsəydim çox şeyi dəyişərdim. Yalnış verdiyim qərarlar olub onların hamısını dəyişərdim.



23.Kədərli olduğun zamanlarda tək qalmağı sevirsən yoxsa cəmiyyət içində olmağı?

Tək qalıram. Cəmiyyət içində olsamda fikrim dağınıq olur. Bunun üçün tək qalıramki ssakitləşim.



24.Mənə sualın varsa buyur və həmişə verdiyim sual məni necə biri olaraq tanıyırsan?

Sənə sualım yoxdu. Səni mehriban səmimi gülərüz xoşrəftar sadə bir xanım kimi tanıyıram. Allahdan sənə qadın xoşbəxtliyi diləyirəm. Tez bir zamanda sağ salamat körpəni qucağına alasan. Amin Inşallah.



25.Və sonda Qadınlar.biz userlərinə ürək sözlərin?

 Qadınlar.biz xanımları mənim üçün dəyərlidi əzizdi. Allahdan hərkəsə qadın xoşbəxtliyi arzulayıram. Hər kəs qəlbindəki arzusuna tez bir zamanda çatsın inşallah.Amin!!!

Sənədə öz təşəkkürümü bildirirəm. Məni qəbul etdin müsahibə aldın çox böyük minnətdarlığımı bildirirəm canım mənim.

 

Canım mənim müsahibəmizdə səmimi olduğun üçün çox sağol çox əmimi cavablar vermisən.Xoş sözlərin üçündə təşəkkürlər bacım allah razı olsun qarşılıqlıdı hamısı hər zaman köməyinə hazıram bacım bacılarım birdə deyirəm çox sağol.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!