Gülnaz ana, doğum gününüz mübarək....

Gülnaz ana, doğum gününüz mübarək....
Qadınlar.Co
10.09.2017 9
Əzizlərim, bu gün daha bir anamızın döğum günüdür... bu gün saytımızın qızlarından, isveç.de bacımızın anası Gülnaz ananın doğum günüdür... bu xəbərimdə canım isveç.də bacımın anasına olan sevgi dolu sözlərini sizlərə çatdırmaq istədim...

 

 



Sözlərlə ifadə edilə bilməyən düşüncələrəiminn bir vasitəsi olan bu məktub içimdəkiləri sənə az çox əks etdirsə çox sevinərəm, canım anam. Bu sevgini təsvir etmək mümkün deyil. Sənin sevgin isə heç bir sevgiyə bənzəmədiyini və illər keçdikcə də bu sevginin bənzərinə rast gəlməyəcəyimi bilirəm. Həyatımdakı ən qiymətli varlığın sən olduğunu unutma anam....







Bəzən bir ağrı batar içimə. Səndən uzaqda olma qorxusu... bütün bədənimi sarır... həyat mənasını itirir.... Gözlərim dolarkən qərarlar alıram, səni bir daha üzməyəcəyimə dair, sənin xoşbəxt olacağın şeyləri etməyə dair... Bəzən bu qərarım ağılımdan çıxsa da sənin gülən gözlərin həmişə ağılımdadı....







Həyatım boyunca nümunə ala biləcəyim ən gözəl qadınsan. Mənə sirdaş oldun, ,,kimsə eşitməsin,, deməyə gərək qalmadan gözüm bağlı izah edə biləcəyim ən etibarlı həyat qaynağımsan...

Hər çətin anımda gözüm səni axtardı, hər gözəl anımda yanımda olmağını istədim və sən istədiyim heç bir şeyə xeyr demədin... Anam, indi fərq etdiyim üçün üzr istəyirəm, sən məni heç qırmamısan. Mənim anam olduğun üçün çox şanslıyam. İstəmədiyin səhvlər arxasında qaçdığımda hirslənmədən doğru olanı izah etməyə çalışdın. Səhv olduğunu anladığımda da böyüklüyü yenə sən göstərdin. Üzündən kədərləndiyini görmüşəm. Sən məndən gizlətmisən, mən səndən. İllər sonra qarşılıqlı danışarkən anlayırıq; Nə olar kədərlənməsin deyə içimizdən keçirirmişik.

 

Anam, canımın parçası, hər şeyim, Həyatımın mənası, dünyalar gözəli sənin gülüşünə, səbrinə, mərhəmətinə heyranam. Qızlar analarına bənzərmiş deyərlər, daha nə istəyirəm ki, səni hər hərəkətimdə, hər danışmamda, daşımaqdan qürur duyaram. Anana bənzəyirsən dediklərində üzündəki təbəssüm heç bir şeyə dəyişilməz.



Məni dünyaya gətirərkən çəkdiyin ağrıların haqqını verə bilməzkən sən həyatın boyunca qarşılığını verə bilməsəm də ömürünü mənə həsr etdiyin üçün təşəkkür edirəm.

 

 

 

Canım mənim, mən və bütün qızlar ananı doğum günü münasibəti və bu gözəl 8 mart günü münasibəti ilə təbrik edirik.... Allahdan anana ən gözəl nemət can sağlığı diləyirəm... can sağlığı olandan sonra bütün xoşbəxtliklər onunla olacaq inşallah... yaşadığı hər gün sevinc və səadət içində keçsin inşallah... amin...

 





скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!